Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Mükafat — xidmətlərə, fərqlənməyə, minnətdarlığa görə verilən xüsusi fərqlənmə nişanı, fəxri ad və ya hədiyyə. Mükafat elementi medal, orden, döş nişanı, mükafat sancağı və ya rozet formasında taxılabilər. O, həmçinin sertifikat, diplom, çempionluq kəməri, kubok və ya xatirə lövhəsi kimi əlamətdar obyekt ola bilər. Mükafat həm də qiymətli hədiyyələr, fəxri ad, pul mükafatı vəya təqaüd kimi birbaşa pul dəyəri olan obyektlə müşayiət oluna bilər. Bəzi hallarda mükafat ona layiq görülən insana hansısa sosial status da verir.

Azərbaycan Respublikasının ən ali dövlət mükafatı — "Heydər Əliyev" ordeni