39°48′19″ şm. e. 46°56′21″ ş. u.HGYO

Qarıtəpə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qarıtəpə
39°48′19″ şm. e. 46°56′21″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 867 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 140 nəf. (2015)
Xəritəni göstər/gizlə
Qarıtəpə xəritədə
Qarıtəpə
Qarıtəpə

Qarıtəpə (əvvəlki adı: Paravatumb) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qağartsi kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Paravatumb kəndi Qarıtəpə kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarıtəpə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.

Paravatumb kəndi XIX əsrin ortalarında Zəngəzurdan gəlmə erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Tam adı Qişi Paravatumb olmuşdur. Arsakda xristian albanların Kiş məbədi xarabalıqlarının olduğu təpə (tumb) ermənilərin verdiyi addır. Erməni dilində parava "əski", "qədim" və tump sözlərindən ibarətdir. Erməni dilinə daxil olmuş bu söz qədim türk mənşəlidir. Gədəbəy rayonunda Qaravul tomba (kənd adı) və Şəki rayonunda Dumbatəpə (təpə adı) toponimləri ilə bir sıradadır. Türk dillərində tumba, domba "dəyirmi (təpə)" mənasındadır.[3]

Kənd XIX əsrin 20-ci illərində İrandan koçüb gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Paravatumb (erm. parava "qədim, köhnə" və tumb "təpə" sözlərindən olub, Qaratəpə adının erm. kalkası) adlanmışdır. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Bu toponim qədim türk dillərindəki qara (köhnə) və təpə sözlərindən ibarətdir. Türkmənistanın cənubunda, Artik dəmiryolu stansiyasından 4 km. şimalda eneolit dövrünə (m. 6. V-Ш minilliklər) aid yaşayış yeri, Türkiyənin Qədirli şəhərindən 22 km. cənub-şərqdə Ceyhan çayı sahilində təpə də Qaratəpə adlanır. Keçən əsrin 30-cu illərinədək Gürcüstan ərazisində Qaratəpə (Qardabani rayonu) adlı yaşayış məntəqəsi qeydə alınmışdır.[4]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]
İl Daimi əhali Kişilər Qadınlar
1999[5] XXXX XXXX XXXX
2009[6] ↗XXXX ↗XXXX ↗XXXX

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-11.
  2. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  3. B.Budaqov, Q.Qeybullayev. Yuxarı Qarabağın toponimləri. Bakı: 2005.
  4. Qarıtəpə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
  6. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]