Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Müzakirə:Ana səhifə

Ən son rəy:5 gün öncə, Gadir tərəfindən "Mobildə şəkil bölməsi" mövzusunda
float
float
float
float

Bu müzakirə səhifəsi yalnız Ana səhifəyə aiddir.

Digər suallar burada verilməməlidir.


Əgər sizin Ana səhifəyə aid olmayan suallarınız varsa,

Kənd meydanına müraciət edin.
Arxivə buradan baxa bilərsiniz.
Mövzu əlavə et

Redaktə düyməsi (vizual redaktə)

redaktə

@Turkmen, salam. Burada bu düymə nə funksiya görür? MediaViki səhifələrində heç yoxdur, yəqin texnikidir. Nəsə heç bir işə yaramırsa bunu buradan silsək yaxşı olmaz? Hörmətlə, Gadirmüzakirə 12:48, 16 iyul 2024 (UTC)Cavabla

@Gadir, salam, vizual redaktor az-vikidə "əsas (məqalə)" fəzada olan bütün səhifələrdə akitvləşdirildiyi üçün Ana səhifədə də görünür. Çünki Ana səhifə də "əsas" fəzadadır. Yəni normaldır. Turkmen müzakirə 12:57, 16 iyul 2024 (UTC)Cavabla
Aha, elədir, bunu gizlədə bilmərik? Hörmətlə, Gadirmüzakirə 12:59, 16 iyul 2024 (UTC)Cavabla
@Gadir, səhv etmirəmsə mümkün deyil. Çünki səhifə əsas fəzadadır. Turkmen müzakirə 13:03, 16 iyul 2024 (UTC)Cavabla
Problem deyil onda, sadəcə heç bir işə yaramadığı üçün dedim. Sehrli sözlərlə falan olsaydı yaxşı olardı, amma deyəsən o da mümkün deyil. Hörmətlə, Gadirmüzakirə 13:06, 16 iyul 2024 (UTC)Cavabla

Seçilmiş şəkil bölməsinin ləğvi

redaktə

Salamlar. Bu bölmənin müvəqqəti də olsa ləğvini təklif edirəm, çünki bu bölmə sadəcə fayllardan ibarətdir, izah da olmalıdır, amma yoxdur. Hazırda aktivlik və maraq da olmadığı üçün, bunu da nəzərə alaraq bu bölmənin hələlik ləğvini təklif edirəm. Həmin bölmə Vikianbardan copy-paste üsulu ilə işləyir hazırda. Fikirləriniz maraqlıdır. 1 həftə ərzində qərar qəbul edə bilsək gələn aydan bu bölməni ləğv edərdik. Hörmətlə, Gadirmüzakirə 09:34, 22 iyul 2024 (UTC)Cavabla

Şəkil seçmirik eləmirik, onsuz copy-pastedi. Qoy qalıb da. — Bikar müzakirə 09:48, 22 iyul 2024 (UTC)Cavabla
İş orasıdır ki, izah olmadığı üçün fayllar oxucuya məlumat çatdıra bilmir. Gələcəkdə maraq olarsa bərpa etmək olar. Hörmətlə, Gadirmüzakirə 09:59, 22 iyul 2024 (UTC)Cavabla
@Gadir orada Azərbaycanla bağlı şəkil yoxdur. Məsələn: Qız qalası ilə bağlı şəkil yoxdur. Ceyhun Midiyalı (müzakirə) 10:16, 22 iyul 2024 (UTC)Cavabla
İzahı olmaması ilə bağlı fikirlərinizlə razıyam. Amma qalmasının heç bir ziyanı yoxdur axı. Bəzən maraqlı şəkillər də olur. Araşdırıb baxdıqlarım olub. Xüsusi günlərdə Azərbaycana aid şəkil yerləşdirməyimiz də texniki olaraq mümkündür həmin bölməyə manual olaraq Atakhanli (müzakirə) 12:41, 22 iyul 2024 (UTC)Cavabla
Gəlin izah əlavə etməklə saxlayaq. Mən qalmasının tərəfdarıyam. Amma izah məsələsinə mütləq baxaq. Hörmətlə, Patriot (müzakirə) 13:36, 22 iyul 2024 (UTC)Cavabla
Bir ayı öncəki aydan qısa izahlarla (faylı təsvir etmək üçün ən azından) hazır etmək olar. Uzun izahlarla heç kim məşğul olmayacaq məncə. Faylları copy-paste edirik, ona uyğun izahları da qeyd edə bilərik. Ümumiyyətlə, Ana səhifənin tərtibatı ilə bağlı ciddi addımlar atmaq lazımdır, ürəkaçan vəziyyətdə deyil. Hörmətlə, Gadirmüzakirə 14:37, 22 iyul 2024 (UTC)Cavabla
copy-paste olduğunu bildik, bəs avtomatlaşdırmaq olmaz? — Bikar müzakirə 14:55, 22 iyul 2024 (UTC)Cavabla
Digər bölmələr kimi baxım lazımdı buna da. Öncədən 2-3 ayı hazırlamaq da olar. Amma tək ya da bir neçə istifadəçi ilə olan iş deyil, hər halda yenə sadəcə fayl olacaq. Hörmətlə, Gadirmüzakirə 14:58, 22 iyul 2024 (UTC)Cavabla

Son ölümlər bölməsi

redaktə

Bu bölmə demək olar ki, 1 aydır yenilənmir. Yəqin ki, bu bir ay içində ölmüş şəxslərdən azvikidə məqaləsi olanlar olar. Bunu necə görə və yoxlayıb bura (həmçinin müvafiq səhifəyə) vaxtaşırı əlavə edə bilərik? Bu bölmənin də köhnə qalmasına könlüm razı deyil :) Hörmətlə, Gadirmüzakirə 18:25, 22 iyul 2024 (UTC)Cavabla

Mobildə şəkil bölməsi

redaktə

@Toghrul R, @Nemoralis, bu bölməni aşağıda bir yerdə (ya da uyğun bir yerdə uyğun şəkildə) hissədə mobil üçün də görünməsini təmin edə bilərsiz? Hörmətlə, Gadirmüzakirə 23:30, 1 avqust 2024 (UTC)Cavabla

"Ana səhifə" səhifəsinə qayıt.