İstifadəçi müzakirəsi:Eldarado/Arxiv 1

Vikipediya, azad ensiklopediya
Ən son rəy:6 il öncə, 130.0.15.162 tərəfindən "Xahiş" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Pittak

[mənbəni redaktə et]

Salam Eldar. Ümüd edirəm ki, hər şey yaxşıdır. Tərəfindən yaradılan Pittak məqaləsi haqqında bir az danışmaq istərdim. Əvvəlcə qeyd edim ki, məqalə əladır. Bu sənin ilk işindir və burada az hallarda vikipedistlərin ilk işləri belə uğurlu olur. Pittakın kəlamlarından başlıqlı bölmə isə vikipediyadan daha çox Vikisitata uyğundur. Yəni həmin kəlamları Vikipediya fondunun digər bölməsində yerləşdirmək lazımdır. Əgər razısansa bunu mən edim. Ümüd edirəm ki, etirazın olmaz. Bir daha fəaliyyətində uğurlar arzu edirəm. Hörmətlə --Baskervill 15:34, 22 oktyabr 2011 (UTC)Cavabla


Salam.Şükür hər şey yaxşıdı.Təşəkkürlər xoş sözlərə görə.Əlimdə olan məlumatlarla Wikipedia nı zənginləşdirməyə çalışıram imkan daxilində.Pittaka qaldıqda necə məsləhətdi elə elə problem yoxdu ... --eldarado 15:39, 22 oktyabr 2011 (UTC)Cavabla

Buraya bax.)--Baskervill 15:45, 22 oktyabr 2011 (UTC)Cavabla


Əla -- eldarado

Şəkilin silinmə səbəbi

[mənbəni redaktə et]

Salam. bu şəkili silmisiz.Mümkündürsə səbəbini öyrənə bilərəm? Hörmətlə - --eldarado (talk) 18:54, 17 aprel 2014 (UTC)Cavabla

Eldarado bərpa etdim. Heç bir səbəb yox idi. Hörmətlə--Baskervill (talk) 18:59, 17 aprel 2014 (UTC)Cavabla

Təşəkkürlər. --eldarado (talk) 19:03, 17 aprel 2014 (UTC)Cavabla

Oxşar məqalələr

[mənbəni redaktə et]

Salam həmkar. Beşiktaş PFK məqaləsi ilə Beşiktaş Gimnastika Klubu eyni mövzu altında birləşdirirlməlidir. Bunun üçün hər iki məqaləni oxuya bilərsən. Bu minvalda sənin etdiyin bu dəyişiklik yersizdir. Əgər Beşiktaş Gimnastika Klubunun doğurdan da Beşiktaş futbol klubu haqda olmadığını düşünürsənsə onun ingilis dilili versiyasına baxa bilərsən. Halbuki, sənin məqaləndə ingilis dilli vikiyə çıxış yoxdur. Beşiktaş J.K. (ingilis dilli vikidə) məqaləsi tamamilə futbol klubu haqqında məqalədir və Beşiktaş Jimnastik Klubunun qısaldılışıdır. Ona görə də bu məqalələr eyni başlıq altında birləşdirilməlidir. --Seko Selimov 01:00, 1 may 2014 (BTC)


Salam Seko Selimov. Beşiktaş PFK - Yalnız futbol klubu haqqında, Beşiktaş Gimnastika Klubu - isə Beşiktaşı təmsil edən digər idman klubları haqqında olmalıdır. Lakin hazırda yanlış formada yazılıb.Hər iki məqalə üzərində işləyib lazımi qaydaya salacağam. Hörmətlə - --eldarado (talk) 09:59, 1 may 2014 (UTC)Cavabla

Düz deyirsiniz. Orda idman klubu ilə futbol klubu məqaləsini qarışdırıblar. Bu bir çox vikidə olan problemlərdən biridir. Bir çoxlarının Fənərbağça Spor Kulubü dedikdə ağlına futbol klubu gəlir. Ancaq onlar unudurlar ki, bu idman klubu doqquz fəqli idman növünü özündə birləşdirir. Fənərbaxça PFK məqaləsinə fikir versəniz orda da eyni problem vardır. Məqalə idman klubu haqqında başlayır, futbol klubunun uğurları ilə bitir. Beşiktaş Gimnastika Klubu məqaləsində bu problemi aradan qaldırsanız əla olar. Klubunun idman şöbələrinə yeni bitirdiyim Beşiktaş Qadın Voleybol Komandasını da əlavə etməyi unutmayın. Uğurlar! --Seko Selimov 01:00, 1 may 2014 (BTC)

Təşəkkür edirəm.İnanıram ki yaxın zamanda bu problemi aradan qaldıracam. Hörmətlə - --eldarado (talk) 10:27, 1 may 2014 (UTC)Cavabla

DƏVƏT

[mənbəni redaktə et]
DƏVƏTNAMƏ
Salam!
Bakı Slavyan Universiteti məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Məqalə laboratoriyası/Bakı Slavyan Universiteti səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm.

--Ayşad Əsgərli (talk) 13:57, 1 may 2014 (UTC)Cavabla


Salam Ayşad Əsgərli. Dəvət üçün təşəkkür edirəm. Məqalə ilə tanış olub qısa bir zaman içində öz səsimi qeyd edəcəyəm. Hörmətlə - eldarado 19:19, 1 may 2014 (UTC)Cavabla


Salam, hemkar ! Zehmet olmasa BSU-nun labaratoriya sehifesinde meqalenin lehine ses ver eger meqale xowuna gelirse tebii ki. Hormetle --Ayşad Əsgərli (talk) 19:59, 1 may 2014 (UTC)Cavabla


Təşəkkürlər hörmətli Eldarado məqaləmizə lehinə səs verdiyiniz üçün . hörmətlə --Ayşad Əsgərli (talk) 04:46, 2 may 2014 (UTC)Cavabla


Məqalənin əleyhinə səs verməyim üçün heç bir səbəb yox idi. Uğurlar sizə və BSU-nin bütün Wikipediaçılarına. Hörmətlə - eldarado -- 08:59, 2 may 2014 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
İqtisadçı Bakı QVK məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün burada — Vikipediya:Məqalə laboratoriyası/İqtisadçı Bakı QVK səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Seko Selimov 10:27, 26 may 2014 (UTC)Cavabla

Kevin Durant

[mənbəni redaktə et]

Salam. Kevin Durant məqaləsini oxumuşam. Orada hərf səhvləri məsələsini həll etdim. Məsələn litsey sözünü lisey (düzgün forması) halında yenidən yazmışdım. Onları yenidən oxuyub səhv kimi qəbul edib əvvəlki variantına qaytarırsız. --Yusif Sərrac (müzakirə) 17:35, 7 sentyabr 2016 (UTC)Cavabla

Salam, düzgün formasının litsey olduğunu bilirdim, lisey görüncə düşündüm ki səhv yazmışam yəqin. Təşəkkür edirəm redaktələr üçün. -- eldarado 17:40, 7 sentyabr 2016 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Salam Hörmətli həmkar. Sizi laboratoriya
səhifəsində Azərbaycanın Braziliyanın
Rio-de-Janeyro şəhərində baş tutan XXXI
Yay Olimpiya Oyunlarında Azərbaycanın
çıxışına həsr olunan məqaləyə səs verməyə
dəvət edirəm.

--Calal99 (müzakirə) 11:38, 12 sentyabr 2016 (UTC)Cavabla

Həmçinin bax

[mənbəni redaktə et]

Salam həmkar. Üzərində işlədiyiniz məqalə varmış (UEFA Çempionlar Liqası 2016/2017 mövsümü). Məlumatlarınızı ora köçürün və orada davam edin. --Araz Yaquboglu (müzakirə) 05:23, 14 sentyabr 2016 (UTC) Tәşәkkür edirәm. Mәlumatları köçürüb ordan davam edәcәyәm. -- eldarado 14:51, 14 sentyabr 2016 (UTC)Cavabla

Mariya Stadnik
Salam Hörmətli həmkar. Sizi laboratoriya
səhifəsində Azərbaycan güləşinin əfsanəsi,
2008, 2012 və 2016-cı illərin Olimpiya medalçısı
Dünya Çempionatının 4 qat medalçısı
5 qat Avropa çempionu, I Avropa Oyunlarının qalibi
Mariya Stadnik haqqında hazırlanan məqaləyə səs verməyə
dəvət edirəm.

--Calal99 (müzakirə) 19:13, 19 sentyabr 2016 (UTC)Cavabla

İdman ulduzu

[mənbəni redaktə et]

Salam Eldarado. Necəsən ? Ümüd edirəm ki, hər şey yaxşıdır. Basketbol müvzusunda yazdığın maraqlı məqalərə görə sənə idman ulduzu mükafatını verdim. Üzürlü hesab et, basketbol ulduzu mükafatımız yoxdur:)--Baskervill müzakirə 13:45, 20 sentyabr 2016 (UTC)Cavabla

Salam Baskervill hər şey yaxşıdı. Mükafat üçün isə xüsusi təşəkkür edirəm. -- eldarado 13:59, 20 sentyabr 2016 (UTC)Cavabla

Antarktika ayı

[mənbəni redaktə et]

Bu ay çərçivəsində fəaliyyətiniz məni məmun edir. Çox təssüf ki, bu mövzuda bizdən başqa aktiv fəaliyyət görmürəm. Sizin fəaliyyətinizə uğurlar dilərərək bu mövzuda daha çox məqalə yazmanızı arzu edirəm. Hörmətlə --Qolçomaq (müzakirə) 11:00, 4 oktyabr 2016 (UTC)Cavabla

Hörmətli Qolçomaq fəaliyyətimi bəyəndiyiniz üçün sizə təşəkkür edirəm. Bu sözlərin Vikipedia təcrübəsi böyük olan biri tərəfindən ünvanlanması məni sevindirir. Məndə sizə Vikipediakı fəaliyyətinizdə uğurlar arzu edirəm. -- eldarado 11:18, 4 oktyabr 2016 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Mariya Stadnik
Salam Hörmətli həmkar. Sizi laboratoriya
səhifəsində Azərbaycan güləşinin əfsanəsi,
2008, 2012 və 2016-cı illərin Olimpiya medalçısı
Dünya Çempionatının 4 qat medalçısı
5 qat Avropa çempionu, I Avropa Oyunlarının qalibi
Mariya Stadnik haqqında hazırlanan məqaləyə səs verməyə
dəvət edirəm.

--Calal99 (müzakirə) 20:36, 4 oktyabr 2016 (UTC)Cavabla

"Vikibağlılıq" nişanı

[mənbəni redaktə et]

Salam Hörmətli həmkar. Qısa zaman ərzində tərəfinizdən göstərilən aktivlik münasibəti ilə sizə vikibağlılıq nişanı təqdim etdim. Bir tərəfdən baxanda, Azvikidə olan mükafatların heç bir əhəmiyyəti olmasada, inanıram ki, hər bir vikipedist üçün böyük mənəvi önəmi var. İnanıram ki, aktiv fəaliyyətiniz gələcəkdə indiki tempdə olmasada normal şəkildə davam edəcək. --Baskervill müzakirə 12:08, 6 oktyabr 2016 (UTC)Cavabla

Sizin üçün kökə!

