Azərsun Holdinq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərsun Holdinq
Ümumi məlumatlar
Tipi Holdinq
Sənaye Ticarət
İstehsalat
Təsis tarixi 1991-ci il
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri AZN 730 milyon Manat ($430 milyon USD) (2018)
Rəhbərlik
Rəhbərlik Abdulbari Gözəl
azersun.az

Azərsunərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən Azərbaycan şirkətidir. Azərsun Azərbaycanda ən böyük qida istehsalçısı və ixracatçısıdır (28 qida markası istehsal olunur), həmçinin kağız və qablaşdırma ticarəti ilə məşğul olur.

“Azərsun Holdinq” 1991-cü ildə, ilk dəfə olaraq, birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müasir avadanlıqlarla təchiz etdi, bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə verdi. Mərkəzi Logistika Departamenti “Azərsun Holdinq”in nəzdində 1997-ci ildən fəaliyyətə başlayıb.

Təhsilə töhfə verən SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) 1 sentyabr 2015-ci il tarixində Azərsun tərəfindən qurulmuşdur. “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən "Təmizlik Vasitələri Fabriki" 01 aprel 2022-ci ildən istismara verildi.

2001-ci ildə Qarabağ futbol klubu'nda maliyyə problemləri yaranmışdır. "Azərsun" şirkətinin komandanı sponsorluğa götürməsindən sonra bu problem həll olundu. "Azərsun" Holdinq "Qarabağ"ın inkişafı üçün əməli işə girişdi. Şirkətin prezidenti Abdulbari Gözəlın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu. Hazırda Tahir Gözəl klubun prezidentidir. Azərsun Arena da şirkətin balansındadır.

Azərsun Kənd Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

“Tarladan süfrəyə” prinsipi ilə fəaliyyət göstərən “Azərsun Holdinq” ölkənin kənd təsərrüfatı sektorunda da aparıcı şirkətlərdəndir. Şirkətlər Qrupu ən müasir avadanlıqlar və innovativ həllərlə yüksək keyfiyyətli məhsullar istehsal etməklə yanaşı, bölgələrdə on minlərlə insanın daimi və mövsümi işlərlə təminatında müstəsna rol oynayır.

Fəaliyyət sahələri

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Logistika Departamenti “Azərsun Holdinq”in nəzdində 1997-ci ildən fəaliyyətə başlayıb. Mərkəzi Logistika Departamenti “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan, həmçinin 10-dan çox xarici ölkələrdən idxal olunan qida, içki, qeyri-qida, gigiyenik kağız və təmizlik məhsullarının qəbulu, mühafizəsi və daşınmasını, eləcə də Satış Direktorluğunun sifarişinə uyğun malların müştəriyə çatdırılması xidmətlərini həyata keçirir.  Anbarlarının ümumi sahəsi 43630 m2 olan Mərkəzi Logistika Departamenti 2000-dən çox topdan və pərakəndə müştərilərinə logistik və dağıtım xidmətlərini də göstərməkdədir. Departamentin logistik anbarları, yüksəkixtisaslı mütəxəssislərin çalışdığı müasir avadanlıqlarla təchiz olunaraq ən yeni SAP və AXATAWMS, E-Nakliye, P-Carrier proqramları vasitəsilə logistik və çatdırma xidmətlərini həyata keçirir.  Ölkənin 19 bölgəsində və Naxçıvan şəhərində yerləşən distributor anbarlarına sifarişə uyğun çatdırılma xidməti göstərilir, habelə 40-dan çox ölkəyə fabriklərdə istehsal edilən qida məhsulları ixrac olunur. Bununla yanaşı, departament bir çox xarici firmaların (“Ulker”, “Diversey, “Mofix”, “TOYBOX” və s.) logistik və müştərilərə çatdırılma xidmətinı gerçəkləşdirir.[1]

Mamam Chocolate and Bakery

[redaktə | mənbəni redaktə et]

Şokolad Fabriki,  2008-ci ildən etibarən “Bakı Qida və Yağ Fabriki”nin tərkibində fəaliyyət göstərir. 2010-cu ildə  “Shokki Mokki” markası ilə istehsala başlayan fabrikdə 92 nəfər işçi daimi işlə təmin edilib.[2] İllik istehsal gücü 2000-3000 ton arası olan müəssisənin istehsal və anbar  ərazisi  7760 m2 sahəni əhatə edir. 2014-cü ilin aprel  ayında “Svit Star” müəssisəsi yaradılıb və fabrikin fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə yeni sərmayə qoyularaq halva, lokum, marmelad, gofret, sənaye şokoladı və fındıq kremi istehsalına başlanılıb. Müəssisə 2016-2018-ci illərdə “Svit Star” olaraq,  2018-2019-cu illərdə isə “Bakı Qida və Yağ Fabriki”nin nəzdində fəaliyyətini davam etdirib. 2019-cu ilin avqust ayından etibarən isə “Mamam Chocolate and Bakery”yə bağlı fəaliyyətini davam etdirməkdədir.[3]

Şamaxı Dairy Farm

[redaktə | mənbəni redaktə et]

“Şamaxı Dairy Farm” 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. Ən müasir avadanlıqlarla təchiz olunmuş müəssisə “Azərsun Holdinq” tərəfindən Kürdəmir rayonunda 10 hektar ərazidə inşa edilib. Zavodun istehsal gücü sutkada 250 ton südün yüksək keyfiyyətdə emalını həyata keçirməyə imkan verir. Müəssisənin illik istehsal gücü 90000 ton, illik faktiki süd emalı 20000 tondur. Ən müasir standartlara uyğun səviyyədə qurulmuş heyvandarlıq komplekslərində əldə edilən yüksək keyfiyyətli süddən Süd Emalı Zavodunda insan əli dəymədən müxtəlif çeşidlərdə və ən yüksək keyfiyyətdə süd məhsullarının istehsalı həyata keçirilir. Fabrikdə “AzərSüd”, “Yurdum”, “Kulinarka”, “Luga”, “Zoluşka”, “Bizim Aşpaz”, “Sun”, “Bizim Süd”, “Gülüm” markaları adı altında müxtəlif yağlılıqda və çeşiddə UHT süd, qaymaq, xama, kəsmik və qatıq çeşidləri, müxtəlif pendir çeşidləri, qatılaşdırılmış süd, ənənəvi kərə yağı, ayran, kefir istehsal edilməkdədir. Zavod süd emalı sənayesində dünyanın ən qabaqcıl texnoloji avadanlıq istehsalçıları olan Almaniya, İtaliya və İsveç firmalarının istehsal etdiyi tam müasir avadanlıqlar ilə təchiz edilib.[4] Bu isə təbii olaraq müəssisəyə dünyanın qabaqcıl süd məhsulları istehsalçıları ilə keyfiyyət üzrə rəqabət aparmağa imkan yaradır. Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinin göstəricisi, məhsulların müxtəlif yerli və xarici mükafat və diplomlara layiq görülməsi, bir çox sərgi və müsabiqələrin qalibi olmasıdır.[5]

  1. "Logistika". 2024-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-09.
  2. "Mamam Chocolate and Bakery" MMC-də Texniki baxış keçirilib". 2024-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-09.
  3. "Mamam Chocolate and Bakery". 2024-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-09.
  4. ""Şamaxı Dairy Farm" MMC idxal etdiyi ərzaq məhsullarını uyğunluq üzrə sertifikatlaşdırmadan keçirdib". 2024-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-09.
  5. ""Şamaxı Dairy Farm" növbəti sertifikatını aldı". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]