Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Şimali Koreya ballistik raket sınaqdan çıxarıb

Şimali Koreya ballistik raket sınaqdan çıxarıb
# 26 iyun 2024 05:19 (UTC +04:00)

Yaponiyanın Nazirlər Kabineti Şimali Koreyanın ballistik raket sınaqdan çıxardığını açıqlayıb.

APA xəbər verir ki, Cənubi Koreyaya aid Yonhap agentliyinin də hərbi mənbələrə istinadən yaydığı məlumatda şimal qonşusunun ballistik raket sınaqdan çıxardığı, amma sınağın uğursuz olduğu bildirilir.

Yaponiyanın Nazirlər Kabinetinin yaydığı məlumatda isə Pxenyan rəhbərliyinin açıq şəkildə ballistik raket atdığı, raketin Yaponiyanın dəniz sərhədləri xaricindəki sulara düşdüyü bildirilir.

Qeyd edək ki, Şimali Koreya vaxtaşırı qonşuları istiqamətinə ballistik raketlər buraxır, xüsusilə də cənub qonşusu tərəfə içi zibil dolu şarlar göndərir. Şimali Koreya Çənubi Koreyaya indiyə qədər təxminən 350 zibil balonu göndərib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR