Komi Respublikasında sərnişin qatarının relsdən çıxması nəticəsində 40-a qədər insan xəsarət alıb, onlardan yeddisinin vəziyyəti ağır qiymətləndirilir.
APA Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi rəhbərinin köməkçisi Aleksey Kuznetsov bildirib.
Onun sözlərinə görə, yaralılar həkimlərin müşayiəti ilə qatarla təxliyə edilir.
***
21:32
Komidə Vorkuta-Novorossiysk qatarının relsdən çıxması nəticəsində azı 7 nəfər xəsarət alıb.
APA Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin səbəb kimi dəmir yolu bəndinin su ilə yuyulması göstərilir.
***
20:17
Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk sərnişin qatarı relsdən çıxıb.
APA xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində bir neçə vaqon çevrilib.
Xəsarət alanların sayı hələlik məlum deyil.