Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
...

“Samur” – “Yaraq–Qazmalar” buraxılış məntəqələri ərazisində körpünün istismar qaydaları təsdiq edilib

İqtisadiyyat Materials 21 May 2024 12:49 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Rusiya arasında “Samur” – “Yaraq–Qazmalar” buraxılış məntəqələri ərazisində körpünün istismar qaydaları təsdiq edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Sazişin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti