Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
...

Təbrizdə İran prezidenti ilə vida mərasimi başlayıb (FOTO)

Dünya xəbərləri Materials 21 May 2024 10:35 (UTC +04:00)
Təbrizdə İran prezidenti ilə vida mərasimi başlayıb (FOTO)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Təbriz şəhərində İran prezidenti İbrahim Rəisi və onunla birlikdə həlak olan heyətin ilə vida mərasimi başlayıb.

Trend xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Vida mərasiminin Təbriz şəhərindən sonra yerli vaxtla saat 16-da İranın şimalında yerləşən Qum vilayətində ziyarətgahda, saat 21-də Tehranın İmam Xomeyni ibadət məkanında təşkil olunacağı gözlənilir.

Sabah (22 may) İranın Tehran şəhərində Tehran Universitetində yerli vaxtla 07:30-da namaz qılınacaq və vida mərasimi keçiriləcək.

Yerli vaxtla sabah Tehranda yüksək rütbəli xarici heyətlərin iştirakı ilə İran prezidenti ilə vida mərasimi təşkil olunacaq.

23 mayda İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində yerli vaxtla saat 8-də İran prezidenti ilə vida mərasimi təşkil olunacaq.

23 mayda günorta vaxtı İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Məşhəd şəhərində İmam Rza ziyarətgahında vida və dəfn mərasimi təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti