Müzakirə:Liviya

Vikipediya, azad ensiklopediya
Ən son rəy:12 il öncə, Мурад 97 tərəfindən "Liviya bayrağı və gerbi" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Məndə sizi təbrik edirəm..., Qəzaffi getdi! Hə.... SONRA?! Bi r-birinizi nə ilə təbrik edirsiz ki?!

[mənbəni redaktə et]

Liviyada Frakiya adında tarixi ərazi olmayıb

[mənbəni redaktə et]

heç olmas arada bir öz yazdığınıza fikir verin, Frakiya Balkanlarda olub, Liviyada yox.

Liviya bayrağı və gerbi

[mənbəni redaktə et]

Düşünürəm ki, yeni bayrağın və gerbin əlavə edilməsinin vaxtı catıb.[1] Bu bayrağ bizim bayrağa yaman bənzəyir.))) Liviya xalqını təbrik edir və yeni həyatlarında uğurlar arzu edirəm.--Baskervill 22:53, 23 avqust 2011 (UTC)Cavabla

--RamireZ 12:07, 24 avqust 2011 (UTC)Cavabla
Yox, hələ ki yox. Vaxt çatmayıb. Mən Qəzzafinin və oğulların ölümə gədər camaxiriyaya inanacam))). Ciddi danışsağ isə yeni bayrağ hələ ki rəsmi deyil. --Мурад 97 03:59, 24 avqust 2011 (UTC)Cavabla

Tam rəsmidir.ABŞTürkiyə bu bayrağı artıq tanıyıb.Qəzzafinin iqəmətgahı isə artıq qiyamcıların əlindədir.Ən son xəbərə görə Tripolinin 100% yeni bayrağın sahiblərindədir.--Baskervill 23:03, 23 avqust 2011 (UTC)Cavabla

ABŞTürkiyə tanıyırsalar, tanısınlar. Azərbaycan isə tanıyır?

Tanıyırsa, buyrun, mənbəyi göstərib, bayrağı dəyişin. --Мурад 97 04:08, 24 avqust 2011 (UTC)Cavabla

Sizin köhnə bayrağı qeri qaytarmanızı anlamadım.Artıq Qəzzafi deyilən bir adam yoxdur.Olsada adi bir vətəndaşdır.Yəni ölkədə kim hakimiyyətdədirsə, onunda bayrağı olmalıdır.[2]--Baskervill 23:20, 23 avqust 2011 (UTC)Cavabla

Türklər onları tanıyır. Fikirləşirəm ki, tezliklə biz də tanıyacayıq. Lakin hələ ki Azərbaycan Qəzzafiyi tanıyır. Tanımır sa (ikinci dəfə yazıram), buyrun mənbəyi göstərib, bayrağı dəyişin. --Мурад 97 04:23, 24 avqust 2011 (UTC)Cavabla

Liviyada baş verən son proseslərdən sonra həmin ölkənin Ukrayna, Əlcəzayir, Türkiyədəki və digər bəzi ölkələrdəki səfirliklərində müxalifətin üçrəngli bayrağı asılıb. Bakıdakı səfirliyində isə analoji hal müşahidə olunmasa da hazırda Qəzzafi rejiminin bayrağı endirilib. Yeni bayraq isə hələki asılmayıb. Mənbə olaraq bu linklərə baxa bilərsiniz: [3], [4], [5] --►Safir yüzüklü Ceklimesaj 04:35, 24 avqust 2011 (UTC)Cavabla

Əlavə olaraq bildirim ki, dünya ictimayyəti artıq Qəzzafi rejiminin süquta uğradığını bəyan etsə də, rəsmi Bakı hələlik Liviya Milli Keçid Şurasının legitimliyini tanımır. Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürovun ANS-ə verdiyi məlumata görə, Liviya Keçid Milli Şurası hələlik hakimiyyətdə rəsmi təmsil olunmadığına görə bu şuranın legitimliyi tanınmır.[6] --►Safir yüzüklü Ceklimesaj 04:39, 24 avqust 2011 (UTC)Cavabla

Türkiyə və ya Azərbaycan dövləti kimi rəsmi tanıyıb-tanımayıb bunun Vikipediyadakı Liviya dövlət atributlarına heç bir dəxili yoxdur. Liviyanın rəsmi dövlət atributlarını bu dövlətin uyğun qurumları qəbul edir və edib. Müxalifət əgər yeni bayraq haqqında bir qərar qəbul edibsə, mənbə göstərib əlavə olaraq həmin bayrağı da göstərmək olar. Hələlik heç kim Liviyanın rəsmi dövlət atributlarını dəyişməyib və bu haqqında bir qərara gəlmək üçün Kənd meydanıda müzakirə etmək düz deyil, Vikipediya demokratiya deyil--Melikov Memmedemail 05:15, 24 avqust 2011 (UTC)Cavabla

