Cozef H. Flom
Cozef Flom
[redaktə | mənbəni redaktə et](1923 - 2011) məşhur amerikalı hüquqşünas.
Cozef Flom Baltimorda anadan olmuşdur. Harvard Hüquq Məktəbini 1948-ci ildə fərqlənmə ilə bitirmişdir. Flom öz hüquq karyerasını 1948-ci ildə "Skadden"də başlamışdır (təsisçi kimi) və Skadden tam həcmli hüquq servisi göstərən dünyada ən iri hüquq şirkətinə çevrildi. Şirkətin 2000 yaxın hüquqşünası var, filialları və nümayəndəlikləri isə ABŞ-nın 9 şəhərində, Pekində, Brusseldə, Parijdə, Honqkonqda, Londonda, Moskvada, Tokioda və bir çox digər şəhərlərdə mövcuddur. Flom şirkətlərin birləşməsində və ya böyük bir şirkət tərəfindən kiçik şirkətin udmasında (özünə daxil etmə) sahəsində özünə şöhrət qazanmış vəkildir. Həmçinin bütün növ korporativ sazişlər sahəsində göstərilən xidmətlər onun təcrübəsinə daxildir (qiymətli kağızlar, bank işi, korporativ təşkilatçılıq və s.).
Mənbə
[redaktə | mənbəni redaktə et]- Joseph H. Flom's biography on Skadden, Arps's web site Arxivləşdirilib 2011-02-27 at the Wayback Machine
- Petrie-Flom Center for Health Law Policy, Biotechnology, and Bioethics at Harvard University
- Harvard Law School obituary for Joseph H. Flom
- New York Times obituary for Joseph H. Flom
- Wall Street Journal obituary for Joseph H. Flom
- Forbes obituary for Joseph H. Flom