Faiq İbadov
Faiq İbadov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sarıbulaq, Balakən rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Sarıbulaq |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2011-2013; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri |
Faiq İsmixan oğlu İbadov (31 may 1993; Sarıbulaq, Balakən rayonu — 1 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Faiq İbadov 1993-cü il mayın 31-də Balakən rayonunun Sarıbulaq kəndində anadan olub.
1999-2010-cu illərdə M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində təhsil alıb.
Ailəli idi. Bir oğlu yadigar qaldı.
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]Faiq İbadov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Faiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Faiq İbadov oktyabrın 1-də Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Sarıbulaq kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Təltifləri
[redaktə | mənbəni redaktə et]- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- 31 mayda doğulanlar
- 1993-cü ildə doğulanlar
- 27 yaşında vəfat edənlər
- 1 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Balakən rayonunda doğulanlar
- Tərtər rayonunda vəfat edənlər
- Balakən rayonunda dəfn olunanlar