Şah Qasım Ənvar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
ŞAH QASIM ƏNVAR
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Fəaliyyəti şair, yazıçı

Şah Qasım Ənvar (1356-1434) - görkəmli şair və sufi filosof.

Seyyid Əli ibn Harun ibn Əbülqasim Hüseyni Təbrizi (1356-1434) zəmanəsinin ədəbi aləmində “Qasım”, “Qasimi”, “Qasimi-Ənvar” təxəllüsləri ilə tanınmışdı. Qasimi-Ənvar gənc ikən Şeyx Sədrəddin Ərdəbilinin müridlərindən olmuş, sufi ideyalarına ömrünün sonunadək sadiq qalmışdır. O, təqribən bütün ömrünü müxtəlif Yaxın və Orta Şərq ölkələrində keçirmiş, kamil mürşid kimi özünə xeyli mürid toplamışdı. Gilan vilayəti, Qəzvin, Herat, Bəlx, Səmərqənd şəhərləri Qasimi Ənvarın yaşadığı, ədəbi-fəlsəfi fəaliyyət göstərdiyi, sufi təbliğatı ilə məşğul olduğu məkanlardandır. Şair Heratda olarkən Əmir Teymur və onun oğlu Şahrux tərəfindən hörmətlə qarşılanmış, lakin yerli din xadimlərinin tələbi və Şahruxun oğlu Baysunqurun xahişi ilə Heratı tərk edərək Səmərqəndə getmişdi. Burada o, bir müddət məşhur dövlət xadimi, alim Uluqbəyin himayəsində yaşamış, sonra isə Xorasana qayıdaraq Əbdürrəhman Caminin vətəni olan Cacrud kəndində məskən salmış, ömrünün sonunadək burada yaşamış, sufi ideyalarının təbliği ilə məşğul olmuşdur. Əbdürrəhman Caminin yazdığına görə, Şah Qasım Ənvarın müridləri islam dini ehkamlarına etinasız yanaşır və bərabərlişdirici cəmiyyət ideyaları yayırdılar.

Qasimi Ənvar həmin kənddə vəfat etmiş və orada dəfn olunmuşdur.28 Uluqbəy onun qəbri üzərində əzəmətli türbə tikdirdi və bu abidə elm, fəlsəfə, ədəbiyyat xadimlərinin ziyarət obyektinə çevrildi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Şah Qasım Ənvar Azərbaycan ədəbi mühitində İmadəddin Nəsimi ənənələrinə sadiq qalan, bu ənənələri yaşadan mütəfəkkir-şair kimi məşhurlaşmışdı. Şah Qasım Ənvar bir sıra qəzəllərini həm Azərbaycan, həm də fars dillərindən istifadə etməklə yazaraq, sanki bu ədəbi hadısənin simvolik formasını yaratmaq istəmişdir.

Ənvarın istər divanında toplanan fars və Azərbaycan dilində yazdığı şeirlər, istərsə də "Ənis-ül-arifin" əsəri mahiyyət etibarilə sırf ürfani-fəlsəfi məzmun daşıyır. Dövrünün sultanlarından qorxmayan şair öz şeirlərində, həmçinin sufi təlimində insanları qardaşlığa və bərabərliyə çağırırdı. Şairin ədəbi irsi fars və Azərbaycan (türk) dillərindədir.

Onun “Ənisul-aşiqin” (“Aşiqlərin dostu”), “Təvəccöhnamə” (“Diqqət kitabı”), “Sual-cəvab”, “Risaleye-vücud” (“Varlığa dair risalə”) əsərləri də məlumdur. Qasimi Ənvarın külliyyatı qəzəllərindən, fəlsəfi məzmunda yazılmış məsnəvilərdən ibarətdir. Rübailərindən birinə nəzər yetirməklə onun obyektiv aləmə gerçəkçi münasibətinin şahidi oluruq: <poem> Rütbədə qarınca olsaq da bu an, Yenə də çox işdə bizik hökmran. Bir ləhzə gədayıq, bir ləhzə şahıq, Biz öz halımıza olmuşuq heyran. <poem>