Yeni bayraq və gerb yalnız o halda tətbiq oluna bilər ki, onlar ölkənin müvafiq dövlət orqanları və sonda prezidenti tərəfindən təsdiq edilsin. Hələ ki, belə bir qərar yoxdur, köhnə bayraq və gerb rəsmiliyini qoruyur. Wertuose 10:19, 24 avqust 2011 (UTC)Cavabla

Hələki Liviya məqaləsinə (yaşıl bayraq,qerbi silməyib) yeni hakimiyyətin bayraq gerbinidə əlavə etmək lazımdır. Və biraz gözləmək lazımdır nə vaxtki yeni hakimiyyət yeni bayraq gerbini təsdiq edər onda Qəzzafininkin silmək lazımdır.

P.S Rəsmi Bakının tanıyıb tanınmaması AzVikiyə dəxlisi yoxdur. Bura açıq ensiklopediyadır dövlət orqanı deyil. --RamireZ 12:08, 24 avqust 2011 (UTC)Cavabla

Necə dəxli yoxdur? Bizi əsasən kim oxuyur? - Azərbaycanlılar. Azərbaycan nəsə tanımırsa, deməli, rəsmən Azərbaycanlılar də onu tanımır. --Мурад 97 17:21, 24 avqust 2011 (UTC)Cavabla

Bizi burda Azərbaycanlı olmaqımızı və ya Azərbaycan vətəndaşı olduqumuz birləşdirmir bizi Azərbaycan dili birləşdirir AzViki isə Azərbaycan dilində olan Vikipediya bölməsidir Dövlət orqanı və ya millətçi sayt deyil. Azərbaycan respublikası heç vaxt Azərbaycan millətini təmsil edə bilməz. Çünki heç bir dövlət qurumu heç bir milləti təmsil etmir yalnız dövləti təmsil edir. --RamireZ 12:28, 24 avqust 2011 (UTC)Cavabla

İranı saymasaq, Azərbaycandilli camaat əsasən Azərbaycan vətəndaşlarıdılar və onların (yani bizim) ölkəsi bu bayraqı ilə gerbi tanımırsa, biz bu bayrağı ilə gerbi bu məqaləyə qoymamalıyıq. --Мурад 97 18:00, 24 avqust 2011 (UTC)Cavabla
Bu gün, 24 avqust 2011-ci ildə Liviyanın Azərbaycandakı səfirliyi yerləşdiyi bina üzərində üzərində Liviya Milli Keçid Şurasının bayrağını qaldırılıb.[7] Səfirlik ölkəsinin bayrağını belə təqdim edirsə, deməli məqalədə də bayraq müvafiq olmalıdır. --Acategory 13:05, 24 avqust 2011 (UTC)Cavabla
Bu deməməli ki, Azərbaycan onları tanıdı. Müzakirəmiz de-fakto, de-yure məsələsidir... İstəyirsiniz sə, EnWiki kimidə məqaləyə iki bayraq və iki gerb qoyub birinin izahında de-fakto, o birinin isə de-yure yazın. --Мурад 97 18:09, 24 avqust 2011 (UTC)Cavabla

Vikipediyada ümumiyyətlə “rəsmi olan” məsələsi yoxdur və Azərbaycanca Vikipediyanın da doğurdan nə Azərbaycan dövlətinə, nə də azərbaycanlılara birbaşa heç bir aidiyyəti yoxdur, onun ingiliscə və ya gürcücə Vikipediyadan tək fərqi azərbaycanca olmasıdır. Təbii ki, digər vikipediyalarda olduğu kimi, azərbaycanca olan vikipediyada azərbaycanlılar sayca daha çox olacaq, çünki bu dili ən çox bilən onlardır, ancaq Azərbaycanca Vikipediyaya bir milli layihə kimi baxmaq qətiyyən olmaz. Bayraq gec-tez rəsmi olacaq, ancaq hələlik məqalədə hər iki bayraq verilməlidir, bir dövlətin bayrağı kimi, digəri isə faktiki hakimmiyyəti təmsil edən müxalifətin bayrağı kimi. Hər iki fakt mənbələrdə var--Melikov Memmedemail 13:18, 24 avqust 2011 (UTC)Cavabla

--RamireZ 15:29, 24 avqust 2011 (UTC)Cavabla
Əgər hansısa ölkənin digər ölkədəki səfirliyi yeni bayraq qaldıırsa, ya yerləşən ölkə bunu qəbul edir, ya da səfirliyin fəaliyyətini dondurur. Əgər hansısa ölkədə siyasi rejim dəyişirsə , bunu yenidən tanımağa ehtiyac qalmır, ölkələr öz münasibətlərini davam etdirirlər. Əgər yerləşən ölkə köhnə rejimi müdafiə edərsə , o bu barədə bəyanat verir. Bütün dünyada praktika belədir. Azərbaycan göründüyü kimi bunu etmir və hakimiyyət dəyişiliyini öo ölkənin daxili işi hesab edir.Bu mümkün deyil ki, səfirlik bayraq qaldırır, həmin ölkənin vikipedistləri isə köhnə bayrağı əsas götürürlər. --Acategory 13:21, 24 avqust 2011 (UTC)Cavabla

Fikrimcə belə bir vəziyyətdə dövlətlərlə bağlı əsas rəsmi mənbə BMT-nin rəsmi saytı olmalıdır. Orada hələlik yaşıl bayraq görünür. Çox guman ki, Qəzzafinin süqutundan sonra ölkənin hazırki adı (Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi) da dəyişdiriləcək. --►Safir yüzüklü Ceklimesaj 13:28, 24 avqust 2011 (UTC)Cavabla

Sizinlə razıyam. --Мурад 97 19:54, 24 avqust 2011 (UTC)Cavabla

Azərbaycan vikipediyası Azərbaycan dilli vikipediyadır. Azərbaycan hakimiyyətinin və ya Azərbaycan millətinin vikipediyası deyil. Vikipediya azad ensiklopediyadır və heç bir dövlətin heç bir siyasi qurumun maraqlarına işləməməlidir. Əyər sabah Azərbaycan Respublikası Gürcüstanı dövlət kimi tanımasa biz görək Gürcüstan məqaləsin silək? --RamireZ 15:29, 24 avqust 2011 (UTC)Cavabla

--Baskervill 15:41, 24 avqust 2011 (UTC)Cavabla

Deyirəm axı, bu de fakto, de yure məsələsidir. Mən artıq bir variant təklif etdim: 2 bayrağı ilə 2 gerbi məqalədə yerləşdirib və izahlarda de fakto, de yure yazmaq. Bu praktika EnWiki-də istifadə edilir. --Мурад 97 20:50, 24 avqust 2011 (UTC)Cavabla

Bəlkə Azərbaycan heç bir zaman Liviya Keçid Şurasını tanımayaçaq? O, zaman biz yaşıl bayrağı həmişəlik olaraq əl vurmamalıyıq.Onda gərək Şimali Kipr Türk Respublikası məqaləsinidə silək, axı biz onlarıda tanımırıq?--Baskervill 16:13, 24 avqust 2011 (UTC)Cavabla

Bu gülməli olsa bilə, Qəzzafi ölməyib və məsələn Sirt şəhəri onun kontrolun altındadır. Bildiyim gədər, hələ ki əsgərləri var. --Мурад 97 21:23, 24 avqust 2011 (UTC)Cavabla

Bilirəm elə ona görədə təklif edirəmki hələki Liviya Keçid Şürasının bayraqıda əlavə olunsun. Sonda nə vaxt yeganə hakimiyyət qalarsa və öz bayraqın təsis edərsə onda birin silərik. --RamireZ 16:35, 24 avqust 2011 (UTC)Cavabla

Мурад 97 Sirt şəhəri qiyamçılardadır.Tripoli belə tutulub.Son xəbərləri izləyin lütfən.--Baskervill 16:42, 24 avqust 2011 (UTC)Cavabla

Şimalı Kipr haqqında məqalədə yazılıb ki, bu yarıtanılmış dövlətdir, və bu məqalədə Şimalı Kiprın bayrağı və gerbi görən adam başa düşür ki, bu tamamilə rəsmi bayraq deyil. --Мурад 97 21:44, 24 avqust 2011 (UTC)Cavabla

Şimali Kipr Türk Respublikasının bu bayrağı [8] tam rəsmidir.Bunu hamı bilir.--Baskervill 18:37, 24 avqust 2011 (UTC)Cavabla

