Vikipediya:Asiya ayı 2020

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç


Vikipediya Asiya Ayı

Vikipediya Asiya ayı Vikipediyada keçirilən onlayn layihədir. Noyabrda baş tutacaq layihədə əsas məqsəd Asiya ölkələri və regionları (öz ölkən istisna olmaqla) haqqında məqalələr yaratmaq və həmin mövzuda olan məqalələri inkişaf etdirməkdir. Layihədə istənilən istifadəçi iştirak edə bilər.

Qaydalara uyğun şəkildə 4 və daha artıq məqalə yaradan istifadəçilər digər ölkələrin istifadəçilərindən açıqcalar qəbul edəcək.

Ən çox məqalə yaradacaq istifadəçi "Vikipediya Asiya Səfiri" (ing. Wikipedia Asian Ambassador) adına layiq görüləcək.

Layihənin yekunu ilə buradan tanış ola bilərsiniz.

Qaydalar

Xülasə: Yeni məqalə, Asiya haqqında, yaxşı keyfiyyətdə, minimum 3000 bayt və 300 söz, 2020-ci ilin noyabrı müddətində yaradılmalı, siyahı olmamalı.

Asiya ayı çərçivəsində yaradılan məqalələr aşağıdakı şərtlərə cavab verməlidir:

  • Yeni məqalə 1 noyabr 2020-ci ildən (saat 00:00) 30 noyabr 2020-ci ilə qədər (saat 23:59) olan dövrdə yaradılmalıdır.
  • Məqalə Azərbaycan haqqında olmamalıdır.
  • Məqalənin ölçüsü azı 3.000 bayt olmalı və içərisində azı 300 söz işlənməlidir.
  • Məqalə ensiklopedik cəhətdən əhəmiyyətli olmalıdır.
  • Məqalədə lazımı qədər istinad olmalıdır.
  • Məqalə maşın tərcüməsi ilə yaradılmamalıdır, aydın dildə yazılmalıdır.
  • Məqalə məlumatlandırıcı olmalıdır.
  • Məqalədə onun bəzi kriteriyalara cavab vermədiyini göstərən şablonlar olmamalıdır. Məsələn, {{orijinal tədqiqat}}, {{tərəfli}}, {{mənbə azlığı}} və s.
  • Məqalə siyahı olmamalıdır. Lakin seçilmiş statusu alarsa, dəyərləndiriləcəkdir.
  • Məqalə Asiya ölkələri və regionları mövzusunda olmalıdır (öz ölkən istisna olmaq şərti ilə).

Qeydlər:

  • Məqalənin qəbul olunub-olmamasını sonda ancaq təşkilatçı müəyyənləşdirir.
  • Asiya ölkələrindən açıqca qəbul etmək üçün kriteriyalara uyğun ən azı 4 məqalə yazılmalıdır.
  • Kriteriyalara uyğun şəkildə ən çox məqalə yaratmış istifadəçi Asiya səfiri fəxri adını layiq görüləcək və sertifikat və əlavə açıqca ilə alacaq. Daha ətraflı: SC
  • Yeni məqalə yaradarkən Vikipediya:Asiya ayı/Plan səhifəsindəki siyahıdan istifadə edə, yaxud hər hansı digər məqaləni yarada bilərsiniz.

Təşkilatçılar

Qoşul

Qoşulun və töhfələrinizi alət vasitəsilə qeyd edin.

Yararlı keçidlər

Əməkdaşlıq