Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
...

Özbəkistan Azərbaycanla əmtəə dövriyyəsini artırmağı planlaşdırır - Ləziz Qüdrətov

İqtisadiyyat Materials 21 May 2024 14:30 (UTC +04:00)
Özbəkistan Azərbaycanla əmtəə dövriyyəsini artırmağı planlaşdırır - Ləziz Qüdrətov
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Quba. Trend:

Özbəkistan Azərbaycanla əmtəə dövriyyəsini artırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə bu gün Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Qüdrətov Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib.

"Hazırda Azərbaycan və Özbəkistan arasında birgə layihələr paketi fəal şəkildə inkişaf edir və bu layihələr əmtəə dövriyyəsinin artmasına təsir göstərəcək. Bunlar tekstil, ipəkçilik, kənd təsərrüfatı, məişət texnikası və tikinti materiallarının istehsalı üzrə layihələrdir", - o deyib.

Ləziz Qüdrətov Özbəkistanın hazırda Azərbaycandan həmçinin, polimer məhsulları idxalını artırmağı planlaşdırdığını qeyd edib.

"Azərbaycan ərazisi vasitəsilə yük axınında mühüm artım müşahidə olunur və Özbəkistan Azərbaycan ərazisi vasitəsilə minimum 1 milyon ton yük daşımağı hədəfləyir", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti