Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Almaniya futbol millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Almaniya futbol millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
# 16 may 2024 18:12 (UTC +04:00)

Futbol üzrə Almaniya millisi 14 iyun - 14 iyul tarixlərində Almaniyada keçiriləcək AVRO-2024 üçün tam heyətini açıqlayıb.

Apasport.az xəbər verir ki, Yulian Naqelsmanın siyahısında 4 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.

Qapıçılar: Oliver Bauman ("Hoffenhaym"), Manuel Noyer ("Bavariya"), Aleksandr Nübel ("Ştutqart"), Andre Ter Şteqen ("Barselona")

Müdafiəçilər: Valdamer Anton ("Ştutqart"), Benyamin Henriks ("Leyptsiq"), Yozua Kimmix ("Bavariya"), Robin Kox ("Ayntraxt"), Maksimilian Mittelştat ("Ştutqart"), David Raum ("Leyptsiq"), Antonio Rudiger ("Real", Madrid), Niko Şlotterbek, ("Borussiya", Dortmund), Conatan Ta ("Bayer 04")

Yarımmüdafiəçilər: Robert Andrix ("Bayer 04"), Kris Fyurix ("Ştutqart") Paskal Qros ("Brayton"), İlkay Gündoğan ("Barselona"), Toni Kroos ("Bavariya"), Camal Musiala ("Bavariya"), Aleksandr Pavloviç ("Bavariya"), Leroy Sane ("Bavariya"), Florian Virts ("Bayer 04")

Hücumçular: Maksimilian Bayer (Hoffenhaym), Niklas Fyulkruq ("Borussiya", Dortmund), Kay Haverts ("Arsenal"), Tomas Müller ("Bavariya"), Deniz Undav ("Ştutqart").

Qeyd edək ki, Almaniya millisi A qrupunda Macarıstan, İsveçrə və Şotlandiya yığmaları ilə mübarizə aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR