Amudərya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Amudərya
Ölkələr
Mənbəyi Pamir və Piyanc dağları
Mənsəbi Aral dənizinin cənubu
Uzunluğu 1415 km
Su sərfi 703 m³/san
Su hövzəsi 309.000
Hövzəsinin sahəsi 309.000 km²
Qollarının hövzəsi sağ və sol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ceyhun

Amudərya və ya Ceyhun (türkm. Ceyhun, Amıderya, özb. Amudaryo, fars. آمودریا‎; Âmudaryâ) — Orta Asiyada ən uzun çay. Uzunluğu 1415 kilometrdir. Dünyanın ən uzun Qaraqum kanalı bu çaydan çəkilmişdir. Amudərya çayı Pamir dağlarından tökülür.

Tarixən bu çay Britaniya Hindistanı ilə Rusiya imperiyası arasında sərhəd olmuş. Bu gün isə o, Türkmənistan ilə Əfqanıstan arasında sərhəd rolunu oynayır.[1]

Çay qədim zamanlardan bəri məlumdur. Amudərya qədim dövrlərdə bir çox ad daşıyırdı. Zərdüştlər ona "Vakş", "Arhara", "Raha" və ya "Ranha" deyirdilər. Orta əsrlərdə Amudərya boyu Rusiyadan Buxaraya ticarət yolu var idi. I Pyotr fəal şəkildə çayı rus ticarətinə cəlb etməyə çalışırdı. O zaman Amudərya çayı tədqiq edildi. Çayın sistemli tədqiqatları yalnız 20-ci əsrdə başlamışdır. Sonra suyun tərkibini müşahidə etməyə başladılar.[2]

Amudərya çayı — Orta Asiyada ikinci ən uzun və ən böyük çaydır. Uzunluğu 1415 kilometrdir, hövzəsi isə 309 min kvadrat kilometrdən çoxdur. Mənbəyi Pamir dağlarından başlayır. Çay Vaxş və Pənc çaylarının qovuşduğu yerdə əmələ gəlir. Aral dənizinə axaraq delta əmələ gətirir. Çayın suyu uca zirvələrdəki qar və buzlaqların əriməsi hesabına yığılır. İsti yay aylarında suyun səviyyəsi qalxır. Dünyanın ən uzun – Qaraqum kanalı bu çaydan çəkilmişdir.[3]

Amudərya çayı beş dövlətin ərazisindən keçir: Özbəkistan, Türkmənistan, Tacikistan, QırğızıstanƏfqanıstan. Əsas axın Tacikistanda — 85% və Şimali Əfqanıstanda — 15% təşkil edir. Çay, 3 böyük sağ qol əmələ gətirir: Şerabad, Kafirnigan və Surxandarya. Kiçik bir sol qolu var — Kunduz. Suyun 80% -i 24 milyard kubmetr həcmində olan 36 su anbarı ilə tənzimlənir. Çayın illik axını 73,6 km 3 təşkil edir. Tarixən bu çay Britaniya Hindistanı ilə Rusiya İmperiyası arasında sərhəd olmuş. Bu gün isə o, Türkmənistan ilə Əfqanıstan arasında sərhəd rolunu oynayır.

  1. Ahmed Rashid The New Struggle in Central Asia: A Primer for the Baffled Arxivləşdirilib 2020-06-15 at the Wayback Machine, World Policy Journal Vol. 17, No. 4 (Winter, 2000/2001), pp. 33–45 (p. 33)
  2. "АМУ-ДАРЬЯ". geoman.ru (rus). 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
  3. "Фауна заповедника Бадай-Тугай". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-17.