Çili araukariyası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çili araukariyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çili araukariyası (lat. Araucaria araucana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinin araukariya cinsinə aid bitki növü.

Hündürlüyü 30–40 m-ə, gövdəsinin diametri 1-1,5 m-ə çatan piramida formalı həmişəyaşıl ağacdır. Cavan ağacların çətiri enlipiramida formalı, yan budaqları üfüqi və ya bir az meyllidir. Ağac yaşlandıqca aşağı budaqları tökülür. Qabığı boz-qonur, qatranlıdır. Tökulməyən yarpaqları oval-nizəşəkilli, məsaməli və hər iki tərəfdə zolaqlıdır, uzunluğu 30–50 mm, eni 8-25 mmdir ikievli və birevli olub, 10-15 il yaşayır. Yumurtacıq toxum pulcuğunda olur və örtücü pulcuqlarla birlikdə inkişaf edir. Dişi qozaları Şarşəkilli, tünd-qonur rəngli olub, uzunluğu 10-18 sm, eni 8-15 sm-ə qədərdir, 2-3 ilə yetişir. Erkək qozaları şaquli yerləşir, sarımtıl-qonurdur, uzunluğu 7-15 sm, eni 5 sm-ə qədərdir, tək və topalarla yerləşir, mikrosporofilləri birdir. Toxumların rəngi açıq-qonur, açıq narıncı, üçbucaq formasındadır. Araucaria aracuana növü işıq və istiliksevəndir, quraqlığa davamlıdır. Münbit və əhəngsiz torpaqları sevir. Azərbaycanda Abşeron, Lənkəran və Astara bölgələrində, Gəncədə park və bağlarda, xiyabanlarda rast gəlinir.