Vikram-samvat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Samvat təqvimi (Vikram-samvat) — Hindistanda geniş istifadə edilən təqvimdir. Burada günəş ilinin uzunluğu ay aylarının uzunluğu ilə əlaqələndirilir. Müasir Nepal təqvimi onun əsasında yaradılmışdır.

Yayılması və mənşəyi

[redaktə | mənbəni redaktə et]

Samvat təqvimindən əsasən Şimali və Mərkəzi Hindistanda istifadə olunurdu. Bu sistem əsasında hesablanma eramızdan əvvəl 57-ci ildən başlayır və hökmdar Vikramın və ya Vikramadityanın adı ilə əlaqələndirilir. Onu milli qəhrəman və ideal bir hökmdar kimi xarakterizə edən çoxsaylı əfsanələr həsr olunmuşdur. O, xarici işğalçıları Hindistandan qovan hökmdar kimi xatırlanır. Əfsanələrin çoxunda Vikramın xalqına xeyir vermək istəməsindən və özünü və şəxsi maraqlarını başqalarının xeyrinə qurban verməyə hazır olduğundan bəhs edilir. Hökmdar Vikram səxavətli olması, başqalarına xidməti, cəsarəti və təkəbbür olmaması ilə məşhurlaşmışdır. Sezar adı kimi Vikramadityanın adını da bir simvol və titul qismində ondan sonrakı bir çox hökmdarlar da öz adlarına əlavə etmişlər.

Hindistan tarixində Vikramaditya adı bir çox hökmdar tərəfindən sikkələrə zərb edilmişdir. Onlardan hansının samvat təqviminin əsasını qoyması mübahisəli məsələdir. Eramızdan əvvəl I əsrdə Vikramaditya roluna namizədi tapmaq çətindir. Xarici işğalçılara qarşı vuruşan və onları Hindistan torpaqlarından qovan II Chandragupt daha uyğun hesab edilə bilər.

Samvat dövrünün xronologiyasının eramızdan əvvəl 57-ci ildən başlamasına əsasən, 1970-ci il Qriqorian təqvimi Samvat təqviminin 2026 - 2027 ilinə uyğun gəlir.