İnternet senzurası

Vikipediya, azad ensiklopediya
(İnternet senzura səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
İnternet senzurasının dərəcəsi ölkələr arasında dəyişir. Demokratik ölkələrdə adətən müəyyən dərəcədə əsaslandırılmış məhdudiyyətlərlə olsa da, vətəndaşlara məlumat əldə etməyə və ictimai müzakirələrdə iştirak etməyə imkan verən mülayim senzura var. Bunun əksinə olaraq, totalitar rejimlər povestə nəzarət etmək və müxalif fikirləri sıxışdırmaq üçün İnternetə çıxışa ciddi məhdudiyyətlər qoyur. Onlar senzuradan ünsiyyəti məhdudlaşdırmaq və xüsusilə seçki və ya etiraz aksiyaları kimi kritik hadisələr zamanı siyasi və sosial mövzularda debatların qarşısını almaq üçün bir vasitə kimi istifadə edirlər.

İnternet senzurası senzuranın ən yeni növlərindən biridi, dövlət, hökumət orqanları, İnternet provayderinternetə nəzarət etmək imkanı olan şirkət və təşkilatların istifadəçilərin İnternetdəki fəaliyyətinə nəzarət və ya qadağalar qoyması deməkdir. İnternet senzuranın aradan qaldırılması hazırda İnternetin ən böyük problemlərindən biridir və miqyasından asılı olmayaraq İnternetlə bağlı əksər şirkətlər internet senzuranın aradan qaldırılması, eləcə də İnternet senzuradan yayınma yolları axtarmaqla məşğuldurlar. Belə ki, GoogleMərkəzi Avropa Universiteti 2010-cu ilin sentyabrın 20–22-də Macarıstanın paytaxtı Budapeştdə "Azadlıqda İnternet 2010" beynəlxalq tədbirini təşkil edib bu barədə müzakirələr aparıblar.[1] Bundan başqa müxtəlif təşkilatlar və şirkətlər İnternetdə anonimliyi təmin etmək, bloklanmış səhifələrə daxil olmağa şərait yaratmaq üçün müxtəlif onlayn alətlər (Freegate, Dynaweb, Tor, Tor körpüləri, JonDo, Puff, Your-Freedom, Ultrasurf, Tor Brauzer Bandlı, Psiphon, Hotspot Shield, GPass, GTunnel və s.) hazırlayıblar.[2]

  1. "Rəşad Mehbaliyev, "Azadlıqda İnternet 2010"". 2013-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.
  2. "Arxivlənmiş surət". 2016-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]