Adolf İoffe

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adolf İoffe
Адольф Абрамович Иоффе
Şəxsi məlumatlar
Doğum adı Адольф Абрамович Иоффе
Doğum tarixi 10 (22) oktyabr 1883
Doğum yeri
Vəfat tarixi 17 noyabr 1927(1927-11-17)[1][2] (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat, inqilabçı, siyasətçi
Dini ateizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adolf Abramoviç İoffe (10 (22) oktyabr 1883, Simferopol[1]17 noyabr 1927[1][2], Moskva, RSFSR, SSRİ[3]) — komunist inqlabçı, bolşevik siyasətçi, kərami siyasətçi.

İnqilabçı karyerası

[redaktə | mənbəni redaktə et]

Adolf İoffe Rusiya İmperiyası dövründə Krımda, Simferopolda varlı ailədə anadan olub.[4][5] 1900-cü ildə orta məktəb illərində sosial demokrat fikirlərlə tanış oldu və 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü oldu. 1904-cü ildə həbs olunmaması üçün Bakıya göndərildi. Sonra Moskvaya göndərildi, lakin təhlükələrin davam etməsi səbəbilə xaricə getdi. 9 yanvar 1905-ci ildə "qanlı bazar" günü hadisələrindən sonra Rusiyaya qayıtdı və 1905-ci il Rusiya inqilabında fəal iştirak etdi.

1906-cı ildə sürgün edildi və 1906-cı ilin mayında yaşadığı Berlindən qovuldu. İoffü partiyadakı menşevik qrupu ilə hərəkət birgə etdi. Ancaq sonradan 1906-cı ilin mayında Vyanaya getdi və 1908–1912-ci illərdə "Pravda" qəzetində işləyən Lev Trotski ilə birlikdə çalışdı. Bu dövrdə Alfred Adler ilə birlikdə psixoanaliz və tibbi araşdırmalar etdi. Ailəsinin sərvətindən "Pravda"nı dəstəkləmək üçün istifadə etdi.[6]

1912-ci ildə Odessaya səfəri zamanı tutuldu və 10 ay Sibirdə həbsdə qaldı.

Diplomatik karyerası

[redaktə | mənbəni redaktə et]
İoffe Tratu müqaviləsi imzalayarkən

1919–1920-ci illərdə Əmək və Müdafiə ŞurasıUkrayna SSR-da Xalq Komissarı vəzifələrində çalışmışdır. 1919-cu ilin martında VIII Partiya Qurultayında yenidən üzv seçilə bilmədi və bu müddətdən sonra böyük səlahiyyətlər ala bilmədi. 1920-ci ilin oktyabrında Polşa ilə atəşkəs danışıqları apardı və Estoniya, LatviyaLitva ilə sülh müqavilələri bağladı. 1921-ci ildə Sovet-Polşa müharibəsinə son qoyan Riqa müqaviləsini imzaladı.

1922-ci ilin fevralında Genuya konfransında Sovet nümayəndəsi idi. Elə həmin il konfransdakı təcrübələrindən bəhs edən qısa bir kitab nəşr etdi.[7] 1922-ci ilin aprelində Rapallo Müqaviləsinin imzalanması zamanı Leonid KrasinGeorgi Çiçerin ilə birlikdə Sovet nümayəndə heyətində iştirak etdi. Daha sonra Çin səfiri təyin edildi. 1923-cü ildə o dövrdə kommunistlərlə əməkdaşlıq edən Sun Yatsen ilə müqavilə bağlayaraq Çin Kommunistlərinə dəstək verdi.[8] 1923-cü ilin iyununda Yaponiyaya getdi və Sovet-Yaponiya əlaqələrini yaxşılaşdırmaq üçün danışıqlar apardı.[9] Bu dövrdə ağır xəstəlik keçirdi və Moskvaya qayıtdı. Daha sonra 1924-cü ildə İngiltərədə Sovet nümayəndə heyətində, Avstriyada isə 1924–26 illər arasında Sovet nümayəndəsi olaraq xidmət etmişdir.

1926-cı ildə xəstəliyinin ağırlaşması nəticəsində vəzifələrini yerinə yetirə bilməyib yarı təqaüdə göndərildi.

  1. 1 2 3 4 Иоффе Адольф Абрамович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Adolf Abramowitsch Joffe // filmportal.de. 2005.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #120372258 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. See Albert S. Lindemann. Esau's Tears: Modern Anti-Semitism and the Rise of the Jews, Cambridge University Press, 1997; pg. 430.
  5. Ambassadors of the Soviet Union to Germany: Adolph Joffe, Vladimir Dekanozov, Nikolai Krestinsky, Konstantin Yurenev, Voldemar Aussem, LLC Books, 2010.
  6. Nadezhda A. Joffe, Back in Time: My Life, My Fate, My Epoch: The Memoirs of Nadezhda A. Joffe. Frederick S. Choate, trans. Oak Park, MI: Labor Publications, 1995; pg. 3.
  7. A. A. Ioffe (V. Krymskii), Genuezskaia Konferentsiia (The Genoa Conference). Moscow: Krasnaia Nov', 1922.
  8. See A Brief Chronology of China Since 1915 in K. S. Karol's China. The Other Communism, New York, Hill and Wang, 1967, ISBN 0-8090-1344-4 (1968 pbk)
  9. For a Trotskyist perspective on the impact of Joffe's visit on the Japanese Communist Party, see The Meiji Restoration: A Bourgeois Non-Democratic Revolution published in Spartacist, English edition, No. 58 Arxivləşdirilib 2018-09-27 at the Wayback Machine for 2004.