Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
...

Keşişin siyasətlə məşğul olması qəbuledilməzdir - Simonyan

Dünya xəbərləri Materials 21 May 2024 13:05 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ruhani şəxsin siyasətlə məşğul olması qəbuledilməzdir.

Trend xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan keşiş Baqrat Qalstanyanın delimitasiya prosesinə etiraz edənlərə başçılıq etməsi ilə bağlı jurnalistlərə deyib.

"Siyasət ticarətdir, İncildə isə deyilir: "Mənim atamın evini bazara çevirməyin!". Sizə elə gəlir ki, beynəlxalq tərəfdaşlarla danışıqlar aparmağımız ticarət deyil? Koalisiyaların yaradılması, siyahıların tərtib olunması - bütün bunlar ticarətdir. Kilsə isə öz işini buraxıb hazırda bununla məşğul olur", - o deyib.

Qeyd edək ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən aksiyalara başçılıq edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti