İstifadəçi:Kholat Syakh/Ana səhifə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Həftənin seçilmiş məqaləsi

[redaktə | mənbəni redaktə et]

Almaniya filosofu, siyasi iqtisadiyyat tənqidçisi, iqtisadçısı, tarixçisi, sosioloqu, siyasi nəzəriyyəçisi, jurnalisti və sosialist inqilabçısı. Almaniya ittifaqının Trir şəhərində anadan olan Marks, Bonn və Berlin universitetlərində hüquqfəlsəfə üzrə təhsil alıb. 1843-cü ildə alman teatr tənqidçisi və siyasi fəal Cenni fon Vestfalen ilə evlənib. Siyasi nəşrlərinə görə vətəndaşlıqdan məhrum edilən Marks həyat yoldaşı və uşaqları ilə onilliklər boyu Londonda sürgündə yaşamış, burada alman mütəfəkkiri Fridrix Engelslə əməkdaşlıq edərək öz düşüncəsini inkişaf etdirməyə və Britaniya muzeyinin oxu zalında araşdırma apararaq yazılarını dərc etməyə davam etmişdir.

Onun ən məşhur əsərləri 1848-ci il tarixli "Kommunist Manifesti" pamfleti və üç cildlik "Das Kapital" (1867–1883) kitabıdır. Marksın siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir. Belə ki, onun adı sifət, isim və sosial nəzəriyyə məktəbi kimi istifadə edilməkdədir. Marksın cəmiyyət, iqtisadiyyat və siyasətlə bağlı tənqidi nəzəriyyələri ümumilikdə marksizm kimi başa düşülür ki, bu cərəyan da insan cəmiyyətinin sinfi qarşıdurma yolu ilə inkişaf etdiyini iddia edir.

Kapitalist istehsal üsulunda bu, istehsal vasitələrinə nəzarət edən hakim siniflərlə (burjuaziya) əməkhaqqı qarşılığında öz işçi qüvvəsini satmaqla bu vasitələri təmin edən işçi sinif (proletariya) arasındakı qarşıdurmada özünü göstərirdi.

Həftənin seçilmiş siyahısı

[redaktə | mənbəni redaktə et]

ABŞ aktyoru və prodüseri Tom Kruzun yer alıdığı ekran işlərinin siyahısı. Tom Kruz 1981-ci ildə "Sonsuz sevgi" dram filmində kiçik rol alaraq film debütünü etdi. O, "Riskli biznes" (1983) komediya filmi ilə məşhurlaşdı, bu film Kruza "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — komediya və ya müzikl"a iki namizədlik qazandırdı. Kruz 1986-cı ildə rejissor Toni Skottun döyüş filmi "Top Qan"da (həm ilin ən çox gəlir gətirən filmi) dəniz pilotu rolunu canlandırdı, və rejissor Martin Skorsezenin dram filmi "Pulun rəngi"ndə Pol Nyumanla birlikdə göründü.

İki il sonra Dastin Hoffmanla birlikdə "Ən yaxşı filmə görə Oskar mükafatı" qazanmış "Yağış adam" (1986) dram filmində rol aldı və həmçinin "Ən pis filmə görə Qızıl moruq mükafatı" qazanmış romantik dram filmi "Kokteyl"də (1988) yer aldı. Beləliklə Kruz 2014-cü ildə eyni ildə "Ən yaxşı filmə görə Oskar" və "Ən pis filmə görə Qızıl moruq" mükafatları qazanan ilk və tək şəxs oldu. Aktyorun növbəti rolu Kovikin eyniadlı memuarına əsaslanan "İyulun dördündə doğulub" (1989) filmində Ron Kovik oldu və bu rol görə o, "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — dram" əldə etdi.