[mənbəni redaktə et]
Əsil xəstə adamın malıdır. Baskervill müzakirə 12:06, 18 oktyabr 2016 (UTC)Cavabla


Baskervill, Kökə üçün təşəkkürlər :) -- eldarado 11:42, 19 oktyabr 2016 (UTC)Cavabla

Salam

[mənbəni redaktə et]

Salam həmkar. Mehman Məmmədovun məqaləsinə Mənbə əlavə etmişəm. Şəxs ensiklopedikdir. --Masalli qasimli (müzakirə) 12:19, 24 oktyabr 2016 (UTC)Cavabla

Təşəkkür

[mənbəni redaktə et]

Mükafata görə təşəkkürlər həmkar. Sizə öz Vikipediya fəaliyyətininzdə uğurlar arzulayıram.--Anar kerimxanov (müzakirə) 14:31, 31 oktyabr 2016 (UTC)Cavabla


NBA kateqoriyaları

[mənbəni redaktə et]

Hörmətli Sortilegus zəhmət olmasa NBA komandaları və ya oyunçuları (Kateqoriya:Denver Naqqets oyunçuları, Kateqoriya:Atlanta Hoks oyunçuları və s.) ilə bağlı kateqoriyaları silməyəsiniz, bəziləri boş ola bilər irəlidə NBA komandalarının oyunçuları ilə bağlı məqalələr yaradacam. Öncədən təşəkkürlər. Hörmətlə --eldarado 18:27, 14 noyabr 2016 (UTC)Cavabla

Salam. Əslində, əvvəlcə məqaləni, sonra kateqoriyanı yaratmaq lazımdır ki, kateqoriya "istifadəsiz kateqoriyalar" bölməsinə düşməsin. Təbii ki, bir həftəyə qədər silinməyə bilər. Amma sonra mən silməsəm də başqa idarəçi siləcək. İçində məqalə olan kateqoriyanı isə heç bir idarəçi silməz. Hörmətlə:--Sortilegus (müzakirə) 18:39, 14 noyabr 2016 (UTC)Cavabla
Bir də şablonları məqalə kateqoriyalarına toplamaq lazım deyil. Məsələn, {{Atlanta Hoks heyəti}} Kateqoriya:Atlanta Hoks oyunçuları kateqoriyasında olmamalıdır. Şablonların öz kateqoriyaları var. --Sortilegus (müzakirə) 18:50, 14 noyabr 2016 (UTC)Cavabla
Sortilegus, Anladım, düzəlişlər edəcəyəm. təşəkkür edirəm. --eldarado 19:17, 14 noyabr 2016 (UTC)Cavabla

Yeni Mövzulu ay

[mənbəni redaktə et]

Hörmətli Cekli829 sizi Vikipediya:Mövzulu ay/Yeni ayların seçimi səhifəsində, irəli sürdüyüm yeni mövzulu ay layihəsi olan Şimali Amerika ayı barədə müzakirəyə dəvət edirəm.--eldarado 19:39, 15 noyabr 2016 (UTC)Cavabla

✅Y --►Cekli səkkiz yüz iyirmi doqquz 06:08, 16 noyabr 2016 (UTC)Cavabla

Yeni Mövzulu ay

[mənbəni redaktə et]

Hörmətli Baskervill sizi Vikipediya:Mövzulu ay/Yeni ayların seçimi səhifəsində, irəli sürdüyüm yeni mövzulu ay layihəsi olan Şimali Amerika ayı barədə müzakirəyə dəvət edirəm.--eldarado 19:40, 15 noyabr 2016 (UTC)Cavabla

✅Y--Baskervill müzakirə 07:48, 16 noyabr 2016 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Salam Hörmətli həmkar. Sizi laboratoriyada
Sant'İvo alla Sapienza məqaləsi üçün keçirilən səsvermədə
iştirak etməyə dəvət edirəm.

--Baskervill müzakirə 12:14, 17 noyabr 2016 (UTC)Cavabla

Aviasiya ulduzu

[mənbəni redaktə et]
Aviasiya
Aviasiya qəzaları ilə bağlı yaratdığınız bir-birindən dəyərli və lazımlı məqalələrə görə sizə Aviasiya ulduzu mükafatını təqdim edirəm. Bu mükafatı Azvikidə alan ilk istifadəçisiniz. Xüsusi ilə baş vermiş təyyarə qəzasından bir necə saat sonra barəsində məqalənini yaradılması yüksək peşəkarlıq və operativlik tələb edir. Sizi təbrik edirəm. Dərin hörmət hiss ilə:--Baskervill müzakirə 12:30, 29 noyabr 2016 (UTC)Cavabla


- Dəyərli Baskervill AzVikidəki fəaliyyətim ilə yaxınnan maraqlandığınız və fəaliyyətimi dəyərləndirdiyiniz üçün sizə xüsusi təşəkkürümü bildirirəm. Qeyd etmək istərdim ki, bu platformada səmimiyyətinə, obyektivliyinə və ədalətliliyinə inandığım ilk insanlardansınız. Buna görədə heç bir əhəmiyyəti olmayan bu mükafatın sizin tərəfinizdən təqdim olunmasının mənim üçün çox böyük mənəvi dəyəri var. Təşəkkür edirəm. --eldarado 12:47, 29 noyabr 2016 (UTC)Cavabla

Dəstək

[mənbəni redaktə et]

Dəstəyə görə təşəkkür. Eynilə sizində viki ilə bağlı məsələlərdə islənilən məsələdə dəstəyimə arxalana birlərsiniz-Qolçomaq (müzakirə) 12:33, 1 dekabr 2016 (UTC)Cavabla

Salam Aleykum: Həmkar zəhmət olmazsa əgər son üç mövzulu ayın mükafatçılarının istifadəsi səhifələrində müvafid yer tutmaları ilə əlaqədar şablomları yerləşdirərdiniz.-Qolçomaq (müzakirə) 04:18, 2 dekabr 2016 (UTC)Cavabla
Xaişimi yerə salmadığınız üçün təşəkkür edirən. Hörmətlə--Qolçomaq (müzakirə) 15:08, 2 dekabr 2016 (UTC)Cavabla

Təşəkkürǃ

[mənbəni redaktə et]

Mükafatlar üçün təşəkkürlərǃ ː) --►Cekli səkkiz yüz iyirmi doqquz 11:35, 2 dekabr 2016 (UTC)Cavabla

Təşəkkür

[mənbəni redaktə et]

Salam! Hörmətli Eldarado!Xəzərin mühafizə olunan əraziləri məqaləmi redaktə etdiyinizə görə sizə çooox təşəkkür edirəm.--Həlimə (müzakirə) 06:35, 3 oktyabr 2017 (UTC)Cavabla

Rica

[mənbəni redaktə et]

Salam Aleykum. Həmkar sizdən ricam Cənubi Azərbaycan və Şimali Amerika müvzulu aylarının mükafat şəkillərinin tərtibatıdır. Hörmətlə_Qolçomaq (müzakirə) 16:49, 16 yanvar 2017 (UTC)Cavabla

Salam. Cənubi Azərbaycanı hazırladım. Şimali Amerikanı mövzulu ay başlayanda hazırlayacam. --eldarado 15:23, 17 yanvar 2017 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam. Sizdən bir xahişim olacaq. İdman Ulduzu mükafatını Siz görmüsünüz yəgin. Siz həmin ulduzda yüngal atletika pictogramı əvəzinə bədii gimnastika pictogramı qoyub Gimnastika Ulduzu mükafatı tarada bilərsiniz?--Calal99 (müzakirə) 10:35, 24 yanvar 2017 (UTC)Cavabla

Salam. Çalışaram yaradım. --eldarado 10:40, 24 yanvar 2017 (UTC)Cavabla
Çox sağolun. Əlinizə sağlıq. Mən gimnastlar haqqında 150 məqalə yatarmışam. Ona görə dedim. Mən bu mükafata layoq görülsəm yaxşı olar.--Calal99 (müzakirə) 11:57, 24 yanvar 2017 (UTC)Cavabla

Həmçinin bax

[mənbəni redaktə et]

Salam həmkar. Xahiş edirəm vaxtınız olanda Mövzulu aylarla bağlı Şimali Amerika üçün mükafatlandırmaların şəkillərini hazırlayardız. 1-ci, 2-ci və 3-cü yerlər üçün. --Araz Yaquboglu (müzakirə) 05:25, 2 mart 2017 (UTC)Cavabla

Salam. Hazırlayıb yerləşdirdim. --eldarado 08:15, 4 mart 2017 (UTC)Cavabla

Vikipediyaçıların növbəti görüşü

[mənbəni redaktə et]

10 mart 18:30 tarixində vikipediyaçıların növbəti görüşü planlaşdırılıb. Belə ki, AMEA Mərkəzi Elmi Kitabxanasında aktiv vikipediyaçıların və mövzulu ayın qaliblərinin görüşü və mükafatlandırılması tədbiri keçiriləcək. Görüşdə vikipediya ilə bağlı olan problemlər, istifadəçilərin təklifləri və digər zəruri məsələlər müzakirə olunacaq. Görüşün təşkilində əsas məsələlərdən biri də Azərbaycan Milli Ensiklopediyasının elektron formatda vikipediyaçılara təqdim olunmasıdır. Yəni arzu edən şəxslərə həmin ensiklopediya göndəriləcəkdir. İştirak etmək istəyən şəxslər 18:00-da AMEA Mərkəzi Elmi Kitabxanasına dəvət olunur. Giriş sərbəstdir. --BaskervillDe gəlsin ! 08:20, 9 mart 2017 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Emin Əhmədov
Salam Hörmətli həmkar. Sizi laboratoriya
səhifəsində Azərbaycan güləşisi, 2012
London Olimpiadasının bürünc medalçısı
Emin Əhmədov haqqında hazırlanan məqaləyə
səs verməyə dəvət edirəm.

--Calal99 (müzakirə) 13:57, 9 mart 2017 (UTC)Cavabla

Şimala diqqət nişanı

[mənbəni redaktə et]
Şimala diqqət nişanı
Şimala olan sonsuz marağınız və bu mövzuda yaratmış olduğunuz maraqlı məqalərə görə sizə Şimala diqqət nişanını təqdim edirəm. Siz bu mükafatın ilk laureatısınız. Hörmətlə:--BaskervillDe gəlsin ! 11:12, 11 aprel 2017 (UTC)Cavabla


-- Çox sağolun. Diqqətiniz üçün təşəkkür edirəm. --eldarado 17:27, 11 aprel 2017 (UTC)Cavabla

2017 Aeroqaviota Hava yolları An-26 qəzası

[mənbəni redaktə et]

It is now clear that this was a military aircraft with eight people on board. You can update the article here with sources used in the English language article. Mjroots (müzakirə) 05:43, 30 aprel 2017 (UTC)Cavabla

Dear Mjroots Thanks for information. I'll uptade this article as soon as possible. --eldarado 05:52, 30 aprel 2017 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]
DƏVƏTNAMƏ
Salam!
Sizi Albaniyada holokost məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Laboratoriya/Albaniyada holokost səhifəsində keçirilən səsvermələrə dəvət edirəm.

--Hilal knight (müzakirə) 11:39, 14 may 2017 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Eldarado salam. Sizdən bir xahişim olacaq. Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmi saytında, IV İslam Həmrəyliyi Oyunlarının rəsmi loqosu var. Baxın, bu linкdə. Həmin loqonu, bu, bubu medalların üzərinə qoya bilərsiniz? Hörmətlə Calal99 (müzaкirə) 00:06, 7 may 2017 (UTC)Cavabla

Eldarado, belə, beləbelə olmalıdır. Ancaq, I Avropa Oyunlarının rəsmi loqosunun əvəzinə IV İslam Həmrəyliyi Oyunlarının rəsmi loqosu qoyulmalıdır. Hörmətlə Calal99 (müzaкirə) 00:09, 7 may 2017 (UTC)Cavabla
Salam Calal99, Gold, Silver, Bronze --eldarado 08:11, 20 may 2017 (UTC)Cavabla

Səsvermə

[mənbəni redaktə et]

Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.--Azerifactory (müzakirə) 03:27, 4 iyun 2017 (UTC)Cavabla

Səsvermə

[mənbəni redaktə et]

Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə--eldarado 17:58, 9 sentyabr 2017 (UTC)Cavabla

Salam.Yazdığım yazılara dəstək olduğunuz üçün sizə minnətdaram. --Həlimə (müzakirə) 18:29, 9 sentyabr 2017 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Milad Beygi
Salam Hörmətli həmкar. Sizi laboratoriya
səhifəsində Azərbaycan taeкvondoçusu, 2016
Rio Olimpiadasının bürünc medalçısı
Milad Beygi haqqında hazırlanan məqaləyə
səs verməyə dəvət edirəm.

Hörmətlə Barselona 10:15, 8 iyul 2017 (UTC)Cavabla

Salam. Zəhmət olmasa burada keçiriləsn səsvermədə iştirak edərdiz.--Baskervill (müzakirə) 13:55, 12 iyul 2017 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısı
Salam, hörmətli həmkar! Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısının "Seçilmiş siyahı" statusu alması üçün bu səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. --Azərbaycan-e-Cənubi 14:06, 23 avqust 2017 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]
Kalifornium
Salam Hörmətli həmкar Eldarado/Arxiv 1. Sizi Kalifornium məqaləsinin laboratoriyadakı səsverməsinə dəvət edirəm.

Hörmətlə --Corc vaşington(Henri Cons Junior) 05:58, 6 sentyabr 2017 (UTC)Cavabla

Seçilmiş məqalə statusunun geri alınması

[mənbəni redaktə et]

Salam həmkar, mən Seçilmiş məqalələr arasında təmizlik işi aparıram və aşağıda yazılan məqalələr SM-ın standartlarına cavab vermir. Ona görə də xahiş edirəm səsvermədə iştirak edəsiz. Siyahı aşağıda göstərilib

Hörmətlə --Azerifactory (müzakirə) 07:30, 7 sentyabr 2017 (UTC)Cavabla

Silinmə

[mənbəni redaktə et]
Salam White Demon, Eyni zamanda UEFA Gənclər Liqası məqaləsinində silinməməli olduğunu düşünürəm. Məqalənin adı Az-dilindədir, içərisindəki bəzi cümlələr türk dilində idi. Onuda məqaləni yaradan istifadəçi aradan qaldırırdı.--eldarado 22:03, 11 sentyabr 2017 (UTC)Cavabla
Salam. Xeyr, elə deyildi. Məqalənin hardasa 70-75%-i türkçə idi. İstifadəçiyə tövsiyyə edirəm ki, məqaləni türkçədən tərcümə edərkən heç olmasa yuxarı Cavabla
White Demon, Aydındı. Məqalədə qaralama-az şablonuda var idi bir müddət gözləmək olardı. Zəhmət olmasa bərpa edin məqaləni gün ərzində özümdə düzəlişlər edəcəyəm. Təşəkkürlər --eldarado 22:46, 11 sentyabr 2017 (UTC)Cavabla
✅Y UEFA Gənclər Liqası--White DemΩn (el psy congroo) 08:36, 12 sentyabr 2017 (UTC)Cavabla

Təşəkkür

[mənbəni redaktə et]

Sitat səhvini düzəldiyinizə görə sağ olun cənab EldaradoCorc vaşington(Henri Cons Junior) 11:03, 12 sentyabr 2017 (UTC)Cavabla

Şablon dəyişikliyi

[mənbəni redaktə et]

Salam. Çəmən Yalçın məqaləsinə Cavabla

Salam Drabdullayev17. Məqalədə sözü gedən şəxsin qeyri enskilopedik şəxs olduğu çox aşkardır. Heç bir ölkənin vikipediyasında şəxs haqqında məqalə yoxdur (vətəndaşı olduğu ölkə olan Türkiyənində vikisində belə məqaləsi yoxudr). Bununla yanaşı şəxsin adını google axtarış sitemində yazıb axtardıqda youtube videolarından başqa hər hansısa bir rəsmi saytda məlumatı tapılmır. Bütün bunlar nəzərə alınaraq məqalənin müzakirəsiz silinməsinin tərəfdarıyam.--eldarado 12:02, 15 sentyabr 2017 (UTC)Cavabla

Vikipediya:İdarəçilər

[mənbəni redaktə et]

Salam cənab Sortilegus, Zəhmət olmasa mənim İdarəçi statusunun verilməsi ilə bağlı səsverməmi yekunlaşdırasınız. Hörmətlə --eldarado 20:09, 21 sentyabr 2017 (UTC)Cavabla

Salam. Əvvəlcədən təbrik edirəm idarəçi seçilmən münasibəti ilə. Bu gün axşam oturub hesablayıb statusu verəcəm. --Sortilegus (müzakirə) 11:56, 22 sentyabr 2017 (UTC)Cavabla
Salam Eldarado. Mən də səni əvvəlcədən təbrik edirəm! İdarəçiliyin AzViki üçün xeyirli-uğurlu olsun! --►Cekli829 12:03, 22 sentyabr 2017 (UTC)Cavabla
Çox sağolun, təşəkkür edirəm.--eldarado 12:07, 22 sentyabr 2017 (UTC)Cavabla

Yeni idarəçimiz

[mənbəni redaktə et]

Təbriklər. İnanıram ki, bir idarəçi kimi vikipediyamızın inkişafı üçün birlikdə daha ciddi səylə çalışacağıq. --Sortilegus (müzakirə) 16:47, 22 sentyabr 2017 (UTC)Cavabla

Təşəkkür edirəm. --eldarado 16:59, 22 sentyabr 2017 (UTC)Cavabla
Təbriklər, Eldarado. --Araz Yaquboglu (müzakirə) 17:25, 22 sentyabr 2017 (UTC)Cavabla
Təşəkkür edirəm Araz müəllim --eldarado 17:30, 22 sentyabr 2017 (UTC)Cavabla
Yeni vəzifəndə uğurlar :)--➰⚪⚓Ç🅾Ⓜ🅰➰ 18:24, 22 sentyabr 2017 (UTC)
Təşəkkür edirəm.--eldarado 12:25, 24 sentyabr 2017 (UTC)Cavabla

