Əli Həsənov (siyasətçi, 1924)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əli Həsənov
bayraq
Ermənistan Kommunist Partiyası Krasnoselo Rayon Komitəsinin birinci katibi
bayraq2
1960 – 1969
Şəxsi məlumatlar
Doğum tarixi 1924
Doğum yeri
Vəfat tarixi 1977
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni

Əli Həsənov (Həsənov Əli Ələsgər oğlu; 1924, Mədinə, Yeni Bəyazid qəzası1977, Bakı) — jurnalist, partiya və dövlət işçisi, Sov. İKP üzvü (1943), Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi (1960–1969), Ermənistan SSR Ali Sovetinin deputatı (VI və VII çağırış)

Əli Həsənov 1920-ci ildə Ermənistan SSR Göyçə mahalının Martuni rayonunun (Aşağı Qaranlıq rayonu) Mədinə kəndində anadan olmuşdur. 1940-cı ildən Qarabağlar rayonunda pedaqoji fəaliyyətə başlamış, Böyük Vətən müharibəsinin ilk illərində Sovet Ordusu sıralarında xidmət etmiş, ordudan qayıtdıqdan sonra Qarabağlar rayonu Sovetinin İcraiyyə Komitəsində, rayon partiya komitəsində məsul vəzifələrdə çalışmış, rayon qəzetinin redaktoru, rayon partiya komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur.[1]

1949-cu ildən Əli Həsənov İrəvan şəhərinə gəlmiş, 1960-cı ilədək "Sovet Ermənistanı" qəzeti redaksiyasında əvvəlcə partiya həyatı şöbəsinin müdiri, sonra redaktor müavini vəzifəsində işləmişdir. 1960-cı ildə rəhbər partiya işinə irəli çəkilərək Ermənistan KP Krasnoselo rayon Komitəsinin birinci katibi seçilmişdir. 1969-cu ilədək bu vəzifədə çalışmışdır.[2]

1969–1971-ci illərdə о Ermənistan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifəsində işləmişdir. 1961-ci ildən 1966-cı ilədək Əli Həsənov Ermənistan KP MK üzvlüyünə namizəd, 6 və 7-ci çağırış Ermənistan SSR Ali Sovetinin deputatı, 1967–1970-ci illərdə isə Ermənistan SSR Ali Soveti sədrinin müavini seçilmişdir.[2]

Sonralar Əli Həsənov Azərbaycan SSR-ə köçmüş və omrünün sonunadək burada rəhbər vəzifələrdə çalışmışdır.[2]

Əli Həsənov 1971-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi Şöbəsinin müdir müavini işlədiyi dövrdə 1977-ci ildə vəfat etmişdir.[3]

  1. "Eldar İsmayıl, "Məndən ötrü Ermənistan yoxdu, yox..." Bakı, "Nurlan", 2002". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-22.
  2. 1 2 3 Eldar İsmayıl, "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999. səh.68. ISBN 5-8035-0191-3
  3. "Qərbi Azərbaycan ziyalılarından… Əli Ələsgər oğlu Həsənov". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-22.