Tirrenlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tirrenlər

Tirrenlər[1] (q.yun. Τυρρηνοί ) və ya tirsenlər (Τυρσηνοί) — qədim yunan müəlliflərinin Yunanıstan ətrafında yaşayan bəzi qeyri-yunan tayfalarını təyin etmək üçün istifadə etdikləri termin. Xüsusilə Herodot Lemnos adasının sakinlərini ya pelasqlar, ya da tirrenlər adlandırırdı.

Qədim dövrlərdə pelasqlar və tirrenlər Lasinin sakinləri idilər.[2] Xalq inancına görə, tirrenlər Etruriyada, eləcə də Apennin yarımadasının qərbində, SardiniyaSiciliyada nüfuzlu mədəni və hərbi-siyasi qüvvə olan etrusklarla yaxın qohum idilər.[3]

  1. Тиррены  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  2. Латины  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  3. Этрурское или Этрусское искусство  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.