Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Prezidentin xüsusi nümayəndəsi: Ağalı kəndi dayanıqlı inkişaf məqsədləri əsasında tikilib

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev

© APA | Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev

# 21 iyun 2024 12:05 (UTC +04:00)

“Bu təşəbbüslər davamlılıq, inklüzivlik və təhlükəsizliyə üstünlük verən müasir şəhərsalma prinsiplərini rəhbər tutur”.

APA xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının Zəngilanda keçirilən panel müzakirəsi zamanı bildirib.

“Mən işğaldan azad olunandan sonra salınan ilk yaşayış məntəqəsi haqqında bir neçə kəlmə demək istərdim. Bu, Ağalı kəndidir. Yəqin ki, Zəngilana doğru uçarkən təyyarədə gördünüz. O, dayanıqlı inkişaf məqsədləri əsasında tikilib və tikinti zamanı bu məqsədlər əsas götürülüb.

Bu gün isə Ağalıda 171 ailə - 870 nəfər rahat yaşayır. Bu gün COP29-dan danışırıq. Mən də burada, azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərini necə apardığımız barədə bir neçə kəlmə demək istərdim. Tikinti zamanı izolyasiya edilmiş materiallardan geniş istifadə edilib. Evlərin damları günəş panelləri ilə təchiz edilib. Bütün inzibati binalarda təmiz enerji əldə etmək üçün günəş panelləri quraşdırılıb. Kəndi enerji ilə təmin etmək üçün Həkəri çayında turbinlər tikilib. Nəzərə alsaq ki, bu bölgədə dörd çay var, bura dörd çayın keçdiyi yeganə bölgədir və biz bu çaylardan maksimum səmərəli istifadə etməyə çalışırıq. Buna görə də bu çaylardan hidroenerji istehsal etmək üçün hidroelektrik stansiya tikmişik. Beləliklə, təbii ehtiyatların, su ehtiyatlarının və biomüxtəlifliyin qorunması üzrə səylər, əlbəttə ki, davamlı inkişaf gündəmimizin əsasını təşkil edir” – o qeyd edib.

Vahid Hacıyev bildirib ki, son üç ildə 100 mindən çox ağac əkilib və bu il təkcə Zəngilan rayonunda əlavə 50 min ağacın əkilməsi nəzərdə tutulur:

“Nadir təbii su hövzəsi olan kəhrizlər də uğurla bərpa edilib, əhalinin təbii içməli su ilə təminatı üçün digər kəhrizlərdə də bərpa işləri davam etdirilir. Bundan əlavə, “Böyük Qayıdış” proqramı çərçivəsində Ağalı kəndində və digər yaşayış məntəqələrinə köçürülən ailələri üçün iş və biznes imkanları ilə dayanıqlı dolanışıq vasitələrinin yaradılmasına yardım edirik. Yekun olaraq qeyd edim ki, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında həyata keçirdiyimiz bütün səylər BMT-nin qarşıya qoyduğu dayanıqlı inkişaf hədəfləri istiqamətində davam edir. Son məqsəd iqtisadi cəhətdən dayanıqlı, davamlı icmalar qurmaq və gələcək nəsillər üçün təhlükəsiz gələcək təklif etməkdir" – o qeyd edib.

Ləman Salehova

Zümrüd Paşkin

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR