Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Blinken: “Ukraynaya hərbi yardımın verilməsində gecikmələr qəbuledilməzdir”

Blinken: “Ukraynaya hərbi yardımın verilməsində gecikmələr qəbuledilməzdir”
# 15 may 2024 00:40 (UTC +04:00)

Qərb ölkələri başa düşürlər ki, Ukraynaya hərbi yardımın verilməsində gecikmələr qəbuledilməzdir.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Kiyev Politexnik İnstitutunda çıxış edərkən deyib.

“Bu gün biz sizinləyik. Ukraynanın təhlükəsizliyi, suverenliyi və öz yolunu seçmək imkanı təmin olunana qədər sizinlə olacağıq. Biz bilirik ki, çətin zamanlardır. Amma biz onu da bilirik ki, yardım yoldadır, onun bir hissəsi artıq gəlib, daha çoxu gəlməyə davam edəcək”, - Blinken qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR