Knyaz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Knyaz (rus. князь) — qədimdə slavyanlarda monarx titulu. Daha sonralar feodal monarx dövlətinin başçısı. Knyaz titulu qərbi avropada geniş yayılmış olan hersoq, qraf, fürst kimi titullarla eyni məna daşıyır. Qədim germanların dilində knyaz — kuningaz (kral) anlamını verir[1]. Bəzi mənbələrdə knyaz IX əsrdə slavyanlaşdırılmış qədim germanların, anqlo-saksonların və skandinavların könig sözü sayılır.[2][3][4][5] Qadınlar isə "knyagina" titulu daşıyıblar.

Knyaz titulu müxtəif dövrlərdə müxtəif mənalar kəsb etmişdir. Erkən olaraq slavyanlarda zadəgan, əsli-nəcabətli insanlara verilən bu titul get-gedə dərəcəsini artıraraq hökmdar rütbəsini əvəz etmişdir. Daha sonralar Böyük knyaz — orta əsrlərdə Rusiyada ən yüksək titul sayılırdı və yalnız çarlara verilirdi. Daha sonralar çar imperator titulu ilə əvəzləndikdən sonra Böyük knyaz titulu imperatorun qardaşına, oğluna, nəvəsinə verilirdi. Qadın cinsli titul sahibləri knyaginya adlandırılırdı. Knyaginya titulu adətən knyazın zövcəsinə ya qızlarına verilirdi. Rusiya imperatoru III Pyotr taxta çıxana qədər xələf şahzadə kimi Böyük knyaz titulu daşımışdır.

border=none Əsas məqalə: Knyazlıq

Adətən knyazın hökmranlığı altında olan monarx dövləti knyazlıq adlandırılır. Tarixdə knyazın idarə etdiyi dövlətin çarlıq adlandırılmasına da təsadüf edilir. Buna qədim rus dövlətlərini və ya çarlığını misal göstərmək olar. Knyazlıqda dövlət idarəçiliyi əsasən tarixi dövlətlərdə monarxiyanın mütləq formasına, müasir dövrümüzdə isə parlamentar və ya konstitusion idarə üsuluna əsaslananır. Bəzi tarixçilər qədim dövlətləri çarlıqlar, knyazlıqlar, onların hökmdarlarını isə knyaz və ya çarlar adlandırırlar. Beləki, Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası dövlətini çarlıq, hökmdarlarını isə knyaz və ya çar adlandırılırlar. Məsələn;

Müasir knyazlıq və knyazlar

[redaktə | mənbəni redaktə et]
Knyaz II Hans-Adam
Knyaz II Albert
Kofürst Vives-i-Sisilya

Oxşar titullar

[redaktə | mənbəni redaktə et]

Knyaz termini roman mənşəyli titulla (lat. princeps) eyni ekvivalentlik təşkil edir və kral ailə üzvülərinə verilir. Orta əsrlərdə Alman knyazları alm. Fürst‎) ya da alm. Prinz‎ adlandırılırdı. Dəzən ali din xadimlərinə də alm. Fürst‎) titulu verilirdi. Müasir Avropada 3 müstəqil knyazlıq: Andorra, MonakoLixtenşteyn mövcuddur. Knyaz-yepiskop tituluna Roma papası malikdir. eyni zamanda knyaz tituluna Malta ordeni dayşıyıcıları malikdirlər.

  • “Fürst” (alm. Fürst‎, ing. first = birinci) — ali aristokrat titulu — “knyaz”.
  • “Qrosfürst” (alm. Grossfürst‎, — “Böyük knyaz”
  • “Kurfürst” (alm. Kurfürst‎, hərfi — “seçilən–knyaz” , alm. kür‎ — “seçim, seçilən” və alm. Fürst‎ — “knyaz”; lat. princeps elector imperii)
  • Qraf, qrafinya(alm. Graf‎; lat. comes anlamı «yoldaş»), fr. comte, ing. earl və yaxud count) — Qərbi Avropada zadəgan titulu. Onun malik olduğu əraziyə qraflıq deyilir.
  • Hersoq, hersoginya (alm. Herzog‎, fr. duc, ing. duke, it. duca lat. dux) qədim germanlarda əsli-nəcabətli nəsildən seçilmiş hərbi rəhbər, orta əsrlərdə tayfa başçısı (knyaz), feodalizm dövrünün sonları, kraldan sonra birinci iri torpaqlara və mülklərə sahib, vassal statuslu mülkədarlara verilən titulu. Onun malik olduğu əraziyə hersoqluq deyilir.
  1. Isabel de Madariaga: Tsar into emperor: the title of Peter the Great. In: Ragnhild Marie Hatton et al: Royal and Republican Sovereignty in Early Modern Europe. Cambridge University Press, 1997, S. 354.
  2. Havlík: Kronika o Velké Moravě, S. 132-133.
  3. Преображенский А. Г. Этимологический словарь русского языка. М., 1959. Т. 1, с. 324
  4. Max Vasmer. Russisches etymologisches Wörterbuch. Winter, Heidelberg. In 3 Bd. 1953—1958. // Этимологический словарь русского языка Макса Фасмера М., 1964—1973. (Стр. 285)
  5. Этимологический словарь славянских языков, под редакцией О. Н. Трубачёва. Праславянский лексический фонд. Вып. 13, М., 1987, с. 200