Relikt

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Relikt (lat. relictum - qalıq) - relikt bitki və heyvanlar — keçmiş geoloji dövrlərin müasir biosenozun tərkibinə daxil olan bitki və heyvan növləri, kiçik və geniş ərazini tuta bilər. Üçüncü dövr, pleystosen, postpleytosen reliktləri ayırırlar. Azərbaycan Respublikasında (əsasən Talış zonasında), yalanqoz, şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat ağacı, bigəvər kolu, şümşad kolu üçüncü dövr reliktidir[1].

Relikt endemlər

[redaktə | mənbəni redaktə et]

Relikt endemlər (lat. relictum - qalıq) – keçmiş geoloji dövrlərdən indiyə kimi qalmış növlər. Relikt növlər olduqca məhdud sahədə qala bilər (məs., gingqo, eldar şamı, saqovnik, sekvoya və b.) həm də nisbətən məhdud ərazilərdə yayıla bilər (məs., üçüncü dövr reliktləri – azaliya, andromeda, budaqlı danaya, dəmirağac, şabalıdyarpaq palıd və s.)

Əlverişli yaşama şəraitində (refiqiumlarda) qalan keçmiş fauna.

Əlverişli şəraitlərdə fraqmentlər şəklində qalan qədim flora növlərinin məcmusu.

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008