Sual

[mənbəni redaktə et]

Salam. Narahat etmirəm? Siz bir məqaləni Laboratoriyaya təqdim edə bilərsiniz? Hörmətlə Barselona99 (müzaкirə) 11:52, 24 sentyabr 2017 (UTC)Cavabla

Salam. Barselona99, bəli təqdim edə bilirəm. --eldarado 12:24, 24 sentyabr 2017 (UTC)Cavabla
Bu məqaləni, təqdim edə bilərsiniz? Hörmətlə Barselona99 (müzaкirə) 13:15, 24 sentyabr 2017 (UTC)Cavabla
Həmin məqaləni, bu məqalədən ilhamlanaraq hazırladım. Hörmətlə Barselona99 (müzaкirə) 13:16, 24 sentyabr 2017 (UTC)Cavabla
Məqaləni zatən Laboratoriyaya namizəd siyahısına əlavə etmisiniz. Biraz səbirli olun məqalə incələndikdən sonra əgər münasib görülsə təqdim olunacaq. --eldarado 13:22, 24 sentyabr 2017 (UTC)Cavabla
Başa düşdüm. Hörmətlə Barselona99 (müzaкirə) 13:23, 24 sentyabr 2017 (UTC)Cavabla

Sizin üçün bir ulduz!

[mənbəni redaktə et]
Birgə əmək ulduzu
YAZDIQIMI SILMEYIN YENI HAZIRLAYIRAM REDAKTOR SEADET ALIYEVA BizimGameZone (müzakirə) 18:25, 24 sentyabr 2017 (UTC)Cavabla
Salam BizimGameZone, Yaratdığınız məqalə qeyri ensiklopedik olduğu üçün silinmişdir. Zəhmət olmasa mənasız və yararsız səhifələr yaratmayın. --eldarado 18:35, 24 sentyabr 2017 (UTC)Cavabla

YENİ GELENİ BELE QARSİLAYİRSİZ

[mənbəni redaktə et]

MANE OLURSUZ MEN MENASİZ HEC NE YARATMİRAM OYUN VE TEXNOLOGİYA İNKİSAFİ UCUNDUR MUVEQETİ YARADİRAM DUZELİS EDECEM

White Demon ulduzu

[mənbəni redaktə et]
White Demon ulduzu
Fəaliyyətiniz xoşuma gəlir. Və fikir verdim ki, sizi hələ də mükafatlandırmamışam. Bu yaxınlarda idarəçi seçildiyinizi də nəzərə alaraq, yenicə təsis etdiyim White Demon ulduzunu ilk olaraq sizə təqdim edirəm. Uğurlar!--White DemΩn (el psy congroo) 18:07, 25 sentyabr 2017 (UTC)Cavabla
Dəyərli həmkarım White Demon, sizə xüsusi təşəkkür edirəm. Fəaliyyətimi mükafatla dəyərləndirməyiniz məni daha da ruhlandırır. Bunun üçündə bu təqdim etdiniz mükafatın mənim üçün mənəvi dəyəri çox böyükdür. Yeri gəlmişkən bu mükafat, "ilk olaraq" mənə təqdim olunan sayca 3-cü mükafatdır. Təşəkkürlər bir daha --eldarado 18:32, 25 sentyabr 2017 (UTC)Cavabla

Sizin üçün bir ulduz!

[mənbəni redaktə et]
Redaktəçi ulduzu
Hörmətli həmkarım Eldarado. Sizin fəaliyyətinizi alqışlayır və sizi mükafatlandırıram. Araz Yaquboglu (müzakirə) 14:18, 27 sentyabr 2017 (UTC)Cavabla
Hörmətli Araz müəllim, çox təşəkkür edirəm. Sizin tərəfinizdən mükafatlandırılmaq mənim üçün çox xoşdur. Hörmətlə --eldarado 14:44, 27 sentyabr 2017 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Azərbaycan Respublikası Milli Məclisinin
V çağırış deputatlarının siyahısı
Salam Hörmətli həmкar. Sizi laboratoriya
səhifəsində Azərbaycan Respublikası
Milli Məclisinin V çağırış deputatlarının siyahısı
haqqında hazırlanan məqaləyə
səs verməyə dəvət edirəm.

Hörmətlə Barselona99 (müzaкirə) 11:23, 28 sentyabr 2017 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam Eldar bəy. Narahat etmirəm? Sizdən daha bir xahişim olacaq. Laboratoriyaya daha bir məqalə yerləşdirdim, Tuvalu 2016 Yay Olimpiya Oyunlarında. Onuda, status üçün təqdim edə bilərsiniz? Sağolun. Hörmətlə Barselona99 (müzaкirə) 19:13, 28 sentyabr 2017 (UTC)Cavabla

✅Y Laboratoriyaya təqdim olundu. --eldarado 19:23, 28 sentyabr 2017 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam. Bu şablonu hazırlaya bilərsiniz? Hörmətlə Barselona99 (müzaкirə) 17:09, 29 sentyabr 2017 (UTC)Cavabla

Salam. Çox təəssüf ki, bir həftəyə yaxın Bakıda olmayacam işlərim çoxdu biraz. Daha sonra ola bilər hazırlayım. --eldarado 17:16, 29 sentyabr 2017 (UTC)Cavabla

Məqalənin silinməsi

[mənbəni redaktə et]

Salam hörmətli idarəçi. Sizin Qumru Şəhriyar məqaləsini qeyri-ensiklopedik olduğunu düşündüyünüz üçün sildiyinizi qeyd etmiş və səhifəni silmisiniz. Amma VP:SSK qaydasına görə bu səhifə müzakirəyə çıxarılmalı daha sonra silinməli idi bildiyim qədəri ilə. Xahiş edirəm məqaləni bərpa edərək müzakirəyə çıxaraq. Hörmətlə --Drabdullayev17 (müzakirə) 11:38, 30 sentyabr 2017 (UTC)Cavabla