Çox maraqlı müzakirədir. Amma məncə ən yaxşısı, bayrağıyla gerbini Liviya dövləti özü rəsmən dəyişəndə biz də bizim vikidə dəyişərik. O proses də ki, Liviyanın özündə belə hələ xeyli vaxt aparacaq. Son dövrlərdə ərəb dünyasında baş verən prosesləri yaxından izləyən biri kimi mənim üçün başqa bir məsələ maraqlıdır - Liviyanın cənub və şərq sərhədlərini sanki xəritə üzərinə xətkeş qoyub çəkiblər:) --Sortilegus 19:52, 24 avqust 2011 (UTC)Cavabla

EnWiki və ƏrViki variantı mənə xoşuma gəlir. --Мурад 97 01:09, 25 avqust 2011 (UTC)Cavabla

Hörmətli Sortilegus həmin xətkeş məsələsi Kanada və ABŞ arasında olan sərhəddədə var.Bu məsələ mənədə maraqlı gəlib.Mən biləni bunlar kaloniya dövründən olan sərhədlərdir.İtaliya bu ölkələrə müstəqillik verəndə, sərhədləridə düz bölüb.--Baskervill 20:42, 24 avqust 2011 (UTC)Cavabla

Yəqin ki, elədir. Koloniya bölünmələridir. Böyük mənada koloniya bölünmələri indiki dövrdə də davam edir. 2 əsas koloniyaçının da ki, yəqin hansı dövlətlər olduğunu hər ikimiz bilirik.--Sortilegus 20:57, 24 avqust 2011 (UTC)Cavabla

Sərhədin hər iki tərəfində ərəblər yaşayır və ümumiyyətlə sağ-sol ərəb dövlətləridir. O torpaqların da yarısından çoxu səhra ərazilərdir. O üzdən koloniya dövründən bölgü aparılanda formal olub. Heç bir strateji və ya etnik əhəmiyyəti daşımadığı üçün xətkeş kimi bölüblər :). --Proger danış 02:51, 25 avqust 2011 (UTC)Cavabla

Bu arada mövzu ilə bağlı. Liviya səfirliyi Bakıda Milli Keçid Şurasının bayrağını qaldırdı. --Proger danış 03:28, 25 avqust 2011 (UTC)Cavabla

Bəlkə bu şəkli daxil edək? --N KOzi FORUM 04:41, 25 avqust 2011 (UTC)Cavabla

İngilis və Ərəbdilli Vikipediyalarda çox marağlı variant istifadə edilir. İki bayraq iki qerb, vəssalam, problem yoxdur. --Мурад 97 16:13, 25 avqust 2011 (UTC)Cavabla

Elə də edin. Heç bir tərəfin "xətrinə" dəyməyən variantdır məncə. --Proger danış 11:22, 25 avqust 2011 (UTC)Cavabla
Çoxdan onu deyirəm (yuxrı baxın...)! Məni isə heç kim dinləmək istəmir... --Мурад 97 18:13, 25 avqust 2011 (UTC)Cavabla

Artıq Azərbaycanda olan Liviya səfirliyi yeni bayrağmızı dirəkdən asıb.)) Dünyanın 65 ölkəsi Milli Keçid Şurasını rəsmi tanıyıb.--Baskervill 19:18, 25 avqust 2011 (UTC)Cavabla

Kim harda istəyir, bayrağınızı asa bilər. Bu deməməli ki, Azərbaycan onu tanıdı. --Мурад 97 00:24, 26 avqust 2011 (UTC)Cavabla
Azərbaycan Liviyanın keçid hökumətini tanıdı --Proger danış 13:50, 2 sentyabr 2011 (UTC)Cavabla
Bəs BMT. --N KOzi FORUM 13:53, 2 sentyabr 2011 (UTC)Cavabla
BMT üzvü olan dövlətlərin tanıması ilə bərabər ən əsası Təhlükəsizlik Şurasının 5 üzvü də tanıyırsa elə təkcə bu bəsdir ). Ancaq məsələ bunda deyil ki. Elə-belə yerləşdirdim bunu. Deməyim odur ki, Murad ingilis dilli vikidəki təcrübəni niyə burada tətbiq etmir? --Proger danış 15:22, 2 sentyabr 2011 (UTC)Cavabla
Proger, hardan bilirsiniz ki, bu gün.az saytdan məlumat yalnış deyil? --Мурад 97 15:28, 4 sentyabr 2011 (UTC)Cavabla

Azərbaycan vikipediyaçıları deyəsən Liviya məsələsində Kubanın mövqeyindən Кубинское правительство не признает Национальный переходный совет Ливии çıxış edirlər.--Acategory 10:37, 4 sentyabr 2011 (UTC)Cavabla

