40°27′26″ şm. e. 49°44′18″ ş. u.HGYO

Abşeron rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Abşeron rayonu haqqındadır. Yarımada üçün Abşeron yarımadası səhifəsinə baxın.
Rayon
Abşeron rayonu

40°27′26″ şm. e. 49°44′18″ ş. u.HGYO


Ölkə
Daxildir Abşeron-Xızı
İnzibati mərkəz Xırdalan
İcra başçısı Abdin Fərzəliyev[1]
Tarixi və coğrafiyası
Yaradılıb 4 yanvar 1963
Sahəsi 1966,1[2] km²
Hündürlük
293 m
Əhalisi
Əhalisi 491316[3] nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-ABS
Telefon kodu 012
Poçt indeksi AZ 0100
Avtomobil nömrəsi 01, 99
Rəsmi sayt
Abşeron rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abşeron rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi.[4] Mərkəzi Xırdalan şəhəridir.

Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində BakıSumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksəkixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir.

Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası "Şor su" deməkdir. Bir çox alimlərin fikrincə isə "Abşeron" oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır. Bəzi mənbələrin məlumatına görə, Bakı şəhəri yaxınlığında, İrandan Dərbəndə gedən karvan yolunun üzərində əfşəran adlı yaşayış məntəqəsi olmuşdur. Orta əsrlərdə Xəzər dənizinin qərb sahilində, Pirallahı adasının qarşısında Əfşəran adlı şəhərin mövcudluğu haqqında məlumat verilmişdir. Türk-səlcuq tayfa birliyinə daxil olmuş və Azərbaycan xalqının etnogenezində iştirak etmiş əfşarlar Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamışdır. Nadir şah Əfşarın dövründə bir müddət hakimiyyəti ələ ala bilmişdilər. Belə olan şəraitdə əfşarların adı Azərbaycan toponimiyasında öz əksini tapdığı güman edilir. Odur ki, Abşeron toponiminin "əfşar yaşayan yer" kimi izah olunması məntiqə daha çox uyğun gəlir.[5]

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Abşeron Xəzər dəniziniin qərb sahilində yerləşir. Abşeron rayonu şimaldan Sumqayıt şəhəri ilə, şimali-qərbdən Xızı rayonu ilə, qərbdən Qobustan rayonu ilə, cənubi-qərbdən Hacıqabul rayonu ilə, şərqdən isə Bakı şəhəri ilə qonşudur.

Rayonun əsas bitki örtüyünü yarımsəhra efemerləri təşkil edir. Bunlardan başqa yovşan, şorangə, ətli şorangə, kəngiz və s. geniş yayılmışdır.

Abşeron yarımadasında bir çox qara tut sortları yetişir ki, bunlardan da ən keyfiyyətlisi xartut adlanır. Ağ tutdan olduğu kimi qara tutdan da azərbaycanlılar mürəbbə bişirirlər. Həmçinin püstə, badam, əncir və zeytun ağacları da Abşeron yarımadasında yetişdirilən ağaclardır. Abşeronda becərilən yem bitkiləri bunlardı: yovşan, tüksüz biyan, yonca, sərt quramat, sahil tonqal otu, bozqır pişikquyruğu, barmaqvari çayır, pomidor, badımcan, kök, soğan.[6]

Abşeron rayonu ərazisində yayı quraq keçən mülayim-isti yarımsəhra iqlimi hakimdir. Bu mülayim iqlimi Cenubi Avropa ölkelerinede aiddir. Havanın orta temperaturu 10–140C, yanvarın temperaturu — 30C, iyulunku isə 20–270C arasında olur. Günəşli saatların illik miqdarı 2440–2445 saat, ümumi günəş radiasiyasının illik miqdarı 130–135 kkal/sm2, illik yağıntının miqdarı isə 200–250 mm-ə çatır. Rütubət çatışmazlığı 700–945 mm təşkil edir. Nisbi rütubətlik il ərzində cüzi (20–30%) və zəifdir (30–50%). Bütün Abşeron yarımadası üçün eyni iqlim şəraiti xarakterikdir, lakin onun landşaftları relyefin hündürlüyündən, meyilliyindən, parçalanmasından asılı olaraq müxtəlif sahələrdə nisbətən fərqlənir.

Rayonda demək olar ki, hidroqrafik şəbəkə yoxdur. O, ancaq Sumqayıtçayın aşağı axınları və bir hissəsi yayda quruyan bir neçə duzlu göllərlə təmsil olunur. Yarımadada həm də müvəqqəti axarların qalıqları olan çoxlu çökəkliklər var. Onların yaranması və inkişafı göl-şorakətləşmə-deflyasiya prosesləri ilə əlaqədardır. Bir qayda olaraq onlar ilin soyuq dövründə su ilə dolur, yayda isə dibdə çökən gilli materiallardan ibarət nazik pərdə şəklində olan duzlu qabıq şoranlıqlar əmələ gətirir.

İqlimin quraqlığı arid-denudasiya, şoranlaşma-deflyasiya relyef formalarının geniş yayılmasına səbəb olmuşdur. İqlim şəraitinə uyğun olaraq yarımadada humusun miqdarının az olduğu (1–1,5%) boz və boz-qonur torpaqlar çox yayılmışdır. Müsbət formalı relyef sahələrində quraq iqlim şəraitində aşınma prosesinin intensivliyindən asılı olaraq primitiv və ibtidai torpaqlar üstünlük təşkil edir. Axarsız çökəkliklərdə və zəif axımı olan düzənliklərdə şorakətləşmiş torpaqlar formalaşmışdır.[6]

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Rayon ərazisində 1 şəhər (Xırdalan) 8 qəsəbə (Ceyranbatan, Saray, Mehdiabad,Nübar, Digah, Qobu, Güzdək, Hökməli, Aşağı Güzdək) 6 kənd (Masazır, Fatmayı, Məmmədli, Görədil, Pirəkəşkül, və Novxanı) vardır.

Əhalisi 1 aprel 2006-cı il tarixinə əsasən 102,5 min nəfərdir və əsasən Azərbaycan Türklərindən ibarətdir. Rayonun ərazisində Ermənistan Respublikasından etnik təmizləmə nəticəsində 3327 nəfər qaçqın, işğal olunmuş rayonlardan olan 16872 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. 2023-cü ilə əsasən əhalinin sayı 491316 nəfərdir.

İnzibati dairələri

[redaktə | mənbəni redaktə et]

Abşeron rayonu 15 inzibati ərazi dairəsindən (Xırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Qobu, Güzdək, Hökməli, Digah, Aşağı Güzdək qəsəbələri və Məmmədli, Novxanı, Masazır, Fatmayı, Görədil Pirəkəşkül-Qobustan kəndlərindən) ibarətdir. Rayon ərazisində 64 idarə və müəssisə, 11 bank filialı, 2 rabitə müəssisəsi, 3 mehmanxana və otel fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisələr olan "Azbentonit" MMC (589 nəfər) "Bakı Baltika" MMC (256 nəfər) "Mətanət-A" MMC (175 nəfər) işçisi vardır. Hazırda rayon üzrə məşğul əhalinin sayı 123637 nəfərdir. O, cümlədən sənayedə çalışanların sayı 4120 nəfər, tikintidə 3271 büdcə təşkilatlarında 10326 nəfər, təhsildə 4121 nəfər, səhiyyədə 1020 nəfər digər sahələrdə 105920 nəfərdir.

Bələdiyyələr və nümayəndəliklər

[redaktə | mənbəni redaktə et]

İqtisadi xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Sovetlər birliyi dövründə Abşeron rayonu inkişaf etmiş sənaye-aqrar bölgə olmuşdur. Abşeron rayonu kompleksli inkişaf etmiş şəhərətrafı kənd təsərrüfatı rayonu olub. Burada tərəvəzçilik, südlük və ətlik heyvandarlıq, üzümçülük, quru subtropik meyvəçilik inkişaf etmişdi. 1975-ci ildə burada 31 sovxoz, quşçuluq fabrikləri, tərəvəz kombinatları vardı. Bu təsərrüfatlar Bakı və Sumqayıt şəhərlərinin əhalisini kənd təsərrüfatı məhsulları ilə təchiz edirdi. Həmin ildə rayonda kənd təsərrüfatına yararlı torpaqların sahəsi 160,2 min hektar olub. Bunun 23,2 min hektarı toxum yeri, 5,8 min hektarı çoxillik bitkilər, 8,7 min hektarı dincə qoyulmuş torpaqlar, 0,7 hektarı biçənəklər, 121,8 hektarı otlaqlar idi. 12,3 min hektar əkin sahəsinin 23%-ində dənli və dənli-paxlalı bitkilər, 1%-ində texniki bitkilәr, 14%-ində kartof və tərəvəz-bostan bitkiləri, 62%-ində yem bitkilәri əkilirdi. Subtropik bitkilərin sahəsi 3,3 min hektar, üzümlüklər 2,5 min hektardır. Sovxozlarda 14,6 min qaramal (o cümlədən 4,4 min inək və çamış), 111,5 min davar, 14,3 min donuz, 1,4 mln. quş vardı (1975). 1975-ci ildə sovxozlarda 14,6 min ton tərəvəz istehsal edilmişdir. 1970-ci ildə Xırdalan qəsəbəsində o vaxt ölkənin ən iri yeyinti sənayesi müəssisələrindən biri olan pivə zavodu işə salınmışdır.[8]

Müstəqillik dövrü

[redaktə | mənbəni redaktə et]

Hazırda rayonda 148 ticarət və ictimai-iaşə xidməti, 22 sənaye istehsalı, yanacaqdoldurma, 27 aptek, 4 nəqliyyat və 21 kənd təsərrüfatı müəssisəsi mövcuddur. Bakı—Moskva dəmiryolu, Bakı—Sumqayıt elektrik dəmiryolu, Bakı— Dərbənd, Bakı—Qazax şose yolları Abşeron rayonu ərazisindən keçir.

Hazırda Abşeron rayonunda 20 səhiyyə müəssisəsi və şəhər sağlamlıq mərkəzi əhaliyə xidmət göstərir. Bu müəssisə və mərkəzlər aşağıdakılardır:

  1. Mərkəzi Xəstəxana — Bakı-Sumqayıt şösesi, Vaz dairəsinin yanı
  2. Saray qəsəbə Xəstəxanası — Saray qəsəbə, Mikayıl Ələkbərov küç.
  3. Qobu qəsəbə Xəstəxanası — Qobu qəsəbə, Aşur Həsənbalayev küç.46
  4. Xırdalan şəhər Poliklinikası — Xırdalan şəhər, Məhəmməd Əmin Rəsulzadə küç.12
  5. Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi — Xırdalan şəhər, Heydər Əliyev prospekti 185
  6. Uşaq Poliklinikası — Xırdalan şəhər, Məhəmməd Əmin Rəsulzadə küç.12
  7. Ceyranbatan qəsəbə Həkim Ambulatoiyası — Ceyranbatan qəsəbə, Nizami 3
  8. Digah qəsəbə Həkim Ambulatoriyası — Digah qəsəbə, Səməd Vurğun küç
  9. Mehdiabad qəsəbə Həkim Ambulatoriyası — Mehdiabad qəsəbə, Əzizbəyov küç.10a
  10. Hökməli qəsəbə Həkim ambulatoriyası — Hökməli qəsəbə, Mirzağa Əliyev küç.11
  11. Aşağı Güzdək qəsəbə Həkim Ambulatoriyası — Aşağı Güzdək qəsəbə, T/Məmmədov küç.2
  12. Güzdək qəsəbə Həkim Ambulatoriyası — Güzdək qəsəbə, Elman Heydərov küç.
  13. Fatmayi kənd Həkim Ambulatoriyası — Fatmayi kənd, Əliağa Ağayev küç.
  14. Məhəmmədi kənd Həkim Ambulatoriyası — Məhəmmədi kənd, Əlibayramov küç.31
  15. Masazır kənd Həkim Ambulatoriyası — Masazır kənd, Əliağa Vahid küç.
  16. Novxanı kənd Həkim Ambulatoriyası — Novxanı kənd, İlqar Abdullayev küç.
  17. Pirəküşkül Feldşer Mama Məntəqəsi — Pirəküşkül kənd, Xoşbəxt Məmmədov küç.
  18. Qobustan Feldşer Mama Məntəqəsi — Qobustan kənd, Cəfər Cabbarlı küç.
  19. Görədil kənd Feldşer Mama Məntəqəsi — Görədil kənd, İlqar Yusifov küç.
  20. Güzdək Hərbi Hissə Feldşer Mama Məntəqəsi — Güzdək qəsəbə

Mədəniyyət və təhsil müəssisələri

[redaktə | mənbəni redaktə et]

Hazırda Abşeron rayonunda qədim tarixi abidələrlə yanaşı müasir istirahət parkları, 2 muzey, 4 mədəniyyət evi əhaliyə xidmət göstərir. Təhsil sahəsində 1 ali məktəb, 2 texniki peşə litseyi, 1 kollec, 36 ümumtəhsil məktəbləri, 22 uşaq bağçaları, "uşaq gənclər"i idman məktəbi fəaliyyət göstərir.

Maddi-mədəni irsi

[redaktə | mənbəni redaktə et]

Güzdək qəsəbəsi ərazisində XIX əsrə aid dörd ədəd "Dəvəlik" adlanan təsərrüfat tikilisi mövcuddur. Teymur Həmidova, Məlik və Məmməd Rzayevlərə məxsus həmin tikililər təsərrüfat məqsədilə istifadə olunmasa da qorunub saxlanılır. XIX əsrdə Görədildə həmin kəndin sakini Hacı Qurbanın tikdirdiyi Əbdürrəhman məscidi, Digahlı Mir Qohum ağanın tikdirdiyi məscid, XVIII əsrdə Xırdalan kənd icması tərəfindən tikilmiş məscid, Məmmədlidə XVIII əsrdə Qaradağlılar nəsli tərəfindən inşa edilmiş məscid, XIX əsrdə Məmmədli kəndində Şahsevənlər tərəfindən tikilmiş məscid, Novxanıda XIX əsrdə Hacı Səfəralının ibadət və dini tədris məqsədilə tikilmiş məscid-mədrəsə, həmin kənddə XVII əsrdə Şahsultan Hüseyn adlı şəxs tərəfindən tikilmiş məscid, Fatmayıda XIX əsrdə tikilərək kənd ağsaqqalı Əlbattinin adı verilmiş məscid, XVII əsrdə tikilmiş Hacı Heybət məscidi, XVIII əsrdə tikilmiş Salam məscidi, Saray kəndindəki XIX əsrə aid Hacı Bədəl məscidi mövcuddur ki, bunların da əksəriyyəti son onillikdə bərpa olunaraq dini mərasimlərin keçirilməsinə xidmət edir. Rayon ərazisində orta əsrlər üçün mədəni həyat tərzinin göstəricisi olan ictimai hamamların bir neçəsi qorunub saxlanılmışdır. O cümlədən, XIX əsrdə Qobuda Hacı Kazım tərəfindən, Xırdalanda Məşədi İmam Baxış tərəfindən inşa edilmiş hamamların tikililəri qalmaqdadır. Qədim Abşeron kəndlərində su ilə təminatda çox mühüm rol oynamış övdanlar Güzdək və Xırdalan yaşayış məntəqələrinin ərazisində indiyədək qalmaqdadır. Rayonun ərazisində digər tarixi abidələr, o cümlədən, Fatmayıda, Digahda, Masazırda, Hökməlidə və Sarayda XIII–XVIII əsrlərə aid türbələrin və s. qalıqları mövcuddur.

Abşeron rayonunda kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərən[9][10]"Abşeron" qəzetidir.

Regionun tarixi inkişafı

[redaktə | mənbəni redaktə et]

Abşeron möhtəşəm əhəngdaşı, zəfəranı, duzu, üzüm bağları, nadir balıqların rast gəlindiyi və çox qədim zamanlardan Avropa və Asiyada çox tanınan neft ehtiyatları ilə zəngindir. Bu zəngin təbiət xəzinəsində, Abşeron memarlığı xüsusi yer tutur. Memarlıq hər bir dövlətin yüksək mədəniyyətinin göstəricisidir.[11]:3 Abşeronu tarixi nöqteyi nəzərindən Şirvanşahlar sülaləsi (XI–XV əsrlər), Səfəvilər (XVI–XVIII əsrlər), Bakı xanları və kapitalizm dövründən başlayaraq araşdırmaq olar. Hər bir dövr ümumi memarlıqda öz izlərini qoymuşdur. İqtisadi imkanlardan və siyasi stabillikdən asılı olaraq müdafiə tikililəri, yaşayış, mülki və dini binalar ucaldılırdı və bu tikintilər müxtəlif formalarda aparılırdı. Bütün bunlar Şirvan Abşeron kəndlərinin tarixinin inkişafına və formalaşmasına şərait yaradırdı. Bir zamanlar Abşeron müəyyən bir səbəblərdən ticarət yollarından, xüsusilə də, yarımsəhra Qobustan yolları ilə kəsişməsi səbəbindən böyük İpək Yolundan kənarda qalmışdı, lakin qədim dövrlərdən tanınan neftə, duza, zəfərana sahib olması və Xəzər dənizi sahilində yerləşməsi onu beynəlxalq əlaqələrinin yaranmasına imkan verirdi. Zəngin təbii sərvətlərin və coğrafi imkanların vəhdəti Abşeronun 39 tarixi məntəqəsində özünəməxsus memarlıq şəhərsalma mədəniyyətini yaratmağa imkan verirdi. Abşeronda mövcud olan yerləşmə məntəqələri, sərbəst şəhərsalmanın inkişaf etməsi və formalaşması sistemində irəliləməsinə, ölçü cəhətdən böyük ərazi həllərinin yaranmasında xüsusi rol oynamışdılar. Şirvanşahlar dövrü bütünlüklə Abşeron ərazisində böyük qalaların, sarayların, müdafiə tikililərinin yaradıldığı bir dövr idi. Şirvanşah III Mənuçöhrün (1120–1160) və onun oğlu Axsitanın (1160–1196/97) adları Mərdəkan kəndindəki sarayların üzərinə həkk olunmuşdur. Bakı divarlarının tikintisi, böyük Şirvanşah Əbü-l-Hacı Mənuçöhrün adı ilə bağlıdır. İstehkam xarakterli abidələrin üzərindəki epiqrafik əlyazmalarda sərkərdələrin, Şirvanşahlar dövlətinin fəal siyasi xadimlərinin adlarına rast gəlinir. Məhz bu tikililər Abşeronun yaşayış məntəqələrinin inkişafına köməklik etdi və bunun sayəsində Buzovna, Mərdəkan, Maştağa, Bilgəh, Nardaran, Ramana və digər kəndlərin əsas şəhərsalma mövqeyi formalaşdı. Abşeronda mövcud olan saraylar artıq öz yerli əhəmiyyətini itirdikləri zaman, əhali digər tikinti istiqamətində intensiv olaraq çalışmağa başladılar və zamanla məhəllə üslublu dini tikililər, ictimai mərkəzlər yaranmağa başladı. Səfəvilər dövrü Abşeronun memarlığında, yaşayış məntəqələrinin inkişafında yeni bir dönəm oldu. II Şah Abbasın dövründə Nardaranda tikilimiş karvansara üslublu mülki tikililəri buna nümunə olaraq göstərilə bilər. Səfəvilər dövrü memarlıq abidələrini Şirvanşahlar dövrü ilə müqayisə edərkən istər məkan ölçüsü, istərsə də memarlıq planlaşdırma baxımından tamamilə fərqli üslub istiqamətində olduğunu deyə bilərik. Burada istiqamət mülki və dini memarlıq tərəfinə doğru dəyişdi və bu Abşeronun yeni- iqtisadi inkişaf şərtləri ilə əlaqədar idi Bakı xanları dövrü Abşeronun kapitalizmə qədəm qoymazdan əvvəl son dövrü idi və bu dövr kəndlərin intensiv inkişafı, Bakı ilə yanaşı Buzovna, Maştağa və Şüvəlanda xan saraylarının, məscidlərin, hamamların, ovdanların, məqbərələrin inşası ilə müşahidə olunur. Kapitalizm dövrü Abşeronun infrastrukturunu dəyişərək, tarixi kəndlərin patriarxallığını məhv etdi. İrimiqyaslı neft sənayelərinin və neftayırma zavodlarının inşası yerli kapitalın böyüməsinə və burjuaziyanın formalaşmasına səbəb oldu, bu isə onlara dünya bazarına çıxmağa şərait yaratdı. Bu dövrdə, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Ağa Murtuza Muxtarov, İsa bəy Aşurbəyov, Kərbalayi İsrafil Hacıyev, Hacı Mustafa Rəsulov, Əmiraslanov qardaşları və digər bu kimi Bakı milyonçularının meydana çıxması Azərbaycanın milli tarixində öz damğasını vurmuşdur.[11]:7-13

Tarixi abidələr

[redaktə | mənbəni redaktə et]

Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Rayonun əsas tarixi abidələri aşağıdakılardır:

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
Xırdalan şəhəri:
Bilgəh qəsəbəsi:
Saray qəsəbəsi:
Qobu qəsəbəsi:
Novxanı kəndi:
Fatmayı kəndi:
Masazır kəndi:
Digah qəsəbəsi:
  1. "İ.A.Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2016-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-25.
  2. "AZƏRBAYCAN RESPUBLİKASI ABŞERON RAYON İCRA HAKİMİYYƏTİ". 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
  3. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  5. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.10.
  6. 1 2 E. K. Əlizadə Q. İ. Rüstəmov E. C. Kərimova. Abşeron yarımadasının müasir landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri. Monoqrafiya. Bakı."Avropa".2015.245 səh.
  7. "Bələdiyyələr və nümayəndəliklər". absheron-ih.gov.az. 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.03.2021.
  8. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 31.
  9. Absheronxeber.az
  10. Absheron.tv
  11. 1 2 Azərbaycan memarlığı inkişaf yollarında, R. Ağazadə, Y. İbrahimli, "Şərq-Qərb" nəşriyyat evi, Bakı — 2013

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Abşeron Rayonu İcra Hakimiyyətinin saytı Arxivləşdirilib 2009-10-09 at the Wayback Machine