Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Ərdoğan Daxili İşlər nazirinin istefasını qəbul etməyib

Ərdoğan Daxili İşlər nazirinin istefasını qəbul etməyib
# 13 aprel 2020 01:01 (UTC +04:00)

“15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyənin Daxili İşlər Nazirliyinə gətirilən Süleyman Soylu bu günə qədər bacarıqlı fəaliyyətilə millətimizin sevgisini qazanıb. Prezidentimiz Süleyman Soylunun istefa tələbini qəbul etməyib”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən yayılan açıqlamada belə bildirlib.

Açıqlamada qeyd edilib ki, terrorla mübarizə başda olmaqla bütün aidiyyəti sahələrdə uğurlar qazanan Daxili İşlər naziri istefa ərizəsini Prezidentə təqdim etsə də, Rəcəb Tayyib Ərdoğan onun ərizəsini qəbul etməyib.

Qeyd edək ki, Türkiyə Prezidenti ikinci dəfədir ki, Süleyman Soylunun istefa qərarını geri çevirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR