İvan Canayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İvan Canayev
Doğum tarixi 2 noyabr 1898(1898-11-02) və ya 1896[1][2][…]
Vəfat tarixi 3 may 1947(1947-05-03) və ya 1947[1][2][…]
Vəfat yeri
Fəaliyyəti yazıçı, şair

İvan Canayev[3] — Osetiyalı sovet şairi, ədəbiyyatşünas, publisist və tərcüməçi.

İvanın atası uşaqlarına təhsil verməyə çalışmışdır.

1909-cu ildə İvan Canayev Narsk kilsə məktəbini bitirmişdir, sonra Vladiqafkaz dini məktəbində oxuyur.

1913-cü ildə Ardon İlahiyyat Seminariyasına daxil olur.

Cənubi Osetiya Respublikasında hələ də osetin dilində nəşr olunan "Fidiuaq" əlyazma şəkilli jurnalının nəşrində iştirak etmişdir. Bu jurnaldakı kəskin publisistik məqalələrinin altına Niger adı ilə imza atır. Bu təxəllüsü o ömürlük onunla daşınır.

1917-ci ildə Saratov Universitetinin Tarix və Filologiya fakültəsinə daxil olur.

Bir il oxuduqdan sonra 1918-ci ilin yayında evə, Şincicara tətilə gəlir. Bu ərəfədə Rusiyada Vətəndaş müharibəsi başlayır. Bu hasisədən sonra Saratova qayıtmır.

Yalnız 9 il sonra, 1927-ci ildə Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə daxil olur. 1930-cu ildə İnstitutunu bitirir. Sonra Şimali Osetiya Araşdırma İnstitutunun aspiranturasına qəbul olur.

1936-cı ildən Şimali Osetiya Araşdırma İnstitutunda Osetiya ədəbiyyatı tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Ədəbiyyat nəzəriyyəsi, qədim yunan və qədim Roma ədəbiyyatı, folklor, Osetiya ədəbiyyatı tarixi haqqında mühazirələr oxumuşdur. Osetiya dastanlarını sistemləşdirmək və öyrənmək üçün böyük bir iş görür.

3 may 1947-ci ildə Ordjonikidzede dünyasını dəyişir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İvan Canayev 1914-cü ildən ilk yaradıcılığına başlayır. Əsərlərini əsasən osetin dilində yazır. Fars şairləri, Yohann Volfqanq Göte, Aleksandr Puşkin, Taras Şevçenko, İvan Turgenev, Fyodor Tyutçev, Akaki Sereteli, Maksim Qorki, Lu Sinin tərcümələri ilə məşğul olmuşdur. O, böyük Kosta Xetaqurov haqqında (Tatari Yepxievlə birgə) bir dram və uşaqlar üçün "Kasıb və Aldarın oğulları" nağılını yazır. Canayevin şagirdləri — Xazbi Kaloyev və Muxarbek Koçisovo[4].

Əsas əsərləri

[redaktə | mənbəni redaktə et]

Qissi — poema;

Terekdə — poema;

Uahataqın oğlu, cəsarətli Quyman — poema;

Simd badelyat — poema;

Satayxan — poema.

Müqəddəs Məryəmin Doğuş Kilsəsinin nekropolunda dəfn edilir. Onun məzarı federal mədəni irs sahəsidir.

Vladiqafkazda bir küçə onun adını daşıyır.

  1. 1 2 Faceted Application of Subject Terminology.
  2. 1 2 National Library of Israel Names and Subjects Authority File.
  3. "Нигер (Джанаев Иван)". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-23.
  4. Нигер (Джанаев И. В.). Думы Осетии: Стихи и поэмы. — Сов. Россия, 1981. — 192 с.
  • Большая Советская энциклопедия, в 30 т., 3-е изд., М., 1969–1978, том 17, стр. 559.
  • Бибоева И. Г., Казиты М. Р. Джанаев Иван Васильевич // Писатели Осетии: библиографический справочник. — Владикавказ: Ир, 2015. — С. 126–130. — ISBN 978-5-7534-1499-1.
  • Ларина В. И. Нигер (Джанаев И. В.) // Их именами названы улицы. — Орджоникидзе: Ир, 1979. — С. 231–233.
  • Сатцаев Э. Б. Осетинские писатели. — Владикавказ, 2008. — С. 64–67. — (Моя Осетия). — ISBN 978-5-91139-098-3.