Mazım çayının sahilindədir. Mütəxəssislərin fikrincə, Acılıqbinə/ Hacılıqbinə "Hacıya məxsus binə" deməkdir. Əvvəllər bu ərazidə Qullar kəndi camaatının binələri yerləşirdi. XIX əsrin ortalarında Qullar kəndindən çıxmış ailələr Acılıq adlanan pay torpağında məskunlaşdılar. Bəzi tədqiqatçılar oykonimin birinci komponentini həmin ərazidə acı dad verən yovşan bitkisinin bolluğu ilə əlaqələndirirlər. Əslində acılıq sözü Azərbaycan dilinin bir sıra dialekt və şivələrində "sıx tikanlı bitkisi olan yer" mənasında işlənir. Odur ki, oykonim "sıx tikanlı bitkisi olan binə (kənd)" kimi izah olunmalıdır Azlıq binə kəndinin əhalisi 94 nəfərdir, təxmini 60 % avarlar qalanı isə azərbaycanlılardan ibarətdir[2].