İoaxim Lelevel

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İoaxim Lelevel
pol. Joachim Lelewel
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1786(1786-03-22)[1][2][…] və ya 21 mart 1786(1786-03-21)[3]
Doğum yeri
Vəfat tarixi 29 may 1861(1861-05-29)[1][2][…] (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Rossa qəbiristanlığı[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İoaxim Lelevel (22 mart 1786[1][2][…] və ya 21 mart 1786[3], Varşava[4][3]29 may 1861[1][2][…], Paris, Fransa[4][3]) —Polşa tarixçisi, ictimai xadim. 1808-ci ildə Vilno Universitetini bitirmiş, 1815–1818-ci il və 1821–1824-cü illərdə həmin Universitetin tarix kafedrasının müdiri işləmişdir. Gizli vətənpərvər təşkilatlarla əlaqə saxlamış, Polşa üsyanı (1830–1831) zamanı müvəqqəti hökumətin tərkibinə seçilmiş, üsyanın məğlubiyyətindən sonra Fransaya mühacirət etmişdi. Lelevel çarizmə qarşı birgə mübarizəyə çağıran "Rus qardaşlara" məktubuna görə 1833-cü ildə Fransadan sürgün edilmiş və Brüsselə köçərək burada inqilabi fəaliyyətini davam etdirmişdi. Lelevel Polşa tarixşünaslığında romantik məktəbin banisidir. Lelevel Polşanın siyasi tarixinə dair bir sıra əsərin müəllifidir.[5]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Joachim Lelewel // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  3. 1 2 3 4 5 6 http://tnk.krakow.pl/czlonkowie/lelewel-joachim/.
  4. 1 2 3 4 Лелевель Иоахим // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. Azərbaycan Sovet Ensiklopediyası. VI. Bakı. 1982. səh. 184.