Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Rumıniya Prezidenti: Rusiya təhlükəsizliyimizə ən böyük risk olmağa davam edəcək

Rumıniya Prezidenti Klaus Yohannis

© APA | Rumıniya Prezidenti Klaus Yohannis

# 11 iyun 2024 13:13 (UTC +04:00)

Rusiya təhlükəsizliyimizə ən böyük risk olmağa davam edəcək.

APA xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus İohannis Riqada keçirilən B9 sammitində çıxışında deyib.

Rumıniya dövlət başçısı bildirib ki, Ukraynaya yardım həcmi artırılaraq lazım olduğu müddətcə dava etdirilməlidir.

"Biz, eyni zamanda, NATO-nun həssas tərəfdaşlarına, xüsusilə də Moldovaya diqqət ayırmalı, bu ölkənin öz dayanıqlılığını gücləndirə bilməsi üçün dəstək verməliyik. Rusiya bizim ölkələrimizin və Avropanın təhlükəsizliyinə ən böyük risk yaratmağa davam edəcək. Ona görə də biz buna uyğun hərəkət etməyə hazır olmalıyıq", - Rumıniya Prezidenti vurğulayıb.

O deyib ki, NATO-nun şərq qanadındakı ölkələr Ukrayna və Rusiya arasında gedən müharibənin nəticələrinə ən çox məruz qalan ön cəbhədəki ölkələrdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR