Kobus maqnoliyası
Kobus maqnoliyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kobus maqnoliyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması:
[redaktə | mənbəni redaktə et]Vətəni Yaponiya və Koreyadır.
Botaniki təsviri:
[redaktə | mənbəni redaktə et]Ən iri və soyuğadavamlı maqnoliya növlərindən biridir. Vətənində hündürlüyü 25-30 m-ə, mədəni şəraitdə hündürlüyü 10 m-ə çatan, yarpağı tökülən ağacdır. Təbii şəraitdə çayların ətrafında, bəzən bataqlıq sahələrdə digər yarpağı tökülən ağaclarla birgə bitir. Cavanlıqda çətiri ensiz-piramidal, sonra şarşəkilli olur. Çiçəkləri ağ rəngli, diametri 10 sm-ə qədər, xoş ətirlidir. Yazda yarpaqların açılmasına qədər çiçəkləyir. Tez böyüyür. Yarpaqları enli, yumurtaşəkilli, uzunluğu 10-12 sm, eni 4-6 sm, üst tərəfi parlaq yaşıl, alt tərəfi açıq yaşıl rənglidir. Saplaqların uzunluğu 2,5 sm-dir. Meyvələri qırmızı rəngli, uzunluğu 12 sm-ə qədər, qozaşəkillidir.
Ekologiyası:
[redaktə | mənbəni redaktə et]İşıqsevəndir, nəmişli, yaxşı drenajlı torpaq tələb edir. Çox soyuq illərdə çiçək tumurcuqları donur.
Azərbaycanda yayılması:
[redaktə | mənbəni redaktə et]Respublikamızda park və bağlarda rast gəlinir.
İstifadəsi:
[redaktə | mənbəni redaktə et]Bu növ şəhərlərin yaşıllaşdırılması, parklarda, bağlarda əkilməsi üçün məsləhət görülür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov
Məlumat mənbələri
[redaktə | mənbəni redaktə et]- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
İstinad
[redaktə | mənbəni redaktə et]- Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
- Azərbaycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh