Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Nikokreon (q.yun. Nικoκρέων; vəfat tarixi e.ə. 311/310) — Makedoniyalı İsgəndərin Əhəmənilər dövlətinə qarşı yürüşü dövründə (e.ə. 336—323) Kipr şəhəri Salamində hakimiyyətdə olan hökmdar.

Nikokreon
q.yun. Nικoκρέων
Salamin hökümdarı
e.ə. 332/331 – e.ə. 311/310
ƏvvəlkiPnitaqor
SonrakıMenelaus Lagid
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. IV əsr
Vəfat tarixi e.ə. 311 və ya e.ə. 310
Fəaliyyəti rəhbər
Atası Pnitaqor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyətə atası Pnitaqordan sonra e.ə. 332/331-ci ildə gəldi.

Adanın digər şəhərlərinin hökmdarlarıyla birlikdə makedoniya çarının hakimiyyətini müqavimətsiz tanıdı və e.ə. 331-ci ildə İsgəndərin Misirdən bərpa edilmiş Finikiya şəhəri Tirə qayıdışı zamanı teatr tamaşalarının təşkilində fəal iştirak edirdi[1].

Böyük İsgəndərin vəfatından sonra diadoxların mübarizəsində iştirak edirdi. Misir satrapı I Ptolemeyin sərkərdələri I SelevkMenelausla birlikdə e.ə. 315-ci ildə o, adada I Antiqonun tərəfdarlarıyla fəal mübarizə aparırdı. Buna görə o, Kiprdə ali hakimiyyəti əlinə aldı və Kition, Kiriniya, LapitosMarion şəhərlərini öz ərazilərinə birləşdirdi[2][3].

Demetri Poliorketin Salaminə hücümu, nə də e.ə. 306-cı ildə baş verən Salamin döyüşünə aid səlnamələrində Nikokreonun adı çəkilmir, buna görə də ehtimal olunur ki, o ana qədər Nikokreon artıq vəfat etmişdir.

Nikokreon filosof Anaksarxı amansızcasına edam etməyi əmr etmişdir. Həmçinin, bu hadisə haqda hekayələrə Siseronref>Цицерон, Тускуланские беседы, II 22, 52; О природе богов, III 33, 82.</ref> və Valeri Maksimin[4] əsərlərində də rast gəlmək olar.

İstinadlar

redaktə
  1. Plutarx, Aleksandr. 29
  2. Диодор Сицилийский Историческая библиотека Книга XIX. Отрывки 59, 62 Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine
  3. Диодор Сицилийский Историческая библиотека Книга XIX. Отрывок 79 Arxivləşdirilib 2013-10-16 at the Wayback Machine
  4. Валерий Максим, III 3 ext.

Ədəbiyyat

redaktə