Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

ABŞ səfirliyi həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı verib

ABŞ səfirliyi həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı verib
# 21 iyun 2024 14:47 (UTC +04:00)

“Bu gün mina partlayışı nəticəsində həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşının ailəsinə başsağlığı veririk”.

APA xəbər verir ki, bu barədə ABŞ səfirliyi öz Facebook səhifəsində paylaşım edib.

“Birləşmiş Ştatlar Azərbaycanın ölkəni minalardan təmizləmək səylərini qətiyyətlə dəstəkləyir”, - paylaşımda bildirilib.

Xatırladaq ki, bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR