Plasdarm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Overlord əməliyyatı zamanı Fransada dayaq məntəqəsinin yaradılması üçün Müttəfiqlərin planlarını göstərən xəritə

Plasdarm (fr. place d'armes — "qoşunların toplaşma meydanı") — silahlı qüvvələrin cəmləşdirilməsi və yerləşdirilməsi üçün baza kimi istifadə edilən, öz və ya başqa dövlətin ərazisi (və ya onun bir hissəsi), habelə hər kəsə qarşı hərbi əməliyyatların aparılması məqsədilə, o cümlədən düşmən ərazisinə basqın hazırlanarkən yaradılan dayaq nöqtəsi;[1] strateji və ya əməliyyat əhəmiyyəti də ola bilər.[2] Buna misal olaraq İkinci Dünya Müharibəsi zamanı Normandiyada genişmiqyaslı dayaq meydanı olan Overlord əməliyyatını göstərmək olar.[3]

İvan Sıtinin Hərbi Ensiklopediyasında (1911-1915) plasdarm qoşun toplama yeri olduğu göstərilir və onun bir neçə mənaları nəzərdən keçirilir. Plasdarm - istehkamlarda, qala hasarlarının və qalaların giriş və çıxış hissələrində yolları əhatə edən, yığma, sıralama və ya qalada toplama sahəsi üçün xidmət edən meydandır. Plasdarm qalalarda daxil olma və ondan çıxış nöqtələridir. Plasdarmdakı silahlı qaravul Von adlanırdı.

Həmçinin plasdarm hücum zamanı ordunun su maneəsini (çay, göl və s.) keçərkən ələ keçirdikləri və ya əks sahilində geri çəkilən qoşunların saxladıqları ərazi parçası da adlanır. İkinci Dünya müharibəsi illərində, Dnepr çayını keçərkən, SSRİ Silahlı Qüvvələri 1943-cü ilin payızında Loyev şəhərindən Zaporojya şəhərinə qədər 750 kilometrlik bir zolaqda çayın sağ sahilində 27 plasdarm ələ keçirmişdi. Lakin onlardan 26-sı cəbhə boyu bir kilometrdən 10 kilometrə qədər, iki kilometrdən 9 kilometrə qədər dərinlikdə idi. Qırmızı Ordunun ikinci eşelon və ehtiyat qüvvələri tərəfindən nasist Almaniyasının işğalçılarına qarşı şiddətli döyüşlərdə bu plasdarmların bir hissəsi cəbhə boyu 20 kilometrə və 10-14 kilometr dərinliyə qədər genişləndirildi və SSRİ Silahlı Qüvvələri üçün operativ əhəmiyyət kəsb etdi.

Sahil kənarını qorumaq üçün plasdarmın müdafiə mövqeyinə körpü başı istehkamı və ya têt-de-pont (fr. tête de pont – “körpünün başı”) deyilir.

Taktiki plasdarmlar adətən birinci eşelonun qabaqcıl dəstələri, avanqardları və ya bölmələri tərəfindən hücum zamanı ələ keçirilir. Sonra isə döyüşə qatılan operativ qüvvələr - ikinci eşelon bölmələri və ehtiyat hissələri tərəfindən genşləndirilir. Həm taktiki, həm də əməliyyat plasdarmları hava-desant hücum qüvvələri tərəfindən ələ keçirilə bilər. Böyük plasdarmların olması geniş hücum əməliyyatları üçün əlverişli şərait yaradır. Belə ki, plasdarmlarda böyük qüvvələrin cəmləşdirilməsi su hövzələrinin hücumla keçilməsi zərurətini aradan qaldırır.

Strateji plasdarmlar

[redaktə | mənbəni redaktə et]

Birinci Dünya müharibəsindən əvvəl strateji plasdarmlar:

  1. United States Department of the Navy -- Naval Historical Center 805 Kidder Breese SE -- Washington Navy Yard Washington DC 20374-5060 Chapter X: The build-up for the Battle of France; Part 1: The post-NEPTUNE naval task Arxivləşdirilib 2014-10-04 at the Wayback Machine "The army still had a desperate battle before them before they would consolidate possession of their bridgehead in the lodgement area."
  2. en:Oxford English Dictionary lodgement, lodgment "3. The action of establishing oneself or making good a position on an enemy's ground, or obtaining a foothold; hence, a stable position gained, a foothold. Chiefly in phr. to make or find a lodgement."
  3. "GuidedTours". 2013-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-04-17.