✅Y --eldarado 12:23, 30 sentyabr 2017 (UTC)Cavabla

İdarəçi seçkisi

[mənbəni redaktə et]
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Drabdullayev17 (müzakirə) 07:17, 1 oktyabr 2017 (UTC) Cavabla

Düzəliş

[mənbəni redaktə et]

Salam. Medal üçün təşəkkürlər! Amma mümkünsə düzəliş edərdiniz: avqust yox, sentyabr; Qızıl medal yox, Gümüş medal. Çünki mən heç də hər zaman qızıl medal qazanmıram ;) Hörmətlə, --►Cekli829 13:09, 2 oktyabr 2017 (UTC)Cavabla

Salam. Gözümdən yayınıb:), təşəkkür edirəm bildirdiyiniz üçün. Bir daha təbrik edirəm, uğurlarınız bol olsun. --eldarado 13:16, 2 oktyabr 2017 (UTC)Cavabla
Zəhmət olmasa bu səhifəyə nəzər yetirin.--Baskervill (müzakirə) 20:19, 2 oktyabr 2017 (UTC)Cavabla

İdarəçi seçkisi

[mənbəni redaktə et]
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Azerifactory (müzakirə) 21:09, 2 oktyabr 2017 (UTC) Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
Belarus gerbi
Salam, hörmətli həmkar! Belarus gerbi məqaləsinin "Laboratoriya" səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm.

~Hörmətlə: oyuncu aykhanfikrini de! 06:49, 8 oktyabr 2017 (UTC)Cavabla

Sual

[mənbəni redaktə et]

Salam Eldar bəy. Narahat etmirəm? Sizə bir sualım olacaq. Mən, bu səhifədə, Birləşmiş Ştatlar prezidentlərinin siyahısı məqaləsi üçün test aparıram. Əgər, məqalə bu tipdə olsa, Sizcə status ala bilər? Sağolun. Hörmətlə Barselona99 (müzaкirə) 09:48, 10 oktyabr 2017 (UTC)Cavabla

Salam Barselona99, bildiyiniz kimi məqalələrə status vikipediya istifadəçilərinin qərarı ilə verilir, mənim qərarım ilə verilmir. Əgər mənim fikrimi soruşursunuzsa məqalə hazır olduğu zaman baxıb fikrimi bildirərəm. Hörmətlə --eldarado 09:58, 10 oktyabr 2017 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam Eldar bəy. Narahat etmirəm? Bu məqalənin, Laboratoriya səhifəsinə nəzər sala bilərsiniz? Hörmətlə Barselona99 (müzaкirə) 13:04, 11 oktyabr 2017 (UTC)Cavabla

Daha dəqiq, "Yaxşı məqalə" statusu verə bilərsiniz? Səsvermə dünən başa çatdı. Hörmətlə Barselona99 (müzaкirə) 13:10, 11 oktyabr 2017 (UTC)Cavabla
✅Y Barselona99 --eldarado 13:24, 11 oktyabr 2017 (UTC)Cavabla

Azərbaycan ayı

[mənbəni redaktə et]

Hörmətli həmkarım Eldarado gələn ay Başqırd vikidə Azərbaycan ayı keçiriləcəkdir (İnşallah). Vaxtınız olduqca bu linqə dövlətimiz, millətimiz və az viki üçün əhəmiyyətli məqalələri daxil edərdiniz. Hörmətlə--Q🅾⚓Ç🅾Ⓜ🅰Q 10:21, 12 oktyabr 2017 (UTC)

Tamam bəy, vaxt tapdıqca əlavələr edərəm, lakin başqırd dilində adını qeyd edə bilməyəcəm :) --eldarado 10:44, 12 oktyabr 2017 (UTC)Cavabla

Şablon:YM

[mənbəni redaktə et]

Salam Eldar bəy. Narahat etmirəm? Sizdən bir xahişim olacaq. Bu şablonu, eyni ilə ingilis dilli Vikipediyada olan kimi edə bilərsiniz? Bilirəm, bu çox çətin işdir. Amma, yaradacağım məqalələr üçün bu vacibdir və lazımdır. Sağolun. Hörmətlə Barselona99 (müzaкirə) 17:04, 12 oktyabr 2017 (UTC)Cavabla

Salam Barselona99, Şablondan minlərlə məqalədə istifadə olunub. Hansısa dəyişiklik doğru olmaz. --eldarado 08:49, 14 oktyabr 2017 (UTC)Cavabla

SNS

[mənbəni redaktə et]

Salam. Mümkünsə burada qeyd etdiyiniz "Saxlanılmasına" sözünü "Birləşdirilməsinə" sözü ilə əvəz edərdiniz. Hörmətlə, --►Cekli829 18:12, 13 oktyabr 2017 (UTC)Cavabla

✅Y Salam, Cekli829, çox diqqətlisiniz :) təşəkkür edirəm. --eldarado 21:15, 13 oktyabr 2017 (UTC)Cavabla

Sual

[mənbəni redaktə et]

Salam Eldar bəy. Narahat etmirəm? Bir fotonu cropped edə bilərsiniz? Hörmətlə Barselona99 (müzaкirə) 08:48, 14 oktyabr 2017 (UTC)Cavabla

Salam Barselona99, çalışaram edim --eldarado 08:51, 14 oktyabr 2017 (UTC)Cavabla
Eldar bəy, fotonu sonra göstərərəm. Sizə bir sualım olacaq. Bu məqalənin şablon hissəsində olan "poçt indeкsləri" bölməsini necə göterə bilərəm? Hörmətlə Barselona99 (müzaкirə) 09:19, 14 oktyabr 2017 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam Eldar bəy. Narahat etmirəm? Bu səhifəni, bərpa edə bilərsiniz? Barselona99 (müzaкirə) 12:32, 19 oktyabr 2017 (UTC)Cavabla

✅Y --eldarado 19:29, 20 oktyabr 2017 (UTC)Cavabla

Məsləhət

[mənbəni redaktə et]

Salam, həmkar. Sizinlə bir məsələ barəsində məsləhətləşmək istəyirəm. Mən az öncə Ereksiya adlı məqalə yaratdım. Azərbaycanca Vikipediyada ən bəsit cinsəllik mövzularında belə məqalələr yoxdur. Məsələn 120 dil bölməsində mövcud olan cinsi əlaqə məqaləsi bizim vikidə yoxdur. Zaman əldə etdikcə bu mövzular barəsində məqalələr yaratmağa çalışacam. Sualım isə belədir; Ereksiya məqaləsinə foto əlavə etsəm məni buna görə bloklamazlar ? Zəhmət olmasa məqalənin türkçə, rusca və ingiliscə olan dil bölmələrinə baxın, hər birində mövcud fotolar var. --Külafrəngi (müzakirə) 19:13, 20 oktyabr 2017 (UTC)Cavabla

Salam Külafrəngi, Əgər məqaləyə əlavə etdiyiniz foto VikiAnbarda varsa buna görə bloklanmayacaqsınız, həmin şəkillər local şəkil bazasına yüklənərsə böyük ehtimalla silinəcəkdir. --eldarado 19:27, 20 oktyabr 2017 (UTC)Cavabla
Bunu bilmək yaxşı oldu. Təşəkkür edirəm. --Külafrəngi (müzakirə) 19:29, 20 oktyabr 2017 (UTC)Cavabla

Məqalələri birləşdirmək

[mənbəni redaktə et]

Salam çox dəyərli həmkar, sizdən Herentologiya məqaləsi ilə Gerontologiya məqaləsini birləşdirməyinizi və ya bu barədə mənə yardımçı olmağınızı xahiş edirəm.

Bunu qeyd etmək istəyirəm ki məqalələrin adları fərqli olsada məzmun demək olar ki eynidir. Zəhmət olmasa köməklik göstərin.-- Toqoo  ✉  19:41, 23 oktyabr 2017 (UTC)Cavabla
Salam hörmətli Toqoo, məqalənin doğru ad forması Gerontologiyadır. Siz Herentologiya məqaləsindəki məlumatları digərinə köçürüb. Herentologiya məqaləsinə {{Sil}} şablonu əlavə edə bilərsiniz. Əgər hansısa çətinliklə üzləşsəniz tərəddüt etmədən yenidən mənə müraciət edə bilərsiniz. Hörmətlə --eldarado 19:45, 23 oktyabr 2017 (UTC)Cavabla
Dediklərinizə əməl etdim, fikirmcə hər şey uğurlu oldu. Minnətdarlığımı bildirirəm. -- Toqoo  ✉  19:55, 23 oktyabr 2017 (UTC)Cavabla
✅Y Toqoo, --eldarado 19:59, 23 oktyabr 2017 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam Eldar bəy. Mənəm, Barselona99 profilinin sahibi. Çox düşündüm, bu mesajı yazım və ya yazmayım. Amma, sonda yazmağı qərar aldım. Siz, mənim 1 aylıq bloк müddətimi aça bilərsiniz? Hörmətlə 130.0.15.162 11:24, 28 oktyabr 2017 (UTC)Cavabla

Salam Barselona99, mən hörmətli idarəçimiz Nicat49-dan üzərinizdəki bloku açmasını istədim (çünki çox geniş və aktif fəaliyyətiniz var), ama qəbul etmədi. Bloklanmanız haqsız qərar olsaydı israr edərdim ama deyil. Ya özünüz ona müraciət edin ya da səbirli olub blokun bitməsini gözləyin və bir daha bloklanmağa səbəb olan işlər görməyin. --eldarado 11:47, 28 oktyabr 2017 (UTC)Cavabla
Eldar bəy, səbrli olardım. Amma, bloк müddəti bir gün deyil, üç gün deyil, bir həftə deyil. Bir aydır (!) Məncə, bloк müddətim bir həftəyə qədər endirilməlidir və bloк müddətim ayın 20-si, 27-si aralıqında olmalıdır. Həmdə mən, silsilə məqalələr yaratmalıyam, qarşıdan gələn XXIII Qış Olimpiya Oyunları ilə bağlı. Bu, çox iri miqyaslı məqalələr silsiləsi olacaq. Haradasa, 500-1000 və ya 1000-1500 məqalə yaradacam, Qış Olimpiya Oyunları ilə bağlı. Bu, 1-ci növbədə Azərbaycan dilli Viкipediya üçün, 2-ci növbədə isə mənim üçün yaxşıdır. Bütün bunlara görə, mənim bloкumu aça bilərsiniz, Eldar bəy. Sağolun. Hörmətlə 130.0.15.162 12:08, 28 oktyabr 2017 (UTC)Cavabla
Birdə, vaxtınız olanda Siz, bu şablonu Azərbaycan dilli Viкipediyada yarada bilərsiniz? Sağolun. Hörmətlə 130.0.15.162 12:16, 28 oktyabr 2017 (UTC)Cavabla
Eldar bəy, yəni nə deyirəm: Bu, bir aylıq bloк, yalnızca Azərbaycan dilli Viкipediyaya və mənə ziyan vurur. Başqa heçnə. Buradan, hər gün izləyirəm istifadəçilərin fəaliyyətini və fəal, silsilə məqalələr yaradan insanlar görmürəm. Sağolun. Hörmətlə 130.0.15.162 13:10, 28 oktyabr 2017 (UTC)Cavabla
Araz Yaquboglu, Sizində, düşüncələrinizi öyrənə bilərəm. Sağolun. Hörmətlə 130.0.15.162 16:17, 28 oktyabr 2017 (UTC)Cavabla