41°40′37″ şm. e. 26°33′20″ ş. u.HGYO

Ədirnə ili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İl
Ədirnə
türk. Edirne

41°40′37″ şm. e. 26°33′20″ ş. u.HGYO


Ölkə Türkiyə
Daxildir Mərmərə regionu
İnzibati mərkəz Ədirnə
Vali Dursun Əli Şahin
Bələdiyyə sədri Rəcəb Gürkan (MHP)[1]
Tarixi və coğrafiyası
Sahəsi 6.098 km²
Əhalisi
Əhalisi 400 280[2] nəfər (2014)
Əhalinin sıxlığı 637 nəfər/km²
Rəqəmsal identifikatorlar
ISO kodu TR-22
Telefon kodu (+90) 284
Poçt indeksi 22000–22999
Avtomobil nömrəsi 22
Rəsmi sayt
Ədirnə xəritədə
Ədirnə xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Ədirnə iliTürkiyədə il. Türkiyənin Mərmərə regionunun Trakya bölgəsində, Türkiyənin Avropa hissəsində YunanıstanBolqarıstanla sərhəddə yerləşir. Şərqdə Kırklareli, Təkirdağ, cənubda ÇanaqqalaEgey dənizi, qərbdə Evros (Yunanıstan), şimalda isə Haskovo (Bolqarıstan) ilə əhatələnmişdir.

Ədirnənin ən qədim xalqı Traklardır. Onlar MeriçTunca çaylarının birləşdiyi bölgədə bir kənd saldılar. Kəndin adı Odris (Odrisia) idi. Makedoniyalı İsgəndərin dövründə kəndinin adı dəyişdirilərək Odrestia (Odrestas) olaraq dəyişdirilmişdir. II əsrdə Roma imperatoru Adrianın (117-138) Orestia qəsəbəsinin stratejik əhəmiyyətinə görə şəhər statusu verildi və təmir işləri aparıldı. Adrianın şərəfinə şəhərin adı dəyişdirilərək Adrianopolis adlandırıldı. Daha sonralar şəhərin adı Adrianopol olaraq formalaşmağa başladı. Osmanlı dövünün ilk illərində Ədirnabolu olaraq adlanırdı. 1476-cı ildə Aşıqpaşazadənin tarix əsərində şəhərin adı Ədrənə olaraq keçir. XVI əsrin əvvəllərində Ədirna olaraq adlandırıldığı məlumdur.[3]

Traklar tərəfindən salınan Ədirnə, E.ə. IV əsrdə Makedoniyalı İsgəndər tərəfindən işğal edilir. Ardından Roma İmperiyasının əlinə keçir. II əsrdə Roma imperatoru Adrian tərəfindən bərpa edilərək Adrianopolis adlandırılır.[3] IV əsrdə Roma imperiyası parçalanan zaman Ədirnə Şərqi Roma imperiyası olan Bizansın tərkibinə daxil olur.

586-cı ildə Avarlar tərəfindən mühasirəyə alındısa da ələ keçirə bilmədilər. 914-cü ildə isə Bolqarlar tərəfindən ələ keçirildi. Daha sonralar Bizans tərəfindən geri alınsa da 1050-ci ildə və 1078-ci ildə Peçeneqlər tərəfindən mühasirəyə alındı.[4]

1361-ci ildə Osmanlı sultanı I Murad tərəfindən fəth edilir. Ölkənin paytaxtı Ədirnəyə köçürülür. İstanbulun fəthinə qədər Osmanlı dövlətinin paytaxt şəhəri olur. Paytaxt İstanbula köçürüldükdən sonra Ədirnə, Paşa Sancağı adı ilə Rumeli bəylərbəyliyinin tərkibinə daxil edilir. Bəylərbəyliyin mərkəzi Sofiya şəhəri idi[4]. XVII əsrdə Ədirnə İstanbul, London, ParisRomadan sonra Avropanın ən böyük 5-ci şəhəri idi.

I Dünya müharibəsi dövründə Osmanlı dövlətinin məğlub olması ilə nəticələndi. 1920-ci il iyun ayında Ədirnə şəhəri Yunanlar tərəfindən işğal edilir. Türkiyə Qurtuluş Savaşı dövründə 1922-ci il 25 noyabr tarixində Ədirnə şəhəri azad edilir. 1923-cü il 15 sentyabrda Qaraağac bölgəsinin Türkiyəyə geri qaytarılması ilə ilin sərhədləri tamamlanır.[5]

Trakiyanın qərbində yerləşən Ədirnə ilinin torpaqları geniş düzənliklərdən və yüksəkliklərdən ibarətdir. Ərazisinin 78%-i plato, 5%-i dağlıq və yaylaqlar və 17%-i isə düzənliklərdən ibarətdir. Çoxlu sayda çayları və gölləri vardır. Ərazinin 25%-i meşələrdən ibarətdir[6].

Ədirnə ilində kontinental iqlim tipi hakimdir. Qış aylarında Aralıq dənizi iqlim tipinin təsiri ilə havalar sərin və yağışlı, kontinental iqlim tipinin təsiri ilə isə küləkli və yağışlı keçir. Yaz ayları isti və quraq, yay ayları isə yağışlı keçir. İlin ən isti ayları iyun, iyul və avqust aylarıdır. Ən soyuq ayları isə dekabr və yanvar aylarıdır. Yaz aylarında orta temperatur 23.4 0C -dir[7].

Dağları və düzənlikləri

[redaktə | mənbəni redaktə et]

Ədirnə ilində yerləşən dağ silsilələri aşağıdakılardır:

  • İstiranca dağları. İstanbul boğazında Qara dəniz dağ silsiləsindən ayrılaraq Qara dəniz boyunca Bolqarıstan sərhədlərinə doğru uzanır. İstranca dağlarının ən yüksək zirvəsi Ədirnə ili sərhədləri xaicində, Kırklareli və Dəmirkənd arasında yerləşir (1 000 m)[8].
  • Uzunkörpü dağları. Uzunkörpü dağları ilin Uzunkörpü ilçəsinin cənub-şərqində yerləşir. Sıx meşə örtüklüdür. Dağların ən yüksək zirvəsi Süleymaniyə zirvəsidir (378 m) [8].
  • Qoru dağları. Trakiyadakı ikinci dağ silsiləsi olan bu dağlar Təkirdağ-Şarkənd arasında İşıqlar dağı, Saros körfəzi boyunca isə Qoru dağları adını alır. İlin cənub-şərqindən körfəzə doğru uzanır[8]. Dağların ən yüksək zirəvsi Yerli su zirvəsidir (725 m)[6].
  • Çandır dağları. Qoru dağ silsiləsi İpsala ilə Enez sərhədindən yenidən yüksələrək körfuz boyunca Çandır dağlarını formalaşdırır. Dağın ən yüksək zirvəsi Çandır zirvəsidir (385 m)[8].

İstranca dağları ilin şimalşimal-şərqində, Uzunkörpü dağları şərqində, Qoru və Çandır dağları isə cənub və cənub-şərqində yerləşir[8].

Çayları və gölləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
  1. "Edirne Belediyye Başkanı". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  2. "İllere göre il/ilçe merkezi ve belde/köy nüfusu – 2014: Ədirnə İli" (türk). Türkiye İstatistik Kurumu. İstifadə tarixi: 2015-10-10.[ölü keçid].
  3. 1 2 Edirne ilinin tarihçesi. Arxivləşdirilib 2015-12-26 at the Wayback Machine TC Edirne Valiliği. İstifadə tarixiː 2015-11-1
  4. 1 2 "Edirne ilçesi tarihçesi ve genel bilgileri" (PDF). 2016-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-01.
  5. Edirne ilinin tarihçesi Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine İstifadə tarixiː 2015-11-1
  6. 1 2 Edirne: fiziki yapı Cografya dünyası. İstifadə edilib: 2015-12-08. Arxivləşdirilib.
  7. Edirne ili:İqlim Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine Cografya dünyası. İstifadə tarixi: 2015-12-08
  8. 1 2 3 4 5 Edirne dağları ve ovaları Arxivləşdirilib 2015-11-10 at the Wayback Machine edirne.web.tr. İstifadə tarixi:2015-12-08. Arxivləşdirilib