Hamını deyə bilmərəm. Amma mən şəxsən Müəmmər əl-Qəzzafini dəstəkləyirəm. Kəndimizdə də böyük əksəriyyət belə fikirləşir:) Hal-hazırda Liviya ərazisində qurulmuş II hakimiyyəti isə hələ ki, qətiyyən dəstəkləmirəm. Çünki onların heç bir müsbət fəaliyyətinin şahidi olmamışam. Xarici dəstəklə həyata keçirdikləri inqilab problemləri həll etmir, tam əksinə daha da dərinləşdirir. Belə vəziyyət onların milli sərvətlərinin daha sürətlə talanmasına, xaricə daşınmasına şərait yaradır. Bu kimi hadisələrdə qazanc əldə edən əsas qüvvələr isə heç də sadə insanlar deyil, silah, orqan və narko tacirlərdir...--►Safir yüzüklü Ceklimesaj 06:48, 5 sentyabr 2011 (UTC)Cavabla

Vikipediya ensiklopediya olduğu üçün burada sırf ensiklopedik məlumatlar öz əksini tapmalıdır. Konkret olaraq Liviyada isə vətəndaş muharibəsi nəticəsində hakimiyyət yeni siyasi qüvvənin əlindədir və onlar Liviyanın yeni bayrağını elan ediblər. Burada biz ancaq statist, yəni mövcud olanın qəbul edilməsi rolunu oynaya bilərik.--Acategory 09:07, 5 sentyabr 2011 (UTC)Cavabla

Hörmətli Acategory icazənizlə Müəmmər əl-Qəzzafini dəstəkləyən bütün soydaşlara bir söz deyim.Əvvala dünyada heç bir normal dövlət başcısı 42 il hakimiyyətdə olmur.Heç bilirsiz Liviyada hər bir vətəndaşa neft gəlirlərindən nə qədər pul düşür? 180 min dollar.Görünən o durki, Liviyalılar o pulu ala bilməyiblər.Yoxsa Müəmmər əl-Qəzzafinin oğlu qızıldan kresloda əyləşməzdi.Yaşasın Liviya Keçid ŞurasıAzad Liviya!!!--Baskervill 14:08, 5 sentyabr 2011 (UTC)Cavabla

Liviya BMT üzvü kimi hələ də keçmiş bayrağ və gerbi istifadə edir, Afrika İttifaqı hələ də Qəzzafiyi tanıyır. Özdə mən hələ də əmin deyiləm ki, Azərbaycan yeni höküməti tanıdı, çünki burada siz mənə göstərdiyinis mənbələrdə yalnış məlumat ola bilər. --Мурад 97 15:39, 9 sentyabr 2011 (UTC)Cavabla

Niyə ingilis dilli vikidəki təcrübədən yararlanmırıq ki? --Proger danış 11:06, 9 sentyabr 2011 (UTC)Cavabla

Mən də onu təklif etdim, lakin xeç kim məni eşitmək istəmir. --Мурад 97 16:14, 9 sentyabr 2011 (UTC)Cavabla
Azərbaycan vikipediyası Afrika İttifaqının rəsmi saytı deyildir və hansısa regional təçkilatın kimisə tanımaması barəsində sadəcə olaraq məqalədə informasiya kimi verilə bilər. Həmçinin vikipediyada informasiyanı kiminsə əminliyinə görə yerləşdirilməsi praktikası yoxdur.--Acategory 11:17, 9 sentyabr 2011 (UTC)Cavabla
Azərbaycan hələ də Qəzzafiyi tanıyır! Tanımır sa, onda mənə bu barədə NORMAL bir mənbə göstərin. --Мурад 97 16:48, 9 sentyabr 2011 (UTC)Cavabla
Azərbaycanın mövqeyinin bu mövzuya heç bir aidiyyatı yoxdur. --►Safir yüzüklü Ceklimesaj 11:51, 9 sentyabr 2011 (UTC)Cavabla
Onda kimin var!? Mən təkrar edirəm: bu de-fakto, de-yure məsələsidir. EnWiki-də kimi eləməliyik. --Мурад 97 16:56, 9 sentyabr 2011 (UTC)Cavabla
✅Y Razıyam. Zəhmət olmasa edin. --►Safir yüzüklü Ceklimesaj 12:04, 9 sentyabr 2011 (UTC)Cavabla
Kim onu edə bilər? (Mənə baxmayın) --Мурад 97 17:08, 9 sentyabr 2011 (UTC)Cavabla
❌N Mənim vaxtım yoxdur. --►Safir yüzüklü Ceklimesaj 12:12, 9 sentyabr 2011 (UTC)Cavabla