Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
...

Ermənistanın müdafiə naziri şərti sərhəddə yollanıb

Dünya xəbərləri Materials 21 May 2024 15:19 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın müdafiə naziri Suren Papikyan şərti sərhəddə yollanıb.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd olunub ki, Papikyan burada sərhədin cənub-şərq istiqamətində görülən texniki işlərinin gedişatını müşahidə edib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşü keçirilib.

Görüşdə Qazaxın işğal altında olan yeddi kəndindən dördünün - Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərinin - Azərbaycana qaytarılması haqqında razılıq əldə edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti