Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilir

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilir
# 29 yanvar 2024 10:29 (UTC +04:00)

Yanvarın 29-dan fevralın 1-dək 20 yaşadək güləşçilər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək.

Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR