Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Sumqayıt bulvarında 2 nəfər dənizə düşüb, biri xilas edilib - YENİLƏNİB

Sumqayıt bulvarında 2 nəfər dənizə düşüb, biri xilas edilib - YENİLƏNİB
# 26 iyun 2024 18:58 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində bulvara yaxın ərazidə 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

APA nazirliyin saytına istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batma təhlükəsi ilə üzləşən vətəndaşlardan birinin yeri müəyyən olunaraq ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı) xilas olunması təmin edilib. Digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

17:52

Xəzər dənizində qadın batıb.

APA xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt Bulvarı hissəsindən keçən ərazisində baş verib.

Ərazidə olan sakinlərin bildirdiyinə görə, qadın özünü intihar məqsədi ilə dənizə atıb.

Qadının axtarışları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR