Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Fatih Terim "Panatinaikos"dan ayrıldığını açıqlayıb

Fatih Terim

© APA | Fatih Terim

# 17 may 2024 11:08 (UTC +04:00)

Yunanıstan Superliqa komandalarından "Panatinaikos"u çalışdıran Fatih Terimlə yollar ayrılıb.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis vəzifəsindən istefa verdiyini açıqlayıb.

Təcrübəli çalışdırıcı açıqlamasında, 2024-2025-ci illər üçün klubla planların uyğun olmadığı qənaətinə gəldiklərini vurğulayıb: "Keçən dekabr ayından bəri komandamla bütün gücümüzlə çalışdığımız "Panatinaikos"da məqsədimiz 2023-2024 mövsümünü çempion olaraq tamamlamaq və çox dəyərli azarkeşlərə təcrübə qazandırmaq idi. Dünən rəhbərliklə bir araya gəldik və vəziyyəti qiymətləndirdik. Nəticədə, peşəkar əlaqələrimizin davam etməməsinə qərar verildi".

Qeyd edək ki, Yunanıstan klubunu keçən ilin dekabr ayından Fatih Terim "Panatinaikos"la 26 matçda 14 qələbə, 6 məğlubiyyət və 6 heç-heçə ilə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR