Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Pol-Anri Sandaoqo Damiba

Pol-Anri Sandaoqo Damiba (fr. Paul-Henri Sandaogo Damiba; 2 yanvar 1981, Uaqaduqu) — Burkina-Fasoda 2022-ci il dövlət çevrilişi ilə 24 yanvar 2022-ci ildə Prezident Rok Mark Kristian Kaboreni devirərək Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkatına rəhbərlik edən burkina-fasolu hərbi zabiti. 30 sentyabr 2022-ci ildə İbrahim Traore tərəfindən devrilmişdir.[2]

Pol-Anri Sandaoqo Damiba
fr. Paul-Henri Sandaogo Damiba
Burkina-Fasonun Prezidenti
31 yanvar 2022 – h.h
ƏvvəlkiRok Mark Kristian Kabore
Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkatının Prezidenti
24 yanvar 2022 – h.h
Şəxsi məlumatlar
Doğum tarixi (43 yaş)
Doğum yeri Uaqaduqu, Yuxarı Volta (indiki Burkina-Faso)
Təhsili
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi
Dini katolisizm
Rütbəsi polkovnik-leytenant
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Pol-Anri Sandoqo Damiba Parisdə hərbi məktəbi bitirib.[3] Təhsil aldığı müddətdə o, Qvineyanın gələcək Prezidenti Mamadi Dumbuya ilə görüşdü, o da orada təhsil alırdı.[3] O, Parisdəki Milli İncəsənət və Sənətkarlıq Konservatoriyasında kriminologiya üzrə magistr dərəcəsinə və idarəetmə, komandanlıq və strategiya üzrə müdafiə eksperti sertifikatına malikdir.[4] 2010–2020-ci illərdə ABŞ-də təlim-məşq toplanışı keçirib.[4]

Hərbi fəaliyyəti

redaktə

Damiba polkovnik-leytenantdır və Uaqaduqu, Manqa, Kuduqu və Fada-Nqurmanı əhatə edən üçüncü hərbi bölgənin komandiridir.[4] O, Prezident Təhlükəsizlik Alayının keçmiş üzvü, Blez Kompaorenin keçmiş prezident mühafizəçisidir.[3] Damiba 2011-ci ildə ordu qiyamından sonra PTA-nı tərk etdi.[3] Burkina-Faso mediasında yayılan xəbərlərə görə, 2019-cu ildə Damiba 2015-ci ildə Burkina-Fasoda keçid hökumətini devirən çevrilişin arxasında duran sui-qəsdçilərin məhkəməsində ifadə verdi.[3] Damiba Burkina-Fasoda cihadçıların üsyanı zamanı etdiyi hərəkətlərə görə populyarlıq qazanıb.[3] O, keçmişdə Burkina-Faso hökumətini islamçı üsyançılara qarşı Rusiyanın Vaqner qrupundan muzdlu əsgərlər cəlb etməyə çağırmışdı.[3] Rok Mark Kabore hökuməti bu təklifin Burkina-Fasonu Qərbdən uzaqlaşdıracağını əsas gətirərək qəti şəkildə əleyhinə çıxdı.[3]

2021-ci ildə Damiba islamçılarla mübarizə haqqında kitab nəşr etdi: "Qərbi Afrika orduları və terrorizm: Qeyri-müəyyən cavablar?"[3]

2022-ci il dövlət çevrilişi

redaktə

2022-ci ilin yanvarında Burkina-Fasoda hərbi çevriliş baş verdi. Hərbi birliklər prezident iqamətgahını və digər hökumət binalarını ələ keçirdi. Prezident Rok Mark Kristian Kabore həbs edildi. Hərbi çevrilişin lideri polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba oldu. O, ölkənin yeni lideri elan edildi.[5]

Həmçinin bax

redaktə

2022-ci il Burkina-Faso dövlət çevrilişi

İstinadlar

redaktə
  1. 1 2 https://www.blackpast.org/global-african-history/people-global-african-history/paul-henry-sandaogo-damiba-1981/.
  2. "Burkina Faso army captain announces overthrow of military leader". BBC News (ingilis). 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
  3. 1 2 3 4 5 6 7 8 9 "Burkina Faso : portrait du lieutenant-colonel Paul-Henri Sandaogo Damiba, nouvel homme fort du pays". Jeune Afrique (fransız). 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  4. 1 2 3 "Who is Paul-Henri Sandaogo Damiba, Burkina Faso's new military leader?". Africanews (ingilis). 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  5. "Burkina Faso President Kabore detained at military camp: security sources". France 24 (ingilis). 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.

Xarici keçidlər

redaktə

Gouvernement du Burkina Faso: Accueil