Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Ülgüc üzərində qaçan 2049

Ülgüc üzərində qaçan 2049 (ing. Blade Runner 2049) — rejissoru Deni Vilnöv olan, əsas rolları Rayan Qoslinq, Harrison FordAna de Armasın canlandırdığı, 2017-ci ildə neo-noir elmi fantastika janrında çəkilmiş ABŞ filmi.[9] 1982-ci ildə ekranlaşdırılmış “Ülgüc üzərində qaçan” filminin sikvelidir. Filmdə Rayan Qoslinqin ifa etdiyi "blade runner" olaraq çalışan K adlı obraz missiyalarından biri zamanı cəmiyyət və insanlığın gələcəyi üçün potensial olaraq geniş nəticələrə səbəb ola biləcək bir sirri açır.

Ülgüc üzərində qaçan 2049
ing. Blade Runner 2049[1]
Janr elmi-fantastika filmi[2], müəmma filmi[2], kiberpank, antiutopiya filmi[d], triller filmi[2], dram filmi[2], döyüş filmi
Rejissor
Baş rollarda
Operator
  • Rocer Dikins[d]
Bəstəkarlar
İstehsalçılar Warner Bros., Columbia Pictures
Distribütor Warner Bros., Sony Pictures Releasing[d], InterCom[d][4], Netflix
İlk baxış tarixi 4 oktyabr 2017[5], 5 oktyabr 2017[4], 6 oktyabr 2017, 27 oktyabr 2017[6]
Müddət 164 dəq.[7]
Büdcə 150.000.000 $
Gəlir 259.239.658 $[8]
Ölkələr
Dil ingilis dili
Əvvəlki film Ülgüc üzərində qaçan
Rəng rəngli
IMDb ID1856101
Mükafatları Ən yaxşı operator işinə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

“Ülgüc üzərində qaçan” filminin davamının çəkilməsinə dair danışıqlar 1990-cı illərdə başlamışdır. Lakin müxtəlif lisenziyalaşdırma problemləri hər hansı bir irəliləyişin əldə olunmasına mane olub. Endü Kosove və Broderik Conson film hüquqlarını prodüser Bud Yorkindən satın almışdırlar. Riddli Skott əvvəlcə filmin rejissoru təyin edilir, lakin sonra o, icraçı prodüser olur və rejissorluq Deni Vilnövə həvalə edilir. “Ülgüc üzərində qaçan 2049” filminin çəkilişi üçün lazım olan büdcə "Alcon Entertainment" və "Sony Pictures" tərəfindən təmin edilmişdir. Məbləğin bir hissəsi Macarıstan hökumətinin vergi güzəştindən əldə olunub. "Warner Bros." filmi ABŞ və Kanadada, "Sony" isə digər ölkələrdə nümayiş etdirib. Filmin çəkilişləri əsasən Budapeştdə 2016-cı ilin iyulundan noyabrınadək dörd ay ərzində iki çəkiliş meydançasında aparılıb.

“Ülgüc üzərində qaçan 2049” filminin premyerası 3 oktyabr 2017-ci ildə Los-Ancelesdəki Dolbi teatrında baş tutub. Film ABŞ-nin bütün şəhərlərində oktyabrın 6-da nümayiş olunmuşdur.

İstinadlar

redaktə
  1. http://www.indiewire.com/2016/10/blade-runner-2049-official-title-sequel-first-image-harrison-ford-ryan-gosling-1201733964/.
  2. 1 2 3 4 http://www.metacritic.com/movie/blade-runner-2049.
  3. Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  4. 1 2 http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  5. http://www.cnc.fr/web/fr/rechercher-une-oeuvre/-/visa/146469.
  6. IMDb (ing.). 1990.
  7. IMDb (ing.). 1990.
  8. Box Office Mojo (ing.). 1999.
  9. Richard Roeper. "Visual marvel 'Blade Runner 2049' as awesome as the original". 2 October 2017. 17 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2024.