Bela Bartok

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bela Bartok
mac. Bartók Béla
Ümumi məlumatlar
Doğum tarixi 25 mart 1881(1881-03-25)[1][2][…]
Vəfat tarixi 26 sentyabr 1945(1945-09-26)[3][1][…] (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi leykoz
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, klassik pianoçu[d], xoreoqraf, musiqişünas, musiqi pedaqoqu, musiqi etnoqrafı[d], universitet müəllimi[d], musiqiçi, pianoçu
Janrlar opera, klassik musiqi
Musiqi aləti piano
Təhsili
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeni kavaleri
bartok.hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bela Bartok (mac. Bartók Béla Viktor János [ˈbɒrtoːk ˈbeːlɒ];25 mart 1881[1][2][…]26 sentyabr 1945[3][1][…], Nyu-York, Nyu-York ştatı[3]) — Macarıstan bəstəkarı, folklorşünası.

Bu macar bəstəkarı 22 yaşındaykən 1848-1849 inqilabının lideri və Ferensin atası Layoş Koşutun həyatından bəhs edən simfonik şeirini yazıb.

İlk ifası zamanı Avstriya milli marşının karikaturatik səsləndirilməsi qalmaqallara yol açsa da, çox bəyənilir.

Peşə həyatının əvvəllərində fransız mühitinin təsiri altında qaldığı üçün ilk əsərlərində politonallığın bəzi ünsürləri görünür. Amma daha sonralar bu "vəsait"dən yararlanmayıb. Bunun əvəzinə Şərqi Avropa, ən çox da macar və rumın xalq üslublarını araşdırıb. Musiqisi hər nə qədər harmoniya baxımından gərgin və qarmaqarışıq olsa da, kökünü xalq musiqisinin modal silsiləsindən diqqətlə seçilmiş harmonik tonallıqdan götürüb.

Bartokun musiqisi və şəxsiyyəti nasistlərlə ittifaqda olan macar hakimiyyətini və kilsəni qıcıqlandırıb və o, vətənə xəyanətdə ittiham edilib. Əksəriyyəti yəhudi olan bəzi önəmli bəstəkarların əsərlərinin nasistlər tərəfindən qadağan edilməsi səbəbindən o, Göbbelsə bir məktub yazaraq öz adının da həmin siyahıya salınmasını tələb edir və əsərlərinin Almaniya, eyni zamanda ona bağlı olan ölkələrdə səsləndirilməsinə izin vermədiyini bildirir. 1939-cu ildə Ahmet Adnan Sayquna yazdığı məktubda ölkəsindən uzaqlaşmağa qərar verdiyini və Türkiyədə işləyə biləcəyini söyləsə də, müraciəti cavabsız qalır və beləcə, onun Türkiyəyə gəlməsinə imkan verilmir. Bundan sonra o, ABŞ-yə gedir.

Əsərlərində Stravinski kimi axsaq üsuldan istifadə edən Bartok musiqidə o zamana qədər bolqar ritmi adlandırılan ritm üçün rumın etno-musiqişünası Konstantin Brailuy ilə birlikdə "axsaq" terminini təklif edib və bunu musiqişünaslığa gətirib.

Folklor bilicisi kimi

[redaktə | mənbəni redaktə et]

Bela Bartok – dahi bəstəkar, pianoçu və Macarıstan, Rumıniya, Slovakiya, Serbiya, Bolqarıstan, Ukrayna, Xorvatiya, Türkiya və ərəb ölkələri folklorunun ən tanınmış araşdırıcısıdır (3 marka və bir blok). Onun musiqi yaradıcılığı folklorun ən əski və dərin qatlarından qidalanan qeyri-adi melodika və ritmlə seçilir. Bela Bartokun bir sıra əsərləri, o cümlədə «9 sehrli maral» kantatasının klavirı (blok) və «Göysaqqallı hersoq» operası macar markalarında öz əksini tapmışlar. «Ağacdan düzəldilmiş şahzadə» baletindən səhnə isə Monqolustan miniatüründə öz əksini tapıb.

B. Bartokun ən yaxın dostu və silahdaşı Zoltan Koday onun araşdırmalarını davam etdirməklə yanaşı, özünün yaddaqalan əsərləri ilə macar musiqi mədəniyyətini zənginləşdirmişdir. 1982-ci ildə çıxan blok onun xatirəsini yad edir.

1963-cü ildə Macarıstan poçtu ilə buraxılan Budapeşt musiqi akademiyasının professoru, romantik simfonik poemalar və kamera əsərlərin müəllifi Leo Veynerin də xatirəsinə əklil qoydu.

Macarıstanın bugünkü musiqili həyatı filatelist materiallarda öz geniş əksini tapıb. Sıradakı markada ölkənin musiqi incəsənətinin yüksəlişinin rəmzi kimi violonçelli qız təsvir olunub.

Macarıstan opera teatrını da markalarda tanımaq olar. I miniatür teatrın memarı Mikloş Iblə, 1984-cü ildə buraxılan blok isə opera teatrının açılışının 100 illiyinə həsr olunub.

Məhz markalarda öz musiqisini geniş və çoxqalarlı «səsləndirdiyinə» görə Macarıstan ən filatelist ölkələr arasında sayımlı yerlərdən birini tutur.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Stevens H. Bela Bartok // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Барток Бела // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 http://lfze.hu/lexikon_nagy_elodok/lexikon-1861.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]