Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 15 iyun 2024 11:44 (UTC +04:00)

“Azərişıq” ASC Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Bu barədə "APA-Economics"ə qurumdan bildirilib.

Məlumata görə, baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri 24 saat fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrimizə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.

Həmçinin, abonentlər bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan, azərişıq.az saytında müvafiq bölməyə daxil olmaqla ödəyə bilərlər. Qurum “Smart” sayğacdan istifadə edən istehlakçılara tövsiyə edir ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR