41°43′08″ şm. e. 41°44′00″ ş. u.HGYO

Çakvi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çakvi
gürc. ჩაქვი
41°43′08″ şm. e. 41°44′00″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Muxtar Respublika Acarıstan Muxtar Respublikası
Rayon Kobuleti
Tarixi və coğrafiyası
Yaşayış məntəqəsi statuslu 1954
Mərkəzin hündürlüyü 30 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 6.720 nəfər (2014)
Milli tərkibi gürcülər 95,6 %, ermənilər 1,7 %, ruslar 1,5 %[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 426
Poçt indeksi 6400[2]
Xəritəni göstər/gizlə
Çakvi xəritədə
Çakvi
Çakvi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çakvi (gürc. ჩაქვი) — Gürcüstanın Acarıstan ərazisində şəhər tipli qəsəbə. Çakvi Gürcüstanın cənub-qərbində, Qara dəniz sahilində yerləşir. Qəsəbə Kobuleti rayonunda yerləşir. Qəsəbədə Natanebi-Batumi dəmir yol stansiyası yerləşir. Müasir dövrdə Çakvi populyar turizm və istirahət zonasıdır.

Çakvi son 20 ildə yetərincə azlmışdır. 2002-ci ilin məlumatına görə qəsəbədə 8100 nəfər yaşayırdı. 2014-cü ilin siyahıya alınmasına görə qəsəbədə 6720 nəfər yaşayır. Milli tərkib baxımdan əhalinin 95,6 %-ni gürcülər təşkil edir. Ermənilər 1,7 %, ruslar isə 1,5 %-dir.

1959[3] 1970[4] 1979[5] 1989[6] 2002 2014[7][8]
6183 5365 6374 7199 8100 6720

Gürcü çayçılığının tarixi Çakvidə başlayıb. Onun şərq ətrafı Çaysubani ("çay məhəlləsi") adlanır. Hələ Rusiya İmperiyası dövründə çay mütəxəssisi Lau Con Zhau Çindən buraya gətirilib və ilk çay növlərini bura gətirib.

1954-cü ildən Çakvi şəhər tipli qəsəbə statusu almışdır. Keçmiş adı — Çakva olmuşdur.

Sovet dövründə Çakvidə üç çay fabriki, çay presi, meyvə-giləmeyvə və sitrus şərab zavodu fəaliyyət göstərirdi. Çay və sitrusçuluq sovxozları olmuş. Ümumittifaq Elmi-Tədqiqat Çay və Subtropik Bitkilər İnstitutunun filialı var idi.

Burada məşhur sovet çayçısı Kseniya Baxtadze işləyirdi.

Dəniz subtropik iqlimi, gözəl çınqıl və qumlu çimərliyi olan isti təmiz dəniz, mənzərəli sahil turisləri cəlb hər zaman cəlb etmişdir. Ətraf ərazidə olan şam və evkalipt bağları, bir çox park və bağçalar Çakvini istirahət etmək və müalicə almaq üçün əla məkana çevirmişdir. Şimal hissəsində uzun müddətdir ki, yeksək beton örtüklü sahil zolağı var. Bu ərazidən dəniz çox gözəl görəsnir. Yaxınlıqda Yaşıl və Sixisdziri burunları yerləşir. "Kastello Mare" otel qəsri burda yerləşir. Bu bölgənin əsas üstünlüklərindən biri insan sıxlığının az olmasıdır.[9]

2007-ci ildə ABŞ ordusu Mühındislər Birliyi Avropa Bölgəsi üçün Çakvidə 600 000 dollarlıq radar stansiyası inşa etmişdir. Stansiya hım ticarət, həm də hərbi məqsədlər üçün istifadə olunur.[10]

  1. "Ethnic composition of Georgia 2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  2. Georgian Post. 1805.
  3. "Перепись-1959". 2012-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  4. "Перепись-1970". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  5. "Перепись-1979". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  6. "Перепись-1989". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  7. "Группировка городских населённых пунктов по типу и численности населения (Urban settlements by type and by size of population)" (ingilis). Национальная статистическая служба Грузии. 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-02.
  8. "Население городских населённых пунктов Грузии". 2018-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  9. "Чакви". www.travelgeorgia.ru. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-22.
  10. https://web.archive.org/web/20110604061603/http://www.army.mil/-images/2009/12/09/58075/