İber müharibəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İber müharibəsi
Yeri

İber müharibəsiSasani imperiyası ilə Bizans imperiyası arasında İberiyaya (indiki Kartli, şərqi Gürcüstan) nəzarət etmək uğrunda gedən müharibə. İberiya Sasanilərin müştəri dövləti idi, lakin Bizans tərəfinə keçmişdi. Münaqişə xərac və ədviyyat ticarəti ilə bağlı yaranan gərginlik səbəbindən baş vermişdi.

Sasanilər 530-cu ilə qədər üstünlüyünü qorumuş, lakin Bizans DarəSatala döyüşlərində öz mövqelərini bərpa etmişdilər, Qəssani müttəfiqləri isə Sasanilərlə müttəfiq olan Ləxmiləri məğlub etmişdilər. 531-ci ildə Sasanilərin Kallinikdəki qələbəsi imperiyalar "Əbədi sülh" imzalayana qədər müharibəni daha bir il uzatmışdır.

502–506-cı illər müharibəsindən sonra 20 il davam edən (daimi sərhəd münaqişələrinə baxmayaraq) 7 illik barışıq imzalanmışdır.[1] I Qubad Bizans–İberiya ilə həmsərhəd vilayətdə xristianlığın üstünlük təşkil etməsindən çəkinərək zərdüştiliyi zorla tanıtmağa başlamış və bu da yeni müharibəyə səbəb olmuşdur.[2][3]

Toqquşmalar nəticəsində iki dövlət arasında münaqişə yaranmışdır. 525-ci ildə Bizans donanması Himyar dövlətinin nəzarətində olanYəmənə hücum etmək üçün bir ordu daşımış və İranın Ləxmi müttəfiqləri Bizans imperiyasının ərazisini işğal etmişdilər.[4] 526–527-ci illərdə Cənubi Qafqazda və Şimali Mesopotamiyada ciddi qarşıdurma baş vermişdir.[5] 527-ci ildə I Yustinin ölümündən sonra taxta onun qardaşı oğlu Yustinian oturmuşdur.[6]

Müharibənin ilk illəri 527-ci ildə iber üsyanını yatıran İran üçün əlverişli idi. Həmin il Bizansın Nisibis və Tebetaya qarşı hücumu uğursuz olmuşdur.[6] 528-ci ildə İran Şərqi Lazikaya hücum etməyi planlaşdırdıqları sahil başını fəth etmişdilər. Bu uğurlar Yustiniana Bizansın müdafiə sisteminin zəifliyini göstərmişdir.[7] Sasani qüdrətinin genişləndiyi ərazi iki yerə bölünmüşdür. Elə həmin il Belizari ordusu ilə Tanurisə daxil olmuş və burada Bizans istehkamlarını quran fəhlələri qorumaq üçün uğursuz cəhd göstərmişdir.[8][9]

Ləxmilər 529-cu ildə Suriyaya bir sıra hücumlara başlamışdılar. Bu sərhədləri təmin etmək üçün Yustinian Qəssani müttəfiqlərinə koalisiya yaratmağa icazə vermişdir. 530-cu ildə Belizari Darədə İran üzərində parlaq qələbə qazanmışdı, lakin növbəti il Kallinikdə məğlub olmuş və bu, onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb olmuşdur.[10][11]

532-ci ilin sentyabrında I Qubadın ölümündən az sonra "Əbədi sülh" müqaviləsi imzalanmışdır Müqavilənin şərtlərinə görə, İranın işğal etdiyi Bizans əraziləri xərac müqabilində geri qaytarılmışdır. İberiya Sasanilərin nəzarəti altında qalmışdır. Bu zaman İranın yeni hökmdarı I Xosrov Ənuşirvan ölkə daxilində öz hakimiyyətini gücləndirməkdə daha çox maraqlı idi.[12]

  1. Greatrex, Lieu, 2002. səh. 81–82.
  2. Borgeraze, A. Revolt of Gourgen // Georgia (gürcü). II. Tbilisi. 2012. 211–212.
  3. Greatrex, Lieu, 2002. səh. 82.
  4. Magill, Frank N. The Middle Ages: Dictionary of World Biography (ingilis). Routledge. 2012. səh. 560b. ISBN 9781136593130.
  5. Greatrex, Lieu, 2002. səh. 84.
  6. 1 2 Greatrex, Lieu, 2002. səh. 85.
  7. Greatrex, Lieu, 2002. səh. 83.
  8. Greatrex, Lieu, 2002. səh. 86
  9. Conor Whately, Battles and Generals: Combat, Culture, and Didacticism in Procopius, 2006, Netherlands, p.238
  10. Greatrex, Lieu, 2002. səh. 92–96.
  11. Greatrex, Lieu, 2002. səh. 93.
  12. Greatrex, Lieu, 2002. səh. 96–97.